Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.
“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib.
Məlumatı Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər. Bildirilib ki, yeni baş həkim təyinatı dünən olub və artıq kollektivə də təqdim edilən Fikrət Əhmədov bu gündən işə çıxıb.
Qeyd edək ki, F.Əhmədov bir neçə ay öncə Nizami Tibb Mərkəzinə baş həkim təyin olunmuşdu. O, yeni təyinatla əlaqədar Nizami Tibb Mərkəzindən ayrılıb.
O, 2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.
Baxış sayı:150
Bu xəbər 03 İyun 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















