Ələt Azad İqtisadi Zonası ilə bağlı yeni güzəşt
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ələt Azad İqtisadi Zonasında istehsal olunan mallara 15 illik gömrük güzəşti veriləcək.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Belə ki, layihəyə əsasən, Ələt Azad İqtisadi Zonasında tamamilə istehsal edilmiş və ya kifayət qədər emal olunmuş Azərbaycan mənşəli malların müəyyən şərtlərlə Azərbaycanın əsas iqtisadi ərazisinə gətirilməsi zamanı yeni gömrük güzəşti tətbiq ediləcək.
Dəyişikliyə görə, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müəyyən edilmiş malların həcminin azı 50 faizi ölkə hüdudlarından kənara ixrac edildiyi halda, həmin malların Ələt Azad İqtisadi Zonasından əsas iqtisadiyyata gətirilməsi gömrük rüsumundan azad olunacaq. Bu güzəşt Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən etibarən 15 il müddətində qüvvədə olacaq.
Qanun layihəsinə əsasən, güzəştdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən tənzimlənəcək. Güzəşt yalnız Ələt Azad İqtisadi Zonasında istehsal edilmiş və ya qanunvericilikdə nəzərdə tutulan emal meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan mənşəli mallara şamil ediləcək.
Dəyişikliklə ixracyönümlü istehsalın təşviqi, Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələrin rəqabət qabiliyyətinin artırılması, investisiyaların cəlbi və ölkənin ixrac potensialının genişləndirilməsi hədəflənir. Qanun layihəsinə əsasən, dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 17 İyun 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















