Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var 700 min manat...
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov Nizami Tibb Mərkəzinə baş həkim təyin edilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, F.Əhmədov dövlət xəstəxanasında baş həkim olmaqla yanaşı, özünə məxsus klinikada da direktor vəzifəsini tutur.
Belə ki, o, Binəqədi rayonunda yerləşən özəl, nizamnamə kapitalı 700 min 100 azn olan “Megapol” klinikasının sahibidir. Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarına əsasən, Fikrət Əli oğlu Əhmədov “Megapol Sağlamlıq Mərkəzi” MMC-nin direktoru və qanuni təmsilçisidir.
Onu da qeyd edək ki, F.Əhmədov 2014-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.
Murad İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 16 Fevral 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















