Icma.az
close
up
RU
“Elfsborq”un “Qarabağ”a qədər keçdiyi yol İdman və Biz

“Elfsborq”un “Qarabağ”a qədər keçdiyi yol İdman və Biz

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Qarabağ”ın Avropa Liqası Liqa mərhələsində növbəti rəqibi 120 yaşlı “Elfsborq” klubudur.

İdman.biz 1904-cü ildə yaranmış klubun Ağdam təmsilçisi ilə oyuna qədər keçdiyi yola nəzər salıb.

Əslində, futbolsevərlərimzə bu klub 10 il əvvəl Avropa Liqasının 2-ci təsnifat mərhələsindən o vaxt “İnter” adı ilə çıxış edən Bakı təmsilçisi ilə rəqabətdən tanışdır. O zaman hər iki komandanın 1:0-lıq səfər qələbəsinin ardından Bakıdakı cavab oyununun penaltilər seriyasında 4:3 üstün olan “Elfsborq” növbəti mərhələyə adlamışdı.

“Elfsborq” ölkəsində 6 dəfə çempionluq yaşayıb. Bunlardan üçü uzaq 30-cu illərə (1935/1936, 1938/1939, 1939/1940), biri 60-cılara (1961), ikisi isə indiki əsrimizə (2006, 2012) təsadüf edib. Alsvenskada son mükafat ötən il gümüş əyarında qazanılıb. 30 oyundan 64 xal toplayan “Elfsborq” çempionluğu əlavə göstəricilərə görə eyni xallı “Malmö”yə “bəxş edib”. Builki çempionatı isə komanda 45 xalla 7-ci pillədə başa vurub. Bu yarışda ardıcıl 3 məğlubiyyətdən sonra ötən ay baş tutan son iki turun qarşılaşmalarında “Vesteros”u evdə 1 qolla üstələyib, “Varnamo” ilə səfərdə qolsuz heç-heçə edib.

Yüksək dəstədə indiyədək 562 oyun keçirmiş komanda 264 oyunda qələbə qazanıb, 156 matçı heç-heçə başa vurub, 142 dəfə məğlub olub. Top fərqi 925-670-dir.

“Qarabağ”ın rəqibi 3 dəfə ölkə kubokunu (2000/2001, 2003, 2013/2014), 1 dəfə Superkubokunu (2007) qazanıb.

Qitə turnirlərində İsveç təmsilçisi indiyədək 111 oyunda 49 qələbə qazanıb, 23 heç-heçə edib, 39 məğlubiyyət alıb. Top fərqi isə 181-146-dır. Yəni, “Qarabağ”la oyun heç-heçə bitməzsə, “Elfsborq” Avropa arenasında ya 50-ci qələbəsini qazanacaq, ya 40-cı üzüntüsünü yaşayacaq.

Avropa Liqasına gəlincə, “sarılar” 57 matçda 92-58 top fərqi ilə 28 qələbə, 11 heç-heçə, 18 məğlubiyyətlik nəticə göstəriblər.

Qitədə komandanın ən böyük uğurları Avropa Liqasında 2013/2014-cü illər mövsümündə qrupda oynaması və indi Liqa mərhələsində iştirakıdır.

Ötən mövsüm avrokuboklardan kənar qalan “Elfsborq” cari turnirdə təsnifat mərhələlərində ardıcıl Kipr “Pafos”unu (3:0, 5:2), Moldova “Şerif”ini (1:0, 2:0) və Xorvatiya “Rieka”sını (1:1, 2:0) yolundan kənarlaşdırıb, pley-offda isə Norveç “Molde”sini penaltilər seriyası sonrası (1:0, 0:1, pen.4:2) Liqa mərhələsinə həsrət qoyub.

Əsas mərhələyə Niderland “Az Alkmaar”ına səfərdə uduzmaqla başlayan (2:3) “Elfsbirq”, ardından evdə gözlənilmədən İtaliya “Roma”sına 1:0 hesabı ilə qalib gəlib. “Qalatasaray”a İstanbulda bol qollu oyunda 3:4 yenildikdən sonra doğma divarlarda Portuqaliya “Braqa”sı ilə xal bölüb (1:1). Və nəhayət, son turda Bilbaoda “Atletik”in 3 qolunu cavabsız qoyub. “Qarabağ”ın rəqibi hazırda 4 xalla komandamızdan 4 pillə yuxarıda – 28-ci yerdə qərarlaşıb.

Vüqar Məmmədov
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri