Icma.az
close
up
RU
Elgiz Abbasov: Problem yaşayan yeganə klub Araz Naxçıvan dır

Elgiz Abbasov: Problem yaşayan yeganə klub Araz Naxçıvan dır

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Bu gün Misli Premyer Liqasının 2026/27 mövsümünün püşkü atılıb.

Apasport.az xəbər verir ki, tədbirdən sonra PFL-in texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərin suallarını cavablandırıb:

- 15 yaşadək futbolçular arasında Azərbaycanda keçiriləcək dünya çempionatı Premyer Liqanın gedişinə mane olmayacaq?
- Yarışların təqvimi hazırlanarkən rəsmi müraciət əsasında bizə daxil olmuş bütün məqamlara baxılıb. Milli fasilələri nəzərə almışıq. Klublar bununla bağlı məlumatlandırılıb. Premyer Liqanın tam təqvimi növbəti həftə açıqlanacaq.

- Bütün klubların ev oyunlarını keçirəcəyi stadionlar dəqiqləşib?
- Klublar çempionatda iştirak etmək üçün lisenziyalaşdırmadan keçirlər. PFL mövsümün başlamasına bir ay qalmış klublardan stadionların siyahısını istəyir. Ötən illə müqayisə etsək, vəziyyət kifayət qədər qənaətbəxşdir. Ötən mövsüm 4 klubun stadion problemini müzakirə edirdiksə, bu il vəziyyət bir az normallaşıb. Debütant "Şəfa" Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"dan istifadə edəcək. "İmişli" rəqiblərini Yevlax şəhər stadionunda qəbul edəcək. Stadionun qazonu FIFA-nın sertfikatına malikdir. Hər  iki stadiona əlavə baxış keçiriləcək. Buna uyğun müvafiq addımlar atılacaq. Hazırda stadion məsələsində problem yaşayan yeganə klub "Araz-Naxçıvan"dır. Klubla daimi əlaqədəyik. Onlar müxtəlif variantların üzərində çalışırlar. Bununla bağlı qısa zamanda açıqlamamız olacaq.

- Ötən mövsüm Premyer Liqa oyunlarının yayımı zamanı qrafiklərdən istifadə olunurdu. Bu, növbəti mövsüm üçün də nəzərdə tutulub?
- Çox istəyirik. Bununla bağlı planlarımız var. Ötən mövsüm bunu test layihə kimi tətbiq etdik. Hazırda bunun üzərində işləyirik. PFL kollektivi növbəti mövsümün daha yaxşı olması üçün bütün addımları atır. Təbii ki, biz tək deyilik, AFFA ilə, klublarla sıx əlaqədəyik.

- "Araz-Naxçıvan"ın ev oyunlarını keçirməsi üçün hansı variantlar var?
- Naxçıvan şəhər stadionu və "Liv Bona Dea Arena" ilə bağlı bizə klub tərəfindən müraciət gəlməyib.

- Çempionatın sponsoru ilə bağlı danışıqlarda vəziyyət necədir?
- Bizim "Misli" ilə uzunmüddətli və dayanıqlı tərəfdaşlığımız var. Bu tərəfdaşlıq nəticəsində idmanda sponsor mələləsinin populyarlaşması, medianın işinin rahatlaşması, öz əməkdaşlarımızın inkişafının təşviqi ilə bağlı addımlar atmışıq. "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələdə müsbət nəticə əldə olunacaq.

- "Araz-Naxçıvan"ın "Liv Bona Dea Arena"da oynaya bilməməsinin səbəbi nədir?
- "Araz-Naxçıvan"dan bizə bu arena üçün rəsmi müraciət daxil olmayıb. Ona görə də bu mövzuda ətraflı danışa bilməyəcəm. Bildiyim qədərilə onların müqaviləsi başa çatıb. Hansısa klubdan bu stadionla bağlı müraciət gəlsə, ora baxış keçirəcəyik. Hazırda stadionun ot örtüyü yenilənir. Ona görə də çempionat matçlarından öncə arenanın təftişi mütləqdir.

"Sabah" "Liv Bona Dea Arena"nı öz stadionu kimi göstəribz?

- "Sabah" "Liv Bona Dea Arena"nı ehtiyat stadionu kimi PFL-ə təqdim edib.

- İki ildir PFL "fair-play" mükafatı təqbiq edib. Belə bir hadisə baş vermədiyi üçün mükafat heç kimə təqdim olunmayıb. Bu, sizi narahat etmir?

- Mükafat hələ də öz  aktuallığını qoruyur, ləğv olunmayıb. Bu istiqamətdə təkcə Premyer Liqanı yox, bütün liqaları izləyirik. Əgər həqiqətən də mükafata layiq bir addım atılsa, biz mükafatı təqdim edəcəyik.

- PFL-də prezident seçkiləri olacaq. Bununla bağlı nə deyə bilərsiz?

- PFL-in fəaliyyətini dəyərləndirərkən yalnız son 1 ilə nəzər salmamalıyıq. PFL 2022-ci ildə yeni heyətdə fəaliyyətə başladı. Çalışdıq ki, bütün qərarların icrasını maksimum şəkildə həyata keçirək. AFFA ilə çox uğurlu əməkdaşlıqlarımız oldu. AFFA-nın verdiyi bütün qərarların icrasını həyata keçirdik. Bildiyiniz kimi PFL seçkili icra orqanıdır. 22 iyul tarixində hazırkı icra orqanının səlahiyyət müddəti bitir. PFL-in ümumi yığıncağı yaxın günlərdə baş tutacaq. Bundan sonra seçki ilə bağlı məlumatlar veriləcək.

Şahin Diniyev: “Klublar qazanır, amma milli itirə bilər” Rauf Əliyev ehtiyatlıdır: “Əsas sınaq qarşıdadır” UEFA reytinqi: Azərbaycan mövqeyini möhkəmləndirdi Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq” “Neftçi”nin avrokubokdakı rəqibi müəyyənləşdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 İyul 2026 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see486

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see316

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see252

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see232

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see217

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see216

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see169

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see167

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see161

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see157

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see155

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri