Icma.az
close
up
RU
Elgiz Abbasov: Hazırda 4 stadionda problem mövcuddur

Elgiz Abbasov: Hazırda 4 stadionda problem mövcuddur

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə bir sıra yeniliklər olacaq.

Apasport.az xəbər verir ki, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman direktoru Elgiz Abbasov məlumat verib.

Onun sözlərinə görə, əsas dəyişikliklər çempionatın formatı, iştirakçı komanda sayı və legioner limiti ilə bağlıdır: “Bu mövsümdən etibarən Premyer Liqada 12 komanda mübarizə aparacaq. Ötən ildən fərqli olaraq, çempionat 3 dövrədən ibarət olacaq. Nəticədə komandaların ev və səfər oyunlarının sayında balans qorunur. Legioner limiti məsələsində də dəyişiklik var. Əgər ötən mövsüm bu limit 7+4 idisə, yeni mövsümdə limit tamamilə ləğv olunub. Rüsumlarla bağlı da dəyişiklik edilib, bu barədə artıq ictimaiyyət məlumatlıdır.”

Elgiz Abbasov çempionatda iştirak edən bəzi klubların infrastruktur problemlərinə də toxunub: “Futbol hər zaman yenilik sevən idman növüdür. Biz də artıq bəzi dəyişikliklərə imza atmışıq. Bəzi klubların infrastrukturla bağlı çətinlikləri var. Məsələn, daha əvvəl “Karvan” və “İmişli”nin stadionlarına baş çəkmişdik. Oradakı vəziyyət nəinki Premyer Liqa, hətta həvəskar səviyyədə futbol üçün belə yararlı deyildi. Lakin sevindirici haldır ki, artıq hər iki klub təmir işlərinə start verib.”

O, stadionlarla bağlı məsələnin PFL üçün xüsusi önəm daşıdığını da əlavə edib: “Çempionatın başlamasına bir ay qalmış biz klublardan stadionla bağlı məlumat təqdim etmələrini istəyirik. Hazırda 4 stadionda problem mövcuddur. “Turan Tovuz”un stadionunda təmir işləri iyulun 20-dən başlayacaq. Bu müddətdə klub ev oyunlarını “Azersun Arena”da keçirəcək. Düzdür, bu, Tovuz azarkeşləri üçün üzücü bir haldır. Ancaq bu, infrastruktur baxımından irəliyə atılmış bir addımdır. Gələcəkdə komanda təbii ot örtüyündə oynaya biləcək.”

“İmişli”dən növbəti transfer - RƏSMİ “Qarabağ” İsveçdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb “Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılacaq Bakıda dənizdə batan futbolçunun meyiti tapılıb Elçin Məsiyev Çempionlar Liqasına təyinat alıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://apasport.az
archiveBu xəbər 18 İyul 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri