Icma.az
close
up
RU
“Elfsborq” “Qarabağ”: faydasız rəqəmlər İdman və Biz

“Elfsborq” “Qarabağ”: faydasız rəqəmlər İdman və Biz

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəqəmlər növbəti dəfə “Qarabağ”a Avropa Liqasında fayda vermədi. Bu dəfə ikinci hissənin əvvəli istisna olmaqla, “Elfsborq”la səfər qarşılaşmasında tam üstünlüyə malik olduğu oyunda da Ağdam klubu nəticə əldə edə bilmədi.

İdman.biz “Qarabağ”ın statistik göstəriciləri ilə yekun nəticə arasında ziddiyyətlərin daha qabarıq üzə çıxdığı oyununun riyazi mənzərəsini təqdim edir.

Matç boyu topa sahibolma üstünlüyü 70 faizi aşan Azərbaycan klubu ikinci hissənin əvvəlində oyunun ipini əldən verməklə nisbətin bir qədər azalmasına imkan verib. Lakin yenə də yekun fərq kifayət qədər böyük olub. “Elfsborq” göstəricisini ancaq 34 faizə qədər yüksəldə bilib.

Rəqibə 90 dəqiqə ərzində 22 dəfə hücum etmək imkanı verən komandamız özü bundan 2,5 dəfə çox – 55 dəfə, amma səmərəsiz həmlə edib.

Qapıya zərbə sayında 14-ün 9-a üstünlüyə baxmayaraq, “Qarabağ” bu mövsüm əksər oyunlarındakı kimi hədəfi tapmaqda çətinlik çəkirdi. 14 zərbənin cəmisi 2-si qapı çərçivəsinə tuş gəlib. 6 zərbə yan ötüb, bir o qədər də bloka alınıb. Qarşı qapıda isə qapıya yön alan zərbələrin sayı daha çox olub – 3. Daha 4 zərbə hədəfdən yayınıb, 2-si bloka alınıb.

Ötürmələrdə də İsveç təmsilçisi hər baxımdan kifayət qədər geri qalırdı. “Qarabağ”ın 667 ötürməsindən 598-i, yəni 90 faizi ünvanlı olub. Təəssüf ki, ünvansız ötürmələr azsaylı olmasına baxmayaraq, əsasən son mərhələdə üzə çıxdığından nəticəyə də təsirsiz ötüşməyib. Meydan sahibləri isə matç ərzində qonaqlardan az qala 3 dəfə az – 228 dəqiq ötürmə veriblər. Bu, ümumi 295 ötürmənin 77 faizidir.

Şimallı futbolçular 3 dəfə ofsayda düşüblər. Əks tərəfdə oyundan kənar vəziyyət qeydə alınmayıb.

Cəmi 2 künc zərbəsi yerinə yetirən skandinaviyalılar, qarşı tərəfə bundan 2 dəfə çox bayrağa yaxınlaşmağa imkan veriblər.

Cərimə zərbəsini futbolçularımız 20, isveçlilər 7 dəfə yerinə yetiriblər. Qayda pozuntularında da komandalarda buna uyğun əks rəqəmlərdir.

Oyun üstünlüyünə malik komandamız rəqib futbolçuları daha çox hərəkət etməyə məcbur edib. 90 dəqiqə ərzində futbolçuların hərəkət məsafəsi 116,1 kilometrin 110,4 kilometrə nisbətində olub.

Hər iki qapıçı matçda 2 seyvlə yadda qalıb.

Nəhayət, statistikanın ən vacib rəqəmi – yuxarıda qeyd edilənlərin əksini göstərən “Elfsborq”un cavabsız qalan tək qolu.

Vüqar Məmmədov
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri