Icma.az
close
up
RU
Əli Əsədov tacikistanlı həmkarı ilə görüşdü

Əli Əsədov tacikistanlı həmkarı ilə görüşdü

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 25-də onun dəvəti ilə ölkədə rəsmi səfərdə olan Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

"AzPolitika" xəbər verir ki, Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycan ilə Tacikistan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olduğu vurğulanıb.

Dövlət başçıları prezidentlər İlham Əliyevin və Emoməli Rəhmonun siyasi iradəsinin və birgə səylərinin Azərbaycan-Tacikistan münasibətlərinin hazırkı yüksək səviyyəyə çatmasında həlledici rol oynadığı qeyd olunub.

Ölkələrin regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirilib.

Qarşılıqlı ticarətdə müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Eyni zamanda ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğu vurğulanıb.

Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin, eləcə də Azərbaycan-Tacikistan İşgüzar Şurasının və biznes-forum formatının işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Nəqliyyat-tranzit sahəsində mövcud olan əlverişli əməkdaşlıq imkanlarından daha səmərəli istifadə olunması məsələləri müzakirə edilib.

Orta Dəhlizin Asiya ilə Avropa arasında mühüm nəqliyyat marşrutlarından biri kimi artan rolu, eləcə də Zəngəzur dəhlizinin regionun yeni nəqliyyat arxitekturasında yaratdığı əlavə imkanlar qeyd olunub.

Energetika sahəsində, xüsusilə bərpa olunan enerji istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Mədəni-humanitar və təhsil sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Tərəflər arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Sazişin tələbələr üçün əlavə imkanlar yaratdığı bildirilib.

Hökumət başçıları Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlığın bütün istiqamətlər üzrə daha da dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Sentyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see302

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see302

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see254

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see219

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see213

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see211

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see211

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see210

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see209

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see205

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see203

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see191

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see190

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see186

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see185

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see176

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see172

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see170

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri