Icma.az
close
up
RU
“Bank Respublika”ya satış ərəfəsində “AccessBank”ın problemli kreditləri artıb

“Bank Respublika”ya satış ərəfəsində “AccessBank”ın problemli kreditləri artıb

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“AccessBank”ın vaxtı keçmiş kreditlərinin həcmində 2026-cı ilin ilk yarısında artım qeydə alınıb.

Modern.az Plat.az-a istinadən xəbər verir ki, hesablamalara görə 2025-ci ilin sonunda bankın 1 milyard 334,2 milyon manatlıq kredit portfelinin 89,7 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Bu, ümumi kredit portfelinin 6,7%-nə bərabər olub.

2025-ci ilin sonunda bankın 1 milyard 334,2 milyon manatlıq kredit portfelinin 89,7 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Bu, ümumi kredit portfelinin 6,7%-nə bərabər olub.

2026-cı ilin ilk yarısının sonunda isə bankın kredit portfeli 1 milyard 381,4 milyon manata, vaxtı keçmiş kreditlərinin həcmi 99,1 milyon manata yüksəlib. Beləliklə, vaxtı keçmiş kreditlər altı ay ərzində 9,4 milyon manat və ya 10,4% artıb. Onların ümumi kredit portfelində xüsusi çəkisi 6,7%-dən 7,2%-ə yüksəlib.

Qeyd edək ki, vaxtı keçmiş kreditlər dedikdə, əsas məbləğ üzrə ödənişi müqavilədə nəzərdə tutulan tarixdə həyata keçirilməyən, yəni 1 gündən başlayaraq gecikməsi olan kredit borcları nəzərdə tutulur.

Biznes kreditləri üzrə vaxtı keçmiş borclar 67,4 milyon manatdan 74,7 milyon manata çataraq 10,9%, istehlak kreditləri üzrə isə 22,3 milyon manatdan 24,3 milyon manata yüksələrək 8,8% artıb.

Eyni zamanda, 1 il və daha artıq gecikdirilmiş kreditlərin həcmi 2025-ci ilin sonundakı 45,1 milyon manatdan 2026-cı ilin iyunun sonuna 50,4 milyon manata çatıb. Bu kateqoriya üzrə artım 5,4 milyon manat və ya 11,9% təşkil edib.

Daşınmaz əmlak kreditləri üzrə isə 2025-ci ilin sonunda vaxtı keçmiş borc olmadığı halda, cari ilin ilk yarısının sonunda 57 min manatlıq gecikmə qeydə alınıb.

Qeyd edək ki, “Bank Respublika” və “AccessBank”ın səhmdarları “Bank Respublika” tərəfindən “AccessBank”ın səhmlərinin 100%-nin alınmasını nəzərdə tutan əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabrınadək tamamlanması planlaşdırılır. Sövdələşmədən sonra ilkin mərhələdə bankların ayrı-ayrılıqda fəaliyyət göstərməsi, daha sonra isə vahid bankda birləşdirilməsi nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Sentyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri