Icma.az
close
up
RU
Əli Kərimli Ramiz Mehdiyevin dövlət çevrilişi planında iştirak etdiyini etiraf edib ANALİZ

Əli Kərimli Ramiz Mehdiyevin dövlət çevrilişi planında iştirak etdiyini etiraf edib ANALİZ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan hüquqi, demokratik dövlətdir. Bu prinsiplərə sədaqətli olduğunu əməli fəaliyyəti, həyata keçirilən davamlı siyasəti ilə təsdiq edib. Ona görə də, ölkəmizdə qanunazidd əməllərə yol verilməsi mümkünsüzdür. Əgər belə hallara yol verilərsə, o zaman həmin şəxslər kimliyindən, tutduğu mövqeyindən, statusundan asılı olmayaraq sərt şəkildə cəzalanırlar. Təbii ki, bu siyasət dəyişməyəcək və əksinə daha mükəmməl xarakter alacaq. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin, AXCP sədri Əli Kərimlinin, AXCP idarə heyətinin üzvü Məmməd İbrahimin və digər şəxslərin həbs olunması qeyd olunanlara misal ola bilər. İstintaq isə davam edir. Bu isə onu deməyə əsas verir ki, hakimiyyətin zorla ələ keçirilməsini planlaşdıran başqa şəxslərin də həbs olunması gündəmdədir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, cinayətdə əli olan Milli Şuranın, AXCP-nin rəhbər şəxsləri ölkədən qaçmaqla cəzadan yayınmağa cəhd edirlər. Misal olaraq, Milli Şuranın sədri Cəmil Həsənlinin dekabrın 1-də AXCP sədri Əli Kərimlinin həbs olunması xəbərini eşidincə aradan çıxmağa cəhd etməsini göstərmək olar. Ondan bir qədər əvvəl, yəni noyabrın 4-də Ramiz Mehdiyev həbs edilincə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli dərhal ölkəni tərk etdi. Müsavatın keçmiş başqanı Arif Hacılı da aradan çıxmağı bacarıb. Hazırda onun Avropada olduğu və daimi yaşamaq üçün yer axtardığı bildirilir. Məlumatlara görə, o, Hollandiyada gizlənməyə üstünlük verir. Səbəbi də A.Hacılının yaxın dostu Eldəniz Yusupovun Hollandiyada yaşaması və məşğulluğunu təmin edə biləcək xırda biznesinin olmasıdır. Ancaq əminliklə qeyd etmək olar ki, A.Hacılı harada gizlənməyindən asılı olmayaraq mütləq həbs olunaraq Azərbaycana gətiriləcək və ortağı Əli Kərimli ilə eyni kamerada üz-üzə oturaraq məhkəməsini gözləyəcək.

Frank Şvabe ənənəvi ampluasındadır

Birmənalı şəkildə demək olar ki, Azərbaycan cəmiyyəti dağıdıcı yol tutan, daim dövlətçiliyə qarşı qarayaxma kampaniyası aparan AXCP sədri Əli Kərimlinin, onun müşaviri Məmməd İbrahimin, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin həbs olunmasını, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin, AXCP Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmlinin və digərlərinin istintaqa cəlb edilmələrini müsbət və haqlı fəaliyyət olaraq dəyərləndirib, dəstəkləyirlər. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar Əli Kərimlinin həbs edilməsinə müsbət rəy bildirirlər. Bütün bunlar təsdiq edir ki, Azrbaycanda cəmiyyətin bütün təbəqələri, o cümlədən siyasi partiyalar, ictimai təşkilatlar zor gücünə ölkə daxilində hansısa məkrli planların həyata keçirilməsinə qarşıdılar. Eyni mövqeyi beynəlxalq təşkilatlarda nümayiş etdirirlər. Adətən, dağıdıcı müxalifətin mövqeyini müdafiə edən və hay-küylü bəyanatlarla çıxış edən Avropa təşkilatları Ramiz Mehdiyevin, Əli Kərimlinin və digərlərinin həbs edilməsinin hüquqa söykəndiyini dərk etdiklərindən susmağa üstünlük verirlər.Yalnız Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən, Almaniya nasist təşkilatının fəal üzvü, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan üzvü Frank Şvabe özəl separatçı fikirlərlə çıxış edib. Bu o məxluqdur ki, Azərbaycana qarşı bir sıra yaramaz və iyrənc çıxışların müəllifi olması ilə tanınıb. Azərbaycanın haqq savaşında ermənilər üzərində parlaq hərbi, siyasi, diplomatik qələbəsindən gic toyuğa dönən nasist F.Şvebe iştirakçısı olduğu tədbirlərdə ölkəmizlə bağlı şər və böhtanlar səsəndirirdi. Bununla kifayətlənməyən bu məxluq Azərbaycanda keçirilən bütün qlobal tədbirlərə qarşı qarayaxma kampaniyası təşkil edib. Avrovizyon mahnı musabiqəsi, İslam Həmrəylik oyunları, COP29 konfransına və digər beynəlxalq tədbirlərə, musiqi yarışlarına, idman oyunlarına çirkin kampaniya aparıb. Bu baxımdan onun Əli Kərimlinin həbsinə reaksiya verməməsi təəccüblü görünərdi. O, nasist düşüncəsinə və əxlaqına uyğun olaraq Ə.Kərimlinin həbs edilməsinə münasibət bildirib. Şübhə yoxdur ki, bir qədər sonra F.Şvebe AŞPA tribunasında çıxış edəcək və Azərbaycana qarşı ənənəvi ittihamlarını səsləndirəcək. Hətta onun özü kimi ermənipərəst AŞPA-dan olan deputatların birgə iştirakı ilə Ə.Kərimlinin ”müdafiəsi” ilə bağlı bəyanat səsləndirəcəyi gözləniləndi. Yəni Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən F.Şvebedən fərqli mövqe gözləməyə dəyməz.

Əli Kərimlinin əmlakı heç də Ramiz Mehdiyevin və ya Əbülfəs Qarayevin əmlaklarından az deyil

Cəmiyyəti bir sual düşündürür, Əli Kərimli özünü hakimiyyətə qarşı barışmaz müxalifətçi hesab etdiyi halda, necə ola bilər ki, iqtidarda olmuş Ramiz Mehdiyevlə əməkdaşlıq edib? Sual sadə olduğu qədər əsaslıdır. El arasında tez-tez səslənən bir misal var: “Meşə çaqqalsız olmaz”. Təəssüflər olsun ki, hakimiyyətin yuxarı eşalonunda təmsil olunan Ramiz Mehdiyev və onun dəstəsi özlərinə gözqamaşdıran var-dövlət əldə etdikdən sonra “dar gün” üçün dəstək trolları da yaratmağı unutmayıblar. Xüsusilə də Ramiz Mehdiyev və dəstəsi AXCP, Müsavat, Milli Şura rəhbərliyində təmsil olunan şəxslərdən, eləcə də xaricdəki antimilli ünsürlərdən öz çirkin maraqlarının təmin olunmasında istifadə etməyə çalışıblar. Bu məqsədlə də, onlara maddi və mənəvi yardımlar göstəriblər. Ümumilikdə xaricdəki antimilli ünsürlərə 48 milyon ABŞ dolları, dağıdıcı müxaliflərə isə 18 milyon manata maliyyə vəsaiti ödənilib. Sual olunur, niyə xaricdəki antimilli ünsürlərə dağıdıcı müxaliflərdən daha çox pul verilib? Birincisi, xaricdəkilərin xərclərinin çox olduğu bildirilir. İkincisi isə, dağıdıcı müxaliflərə pul yardımı ilə yanaşı daşınmaz əmlaklar da verilib. Araşdırmalarla təsdiq olunur ki, R.Mehdiyevin göstərişi ilə Əli Kərimliyə Şüvəlan kəndində 16 sot torpaq sahəsi ilə ikimərtəbəli bağ evi bağışlanıb. Xızı rayonunda iki hektar torpaq və iki mərtəbəli evdə R.Mehdiyev tərəfindən Ə.Kərimliyə mükafat olaraq bağışlanıb. Bakının Montin deyilən ərazisində, eləcə də Yasamal rayonu Alatava deyilən yaşayış məskənində, 28 may küçəsi ilə Xəqani küçəsinin kəsişməsində 4 otaqdan ibarət mənzillər bağışlanıb. Bununla yanaşı, Dağıstanın, İstanbulun, Londonun müxtəlif məkanlarından Ə.Kərimliyə obyektlər, evlər bağışlanıb. 2014-2015-ci illərdə London Şəhər Universitetində (City University London) təhsil alan Türkel Kərimlinin həmin illərdə təhsilinə və Britaniya paytaxtında yaşamına 324 min dollar pul xərclənib. AXCP sədri Əli Kərimli, oğlu Türkel Kərimli, AXCP sədrinin əmisi oğlu Tofiq Kərimli, qayını Elnur Seyidov, baldızı Aytən Seyidova Azərbaycan banklarından 2013-2020-ci illər ərzində 9 milyon 356 min manat nağd pul çıxarıblar. Əli Kərimlinin baldızı Aytən Seyidovanın adına Bakıda açılmış bank hesabına 500 min avro yatırılıb. Əli Kərimlinin əmisi oğlu Tofiq Kərimovun adına açılmış bank hesabından 165 min manat çıxarılaraq nağdlaşdırılıb. Bütün sonra sual olunur, Ə.Kərimli çox vaxtı sosial ədalətdən, vicdanlı iş fəaliyyətindən danışırdı, fikirlər söyləyirdi, statuslar paylaşırdı, bundan sonra nə deyəcək? Səhvlərini, yanlış əməllərini etiraf edəcəkmi? Xarici maraqlı dairələrlə iş birliyində olduğunu dilə gətirə biləcəkmi? O faktdır ki, artıq Ə.Kərimli Ramiz Mehdiyevlə əlaqələrinin olduğunu etiraf edib. Lakin bu etraf kifayət etmir. Lazımdır ki, Ə.Kərimli etdiyi siyasi riyakarlığa görə ən azı cəmiyyətə üzrxahlıq açıqlaması ünvanlasın. Düzdür, bu ictimaiyyətin ona olan nifrətini aradan qaldırmayacaq. Ancaq qismən də olsa olanlara aydınlıq gətiriləcək. Hətta digər müxaliflər də baş verənləri anlayaraq siyasi fəaliyyətlərində ciddi dəyişliklər etməli olacaqlar.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Dekabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see254

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see209

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see148

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see137

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see124

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri