Icma.az
close
up
RU
Əli Əsədov: Boykot çağırışlarına baxmayaraq Azərbaycan COP29da güclü siyasi iradə nümayiş etdirdi

Əli Əsədov: Boykot çağırışlarına baxmayaraq Azərbaycan COP29da güclü siyasi iradə nümayiş etdirdi

Icma.az bildirir, Bizim media portalına istinadən.

"Bu il Azərbaycanın siyasi həyatında mühüm hadisələr baş verdi. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra onun bütün ərazisində prezident və parlament seçkilərinin keçirilməsi tarixi hadisə oldu".
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, bu tarixi hadisə keçmiş məcburi köçkünlərə öz doğma torpaqlarında yaradılmış seçki məntəqələrində səs verməyə imkan verib: "Bununla əlaqədar olaraq, MDB üzvü olan ölkələrin müşahidəçi missiyasına və Birliyin özünə fəal iştirakına və peşəkarlıq nümayiş etdirdiklərinə görə təşəkkür etmək istərdim".
Əli Əsədov bu yaxınlarda Bakıda keçirilən BMT-nin iqlim konfransı - COP29-dan da danışıb.
Bildirib ki, tədbirdə 80 dövlət və hökumət başçısı, eləcə də qeydiyyatdan keçmiş 76 mindən çox inümayəndə iştirak edib:
"COP29-da inkişaf etməkdə olan ölkələrə illik rekord məbləğdə 300 milyard dollarlıq iqlim maliyyəsi təqdim etmək barədə qərar qəbul olunub. Əldə edilən razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və qlobal iqlim gündəmi üçün müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycanın sədrliyi ölkəmizə qarşı genişmiqyaslı, əsassız kampaniyaya və hətta dünya ictimaiyyəti üçün belə mühüm hadisəni boykot etməyə çağırışlara baxmayaraq bir daha güclü siyasi iradənin və peşəkarlığın mövcudluğunu nümayiş etdirdi ki, bu da konfransın layiqli səviyyədə keçirilməsinə, mühüm nəticələrə və çoxtərəfli danışıqlarda irəliləyiş əldə etməyə imkan verdi.


Fürsətdən istifadə edərək, Birlik ölkələrinin nümayəndə heyətlərinin fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə əvəzsiz töhfələrinə görə Azərbaycan hökuməti adından minnətdarlığımı bildirirəm.


Ayrı-ayrılıqda, Rusiya Federasiyasının nümayəndə heyətinin başçısı kimi COP29-da şəxsi fəal iştirakına görə Mixail Vladimiroviçə təşəkkür etmək istərdim".
Azərbaycan Baş naziri çıxışının sonunda Birlik çərçivəsində konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib və toplantının bütün iştirakçılarına səmərəli iş arzulayıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Dekabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri