Icma.az
close
up
RU
“Ələt azad iqtisadi zonası haqqında” qanun dəyişib

“Ələt azad iqtisadi zonası haqqında” qanun dəyişib

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

BAKU.WS xəbər verir ki, dəyişikliyə əsasən, Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallarda Azad Zonada fəaliyyət göstərən Azad Zona hüquqi şəxsləri Azad Zonadakı fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

Əsas iqtisadiyyatdan Azad Zonaya və Azad Zonadan əsas iqtisadiyyata malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların, işlərin və xidmətlərin idxalına və ixracına bərabər tutulur.

Azad Zona rezidentlərinin, Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin və Azad Zona hüquqi şəxslərinin işçilərinin gəlirlərinə vergilərin tətbiqi və tutulması qaydası Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarla və həmin qaydalarda nəzərdə tutulan hallarda əsas iqtisadiyyatın qanunvericiliyi ilə tənzimlənir.

Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri əsas iqtisadiyyatın vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, yaxud əsas iqtisadiyyatın vergi ödəyicisi Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə, Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər və xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı aparılan ödəmələrdən ödəmə mənbəyində vergilərin tutulması həyata keçirilmir.

Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən maliyyə bazarlarında xidmətlər göstərildikdə, belə xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicilərinə Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalar nəzərə alınmaqla, əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri tərəfindən Azad Zonaya gətirilən və Azad Zonadan aparılan mallara və nəqliyyat vasitələrinə görə gömrük rəsmiləşdirilməsi üçün ödənilən yığımlardan başqa digər gömrük ödənişləri, o cümlədən gömrük rüsumu və vergilər tətbiq edilmir.

Mallar və nəqliyyat vasitələri əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zonadan əsas iqtisadiyyata gətirildikdə və əsas iqtisadiyyatdan Azad Zonaya aparıldıqda, belə mallara və nəqliyyat vasitələrinə gömrük rəsmiləşdirilməsi zamanı əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

"Azad Zona səlahiyyətli qurumu bu Qanunun 16.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan subyektlərin fəaliyyəti üçün təminedici xarakter daşıyan əsas iqtisadiyyatın vergi ödəyicilərinin fəaliyyət göstərməsi üçün Azad Zona ərazisinin bir hissəsini Azad Zonanın gömrük ərazisi sayılmayan və əsas iqtisadiyyat qanunvericiliyinin Azad Zonanın maraq və mənafelərinə xələl gətirməmək şərtilə tətbiq edildiyi ərazi kimi ayıra bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 İyul 2026 05:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri