Icma.az
close
up
RU
Elgün Məhəmmədəlizadə: Yarmarkada satışa çıxarılan bütün məhsullar laborator müayinədən keçib

Elgün Məhəmmədəlizadə: Yarmarkada satışa çıxarılan bütün məhsullar laborator müayinədən keçib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 18 oktyabr, AZƏRTAC

Builki yubiley yarmarkasında Azərbaycanın müxtəlif bölgələrindən 280-dən çox arıçı-fermer iştirak edir və 100 tondan artıq məhsul satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə söyləyib.

Sədr qeyd edib ki, hər il olduğu kimi bu il də satışa təqdim edilən arıçılıq məhsulları keyfiyyət göstəricilərinə görə laborator şəraitdə yoxlanılıb.

“Əvvəlki illərdə biz əsasən ballarda diastaz göstəricisini yoxlayırdıq. Bu ildən etibarən isə əlavə olaraq sakaroz göstəricisinin də təyininə başlanılıb. Bu göstəricilər balın təmizliyinin və keyfiyyətinin əsas meyarlarındandır. Yoxlamalar nəticəsində yalnız normativlərə cavab verən məhsullar satışa buraxılır. Bu, həm istehlakçıların sağlamlığı, həm də yarmarkanın etibarlı və keyfiyyət nişanlı satış platforması kimi mövqeyinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə sədr vurğulayıb.

Elgün Məhəmmədəlizadə bildirib ki, yarmarkada saxta balın satışına yol verilməsi mümkün deyil: “Hər bir məhsul satışa təqdim olunmazdan əvvəl laborator analizlərdən keçir. Nümunələr Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülür və müvafiq qaydada yoxlanılır. Diastaz göstəricisinin minimum 5, sakaroz göstəricisinin isə maksimum 15 faiz həddində olması satış üçün əsas şərtdir. Bu göstəricilərə cavab verməyən ballar yarmarkaya buraxılmır. Bu baxımdan əminliklə deyə bilərəm ki, yarmarkada təqdim olunan bütün ballar standartlara tam uyğundur və saxta məhsul yoxdur”.

Sədr onu da əlavə edib ki, yubiley münasibətilə bu il arıçılar üçün bir sıra yeniliklər tətbiq olunub.

“Arıçılara yaradılmış şərait tamamilə ödənişsizdir. Həmçinin onların məhsullarının brendləşdirilməsi və satış imkanlarının genişləndirilməsi məqsədilə qablaşdırma və etiketləmə xidmətləri "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən ödənişsiz şəkildə təmin edilir. Bu dəstək gələcəkdə məhsulların ixrac potensialının artırılmasına da xidmət edəcək. Yarmarka həm arıçılıq məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, həm də yerli istehsalçıların bazar imkanlarının genişləndirilməsi baxımından mühüm tədbirdir”, - deyə Elgün Məhəmmədəlizadə qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri