Icma.az
close
up
RU
Əli əsə əsə çevriliş planı cızan Ramiz Mehdiyev... Mir Şahin

Əli əsə əsə çevriliş planı cızan Ramiz Mehdiyev... Mir Şahin

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İndi qarşımızda hər birimizin məsuliyyət daşıdığı bütöv, bütün, müstəqil, heç bir dövlətdən asılı olmayan, ərazisində heç bir ölkənin hərbi bazaları olmayan, Silahlı qüvvələrinin yalnız bir Ali Baş Komandana, İlham Əliyevə tabe olduğu Azərbaycan var. Və bu ölkəni, bu dövləti çevirmək istəyənlər dünyanın ən şərəfsiz məxluqllarıdır. Fərqi yoxdur, dövlət çevrilişi etmək niyyətinə düşən Ramiz Mehdiyevdir, ya bir başqası. Biz dünənədək qaragüruh dediyimiz, qoltuğunun altından gözü kölgəli, köynəyini dəyişməyə gigiyenası çatmayan savadsız və məsuliyyətsiz bir ovuc qara-quranın haqqında danışırdıqsa, indi məlum olur ki, əli əsə-əsə çevriliş planı cızan, əyri-üyrü xətlə Azərbaycanın şeytan bilir hansı cəhənnəmə gedib düşməsini planlayan Ramiz Mehdiyev varmış. Biri köynəyini vaxtında dəyişməyən şəxsiyyət vəsiqəsiz biri... O birisi isə ayağını nəinki Şuşaya, Laçına, Kəlbəcərə, Xocalıya, Ağdama, Füzuliyə, Zəngilana, Cəbrayıla, Qubadlıya, Hadruta, heç Qənimətlər Parkına, Zəfər Tağına basmayan, artıq belə də deyə bilərəm, nümayişkaranə şəkildə bunu etməyən, bəlkə də öz aləmində qələbəmizi baykot etdiyini düşünən Ramiz Mehdiyev... İkisinin də xislətində xarici qüvvələri Azərbaycana yeritmək niyyəti var! Biri Qərbi, o biri Şimalı Azərbaycanın daxili işlərinə qarışmağa çağırır. Biri Qərb mediasında, sürünə-sürünə əldə etdiyi tribunalarda, o biri isə Şimaldan diləndiyi dəstəklə həyata keçirəcəyini güman etdiyi çevrilişlə. İndiyədək çox çevriliş cəhdinin şahidi olmuşuq. 1992-ci ildə 3 dəfə olub bu. Mart ayının 6-da. May ayını 14-də və 15-də.

Ölkə.Az xəbər verir ki, bu sözləri Real TV-də yayımlanan "Mirşahinin vaxtı" proqramında verilişin müəllifi, tanınmış jurnalist Mir Şahin Ağayev bildirib.

O xatırladıb ki, 1993-cü ilin iyun ayında Elçibəyi devirib yerinə Surət Hüseynov və Ayaz Mütəllibovun tandemi ilə Dövlət Şurası qurmaq istəyənlərin çevriliş cəhdi olmuşdu: "Son anda xalqın tələbi və Elçibəyin dəvəti ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və dövləti fəlakətdən xilas etdi.

1994-cü ilin oktyabr ayında da, 1995-ci ilin mart ayında da eyni qüvvələr Azərbaycanda çevriliş etmək istəmişdilər. Baş tutacağı təqdirdə Dövlət Şurası yaratmalı və dövlət idarəçiliyini xarici ölkələrə təslim edəcəkdilər. Heydər Əliyev xalqı və Azərbaycanı qorudu.

2003-cü ilin oktyabr ayında yenicə Prezident seçilmiş İlham Əliyevi hələ and içməyə macal vermədən devirmək istəmişdilər.

Bu çevriliş cəhdlərində Azərbaycan yalnız 80 faiz var idi. Bu qədər güclü. Qüdrətli, beynəlxalq nüfuza malik dövlət deyildi. O zaman Azərbaycan beynəlxalq yazıqlıq ünvanı idi. Heydər və İlham Əliyevlər xalqın qürur hissini qaytarmaq üçün on illər sərf etdilər. Və budur bu gün mən Cıdır Düzü fonundayam. Burdan bütün dünyaya baxıram. Bu dövləti, 21-ci əsrin ilk və hələ ki yeganə qalib dövlətini, Azərbaycanı çevirmək niyyətinə düşmək üçün nə qədər alçalmalısan!!! Mən prosesləri diqqətlə izləyəcəm. Çünki hələ 1999-cu ildə ulu öndər Heydər Əliyev ilk dəfə xəstəxanaya düşəndə mətbuatda oxşar mövzular müzakirə edilirdi. Mən "Gülhanə" hospitalında müsahibə alanda Heydər Əliyevin həmin mövzulara münasibətini də soruşmuşdum. Budur o müsahibə. (aşağıdakı videoda)

Beləliklə, Ulu Öndərin təbirincə desək, yenə də pis niyyətlər, xəbis arzular elə o niyyət və o arzuların sahiblərinin gözündə qalacaq. Tarixinin ən qüdrətli zamanını yaşamaqda olan Azərbaycan Dövlətinin lideri İlham Əliyev fərd deyil, bir prosesdir. Onun gücü Azərbaycan xalqıdır. Milyarddan artıq əhalisi olan dövlət onun ey vətəni ilə addımlamağı özünə rəva bilir.

Azərbaycanın dövlət himni Ağ Evin önündə səslənir!

Dünyanın ən qüdrətli dövlətinin başçısı ona belə yanaşır.

İlham Əliyev dünyanın ən kiçik sakini ilə də təkcə öz doğma balası, qan bir, can bir övladı kimi deyil, bir dövlətin başçısı tək görüşür.

Uzun sürən ağır xəstəlikdən sonra siyasi vəfatı bioloji vəfatından daha tez baş vermiş Ramiz Mehdiyevi isə dırnaqarası təbrik etmək olar. Onun çevrilişi baş tutdu. Özünü çevirdi. Baxın kim idi, nə idi, kimə və nəyə çevrildi? İllah da bu Ucalıqdan, Cıdır Düzündən baxanda o qədər alçaq görünür ki... Cıdır Düzünə düzlənək, bacılar və qardaşlar, atalar və analar, nənələr və babalar, körpələr. Ümumxalq Selfisi üçün ən yaxşı fon buradır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri