Elgin Cümşüdov AccessBank ın Baş Satış İnzibatçısı vəzifəsinə təyin edilib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AccessBank-da yeni struktur dəyişiklikləri baş verib. 1 iyun 2025-ci il tarixindən etibarən Elgin Cümşüdov bankın Baş Satış İnzibatçısı vəzifəsinə təyin edilib.
“APA-Economics”ın xəbərinə görə, Elgin Cümşüdovun AccessBank-da 20 illik peşəkar təcrübəsi var. O, bundan öncə Kredit Back Office Departamentinin rəhbəri, Qeyri-Kredit Məhsulları və Bank Xidmətləri üzrə Direktor vəzifələrində çalışıb. Ardınca isə Pərakəndə Bankçılıq Departamentinin rəhbər müavini, son təyinata qədər isə həmin Departamentin rəhbəri vəzifəsində fəaliyyət göstərib.
Elgin Cümşüdov bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.
Baxış sayı:122
Bu xəbər 05 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















