Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Ramiz Mehdiyev çevriliş etdiyi Azərbaycanı belə görmək istəyirmiş

Ramiz Mehdiyev çevriliş etdiyi Azərbaycanı belə görmək istəyirmiş

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Gununsesi.info Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktubun azərbaycanca tərcüməsini təqdim edir:

“Son illərdə Azərbaycanda dövlət idarəetmə sistemini, eləcə də iqtisadi həyatı əhatə edən dərin böhran radikal islahatların və dəyişikliklərin həyata keçirilməsini tələb edir.

Bir tərəfdən, mövcud idarəetmə strukturunun səmərəsizliyi hazırkı hakimiyyətin xarakteri, əxlaqı və baxışları ilə izah olunursa, digər tərəfdən, bu struktur qüsurlu, avtoritarizm ruhu ilə iflic olmuş sistemlə bağlıdır. Bu idarəetmə sisteminin əsas xüsusiyyətləri yalnız referendum vasitəsilə dəyişdirilə bilər.

Dövlət idarəçiliyinin yeni simasını və prinsiplərini işləyib hazırlayarkən, ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyasını, onun dövlətdən ənənəvi gözləntilərini nəzərə almaq, ölkənin hərtərəfli inkişafına mane olan sosial-iqtisadi həyat sistemində durğunluğun həqiqi səbəblərini başa düşmək və aradan qaldırmaq lazımdır.

Strateji dövlət orqanlarının rəhbəri kimi topladığım çoxillik idarəetmə təcrübəsi, eləcə də müasir Azərbaycanın tarixi və siyasi həyatının problemləri üzrə daimi elmi araşdırmalarım mənə aşağıdakı dövlət idarəetmə sisteminin formalaşdırılmasının zəruriliyini göstərir:

1. Hakimiyyət, ümumi qəbul edilmiş demokratik prinsiplərə uyğun olaraq, üç qoldan ibarət olacaq: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti 50 üzvdən – cəmiyyətdə nüfuz sahibi olan görkəmli və təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən ibarət Dövlət Şurası təmin edəcək. Bu orqan seçkili olacaq və ümummilli səsvermə nəticəsində formalaşacaq. Şuraya Dövlət Şurasının Sədri rəhbərlik edəcək, onu isə öz növbəsində xalq tərəfindən seçilmiş Dövlət Şurasının üzvləri öz aralarından seçəcəklər. Sədri tutduğu vəzifədən yalnız Dövlət Şurasının üzvləri səsvermə nəticəsində kənarlaşdıra bilərlər.

Dövlət Şurası tam hakimiyyətə və ölkədə siyasi və sosial-iqtisadi proseslərə nəzarət mexanizminə malik olacaq, həmçinin Konstitusiya Məhkəməsi və ölkənin Təhlükəsizlik Şurasının funksiyalarını yerinə yetirəcək. Dövlət Şurası parlament tərəfindən qəbul edilmiş qanun layihələrini və respublika hökumətinin qərarlarını təsdiq edəcək, güc strukturları və məhkəmə hakimiyyəti, Mərkəzi Bank və universitet rektorları vəzifələrinə namizədlər irəli sürəcək. Müvafiq olaraq, Şura lazım gəldikdə parlamentin qanun layihələrinə və hökumətin qərarlarına veto qoymaq hüququna malik olacaq.

Dövlət Şurasının fəaliyyətini sədrin aparatı təmin edəcək. Dövlət Şurasının Sədri dövlət başçısı üçün nəzərdə tutulmuş bütün səlahiyyətlərdən və hüquqi immunitetdən istifadə edəcək.

Dövlət Şurasına seçkilər hər 7 ildən bir keçiriləcək və bu müddət ərzində Dövlət Şurasının üzvləri də immunitet və toxunulmazlıqdan istifadə edəcəklər. Lazım gəldikdə, Dövlət Şurasının üzvünün mandatı Dövlət Şurasının Sədrinin tələbi ilə şura üzvlərinin səsverməsinin nəticələrinə əsasən dayandırıla bilər. Dövlət Şurasının üzvləri bu orqanda olduqları müddətdə elmi-pedaqoji fəaliyyət istisna olmaqla, hər hansı fəaliyyətlə məşğul olmaq hüququna malik olmayacaq və yalnız Dövlət Şurasına hesabat verəcəklər.

2. Ölkədə icra hakimiyyətinə parlament seçkilərinin nəticələrinə əsasən seçiləcək Baş nazir rəhbərlik edəcək. Parlament seçkilərinin nəticələrinə görə ən çox səs toplayan partiyanın sədrinə dövlətin sosial-iqtisadi xəttinin həyata keçirilməsinə məsul olan hökuməti formalaşdırmaq hüququ veriləcək.

3. Qanunvericilik hakimiyyətini hər 7 ildən bir ümummilli seçkilər nəticəsində formalaşacaq ölkənin parlamenti təmsil edəcək. Parlament hökumətin fəaliyyəti haqqında hesabatı qəbul edəcək, hökumət başçısının təqdimatı ilə sosial-iqtisadi siyasətin həyata keçirilməsinə məsul olan nazirləri (güc strukturlarının rəhbərləri istisna olmaqla) təsdiq edəcək.

4. Məhkəmə hakimiyyətini əvvəlki kimi ölkənin Ali Məhkəməsi və onun müvafiq strukturları həyata keçirəcək.

Bu dəyişikliklər ölkəni Prezident Respublikası rejimindən hakimiyyətə səmərəli nəzarət mexanizmi olan Parlament Respublikası rejiminə keçirəcək. Onlar avtoritarizm və təkhakimiyyətliliyin əsaslarını və rüşeymlərini xeyli dərəcədə neytrallaşdırmağa, eləcə də dövlətin fəaliyyəti üzərində ictimai nəzarəti gücləndirməyə imkan verəcək.

Bununla yanaşı, bu cür sxem demokratik seçkilərin keçirilməsinə imkan verəcək ki, bu da ölkənin beynəlxalq imicini xeyli yaxşılaşdıracaq və müxtəlif siyasi qüvvələr üçün geniş fəaliyyət spektrini açacaq, bu da öz növbəsində vətəndaş cəmiyyətinin əsaslarını möhkəmləndirəcək.

Ramiz Mehdiyev

AMEA-nın akademiki

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Oktyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri