Icma.az
close
up
RU
“Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılış mərasimi keçirilib

“Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılış mərasimi keçirilib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 3-də Azərbaycan Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılış mərasimi keçirilib. Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində reallaşan sərginin   açılış mərasimində Mədəniyyət nazirinin müavini Səadət Yusifova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMİM-nin direktoru Şirin Məlikova, millət vəkili Jalə Əliyeva, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyiblinin çıxış ediblər. Çıxışlarda Əli bəy Hüseynzadənin Azərbaycan milli-mədəni fikrinin formalaşmasında, türkçülük ideologiyasının inkişafında eləcədə təsviri sənətdə oynadığı müstəsna roldan bəhs olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamının dahi mütəfəkkirin irsinin daha geniş şəkildə öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Tədbir çərçivəsində AMIM-nin direktoru, s.ü.f.d Şirin Məlikova, Ankara Hacı Bayram Vəli Universitetinin professorları Esma Özdaşlı və Kadir Ertaç Çelik, Köln Asiya Akademiyasının rəhbəri Orhan Aras, filologiya elmləri doktorları, professorlar Minaxanım Təkəli və Adil Babayev,  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova, eləcə də araşdırmaçı jurnalist Dilqəm Əhməd Türk dünyasının mədəni, elmi və ictimai əlaqələrinin inkişafına verdikləri töhfələrə görə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə hazırlanmış xatirə nişanı ilə təltif olunublar.

Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi və şəxsi kolleksiyaya aid sənət nümunələri, eləcə də müxtəlif mənbələrdən əldə olunmuş arxiv fotoşəkillərini bir araya gətirən sərgi Əli bəy Hüseynzadənin irsinə ilk növbədə bədii yaradıcılığı, həmçinin ictimai fəaliyyəti prizmasından nəzər salmağa imkan yaradır.

Əli bəy Hüseynzadə Azərbaycan təsviri sənətində realizmin ilk nümayəndələrindən və peşəkar teatr rəssamlığının banilərindən biri hesab edilir. Onun rəngkarlıq və qrafika irsi portret, mənzərə və natürmort janrlarını əhatə edir. Əsərlərində milli-mənəvi dəyərlər, tarixi yaddaş, vətən sevgisi və insan xarakterinin psixoloji dərinliyi yüksək bədii ifadəsini tapıb.

Sərgidə müəllifin həm Azərbaycanda, həm də Türkiyədə yaratdığı “Mənzərə. Bibiheybətin görünüşü”, “Atatürkün portreti”, “Ailə portreti” və digər əsərləri nümayiş etdirilir. Ekspozisiyada, həmçinin, Salyan Tarix-Diyarşünaslıq Muzeyinə məxsus, Əli bəy Hüseynzadənin redaktoru olduğu “Həyat” qəzetinin ipək üzərində nəşr edilmiş nadir nüsxəsi də yer alır.

View this post on Instagram

A post shared by Milli İncəsənət Muzeyi (@nationalartmuseum.az)

Azərbaycan milli düşüncə tarixində xüsusi yer tutan Əli bəy Hüseynzadə üçrəngli dövlət bayrağımızın ideoloji əsaslarını formalaşdıran şəxsiyyətlərdəndir. Onun irəli sürdüyü “Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyası dövlət bayrağımızın rənglərinin mənəvi məzmununda öz əksini tapıb. Sərgidə böyük mütəfəkkirin redaktorluq fəaliyyəti, teatr sənətinə töhfələri və milli ideya irsinə həsr olunmuş məlumat lövhələri də təqdim edilir. Azərbaycan İstiqlal Muzeyinin kolleksiyasından seçilmiş fotoşəkillər Əli bəy Hüseynzadənin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini, eləcə də 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın iştirakçılarını və həmin dövrün tarixi mühitini əks etdirir.

Ekspozisiyanın mühüm hissələrindən birini Birinci Türkoloji Qurultayın keçirildiyi günlərdə “Azdövlətkino” tərəfindən lentə alınmış 8 dəqiqəlik qısametrajlı səssiz film təşkil edir. Sərginin multimedia bölməsində yerləşdirilmiş sensorlu ekranda (touchscreen) Əli bəy Hüseynzadənin sənət ənənələrini davam etdirən övladları – ilk türk kubist və abstrakt rəssamlarından Səlim Turanın, xalq sənəti və Şərq mifologiyası motivlərinə müraciəti ilə tanınan rəssam Feyzavər Alpsarın əsərləri yer alıb.

View this post on Instagram

A post shared by Milli İncəsənət Muzeyi (@nationalartmuseum.az)

“Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” sərgisi ziyarətçilərə böyük ideoloqu və ictimai xadimi həm də zəngin yaradıcılıq dünyasına malik rəssam kimi yaxından tanımaq imkanı yaradır.

Sərgi, 30 sentyabr tarixinədək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 İyul 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see391

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see346

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see320

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see307

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see306

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see212

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see198

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see194

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see189

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see187

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see180

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see179

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see177

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see167

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see164

ÇSKA ilə oyunlara daha yaxşı hazırlaşmalıyıq, çünki komandada hələ də müəyyən çatışmazlıqlar var Qurban Qurbanov

17 İyul 2026 02:42see157

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see157

Qurbanov: “Buna çox sevinirəm”

17 İyul 2026 02:00see156

“Torpedo” “Zirə”: heyətlər

16 İyul 2026 19:00see156

Küveyt səmasında 32 İran dronu vurulub

17 İyul 2026 02:49see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri