Icma.az
close
up
RU
Əli Kərimli ölkədən qaça bilər ANALİZ

Əli Kərimli ölkədən qaça bilər ANALİZ

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Sübuta yetirilən fakt ondan ibarətdir ki, Azərbaycanın əldə etdiyi hər bir uğur dağıdıcı müxalifəti ciddi narahat edir. Bu baxımdan sosial şəbəkələr vasitəsi ilə qərəzli, şər və böhtan xarakterli məlumatlar yayırlar. Hətta o dərəcədə qara niyyətə, bəd əməllərə sahibdirlər ki, torpaqlarımız üzərində suverenliyimizin bərpa olunmasına paxıllıq hissi ilə yanaşırlar. Çox vaxtı dəxli olmayan, mövzudan uzaq olan fikirlər səsləndirib, mövqe ifadə edirlər. Əli Kərimli, Fuad Qəhrəmanlı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri iddia edirlər ki, guya “Azərbaycanda söz və mətbuat azadlığı pozulur”, “insan hüquqları sahəsində problemlər var”. Halbuki hər gün səhərdən axşama qədər dövlətçilik əleyhinə, ləyaqətli insanlar haqında şər və böhtanlar səsləndirir, videolar paylaşırlar. Bir dəfə də olsun onların bu kimi boşboğazlıqlarına görə hüquqi addımlar atılmayıb. Ən azı polis bölmələrinə çağırıb onlarla maarifləndirici söhbətlər aparılmayıb. Nə zamansa onlara qarşı xəbərdarlıq olunmayıb. Sual olunur, şər və böhtanlarınızın iyrənc hal almasına baxmayaraq sizlərə qarşı, cəza tədbirləri görülməyibsə, nədən insan hüquq və azadlıqları pozulur iddiası ilə çıxış edirsiniz? İnternet TV-lərdə, erməni lobbisinin maliyyələşdirdiyi saytlarda xalqını sevən, dövlətinə bağlı olan insanlara qarşı şərəf və ləyaqəti alçaldan ifadələr səsləndirdiyiniz halda, nəyə görə “söz və fikir azadlıqlarına əngəllər yaradılır”, - deyə cəfəng fikirlər səsləndirirsiniz?

AXCP-də sözə baxmayanlara qarşı ciddi cəza kəsilir

Diqqətçəkən məqam ondan ibarətdir ki, Əli Kərimlinin firması hesab olunan AXCP-də hər kəsin üzərinə götürdüyü və həyata keçirməsi məcburi xarakter daşıyıb vəzifələri var. Kimsə cəsarət edib, göstərişləri yerinə yetirməsə, o zaman xəbərdarlıq olaraq aylıq maaşından kəsilir, sonrakı mərhələdə oyuncaq idarə heyətinin qərarı ilə partiya sıralarından xaric edilir. Bu barədə çoxsaylı faktlar, sübutlar göstərmək olar. AXCP MNTK-ın sədri Aydın Əliyev Əli Kərimlini təşkilat daxilində qatı diktatura qurmaqda ittiham etdiyinə görə cəzalandırılmışdır. A.Əliyev məhkəmə vasitəsi ilə pozulmuş siyasi hüquqlarının bərpasına nail olsa da, Ə.Kərimli uzun müddətdir ki, məhkəmənin qərarını icra etməkdən imtina edir. Bu da bir daha Ə.Kərimli demokratik idarəetmə prinsiplərinə dözümsüz olduğunu göstərir. Baxmayaraq ki, o, hər fürsətdə azad, demokratik cəmiyyət quruculuğundan, siyasi plüralizmdən danışır. A.Əliyevə və digər cəbhəçilərə qarşı hegemon münasibəti isə onu təsdiq edir ki, danışdıqları sadəcə boşboğazlıqdan başqa bir şey deyil. Eyni qaba münasibətlə Sahib Kərimli də rastlaşıb. AXCP funksionerlərindən olmuş S.Kərimli açıq fikirli olmasına görə Ə.Kərimlinin qəzəbinə məruz qalıb. Nəticədə heç bir əsas gətirilmədən partiya sıralarından xaric edilib. S.Kərimli isə cızma-qara hesab olunan qərarla razılaşmaq fikrində olmadığını sosial şəbəkələrdə sərt paylaşımları ilə nümayiş etdirir.

AXCP-də narazılığın miqyası genişlənir

Ümumiyyətlə, sıravi cəbhəçilərin böyük əksəriyyəti Ə.Kərimlinin siyasətindən narazı olduqlarını sərgiləməkdən çəkinmirlər. Bu isə necə deyərlər sıravilərin qəzəbinin son həddi olduğunu göstərir. Həm də etirazçıları narazı salan amillərdən bir də ondan ibarətdir ki, Ə.Kərimli Xankəndi şəhərində üçrəngli bayrağımızın ucaldılmasından sonra ciddi şəkildə narahat olması və həyəcanlanmasıdır. Məsələn, AXCP-nin Nizami rayon şöbəsinin üzvü Şakir Vəliyev sosial şəbəkə hesabında Ə.Kərimlinin suverenliyimizin bərpa olunmasına qısqanclıqla yanaşmasını ona olan kənar təsirlərlə əlaqələndirir. Cəbhəçi Jalə Xuduyeva isə Ə.Kərimlini xalqın sevincinə şərik olmamaqda qınayıb. S.Kərimli isə Ə.Kərimlini qorxaqlıqda ittiham edib. O özünün facebook səhifəsində yazır: “Siyasi partiya ictimai institutdur. Onun sədri hakimiyyət uğrunda mübarizədə qalib gəlməyə bilər, amma ictimai institut cəmiyyət və dövlət üçün, heç olmasa faydalı kadrlar hazırlamalıdır. Təkcə siyasi məhbus və siyasi satqından başqa heç nə yetişdirməyən AXCP və lideri Əli Kərimli kimə nə faydası ola bilər?”.

S.Kərimli paylaşdığı statusunda onu da qeyd edir ki, hazırkı mərhələdə AXCP-nin konkret əməli fəaliyyət yoxdur, yalnız ağlaşma, giley var: “Sonda da xalqa minnət qoymaq ki, hamılıqla meydana çıxmasanız heç nə düzələn deyil. Əli Kərimli, o meydana bir dəfə də özün çıx, o həbsə bir dəfə də özün gir. Get bölgələrə, şəhid dəfnlərində iştirak elə, Rusiya səfirliyinin qarşısına çıx. Sosial şəbəkəni, youtube kanallarını ağlama divarına çevirib, dələduz kahinlər kimi "ibadətlə" məşğul olmağa nə var ki”.

Əli Kərimli keçmiş dostları tərəfindən də ittiham edildi

Görünən fakt ondan ibarətdir ki, cəmiyyətin hər bir üzvü, müxalifətdə olmağından asılı olmayaraq Ə.Kərimlinin, Cəmil Həsənlinin və digərlərinin böyük, qürurverici qələbəmizə kölgə salmağa çalışmalarına öz hiddət və qəzəblərini nümayiş etdirirlər. Hətta məsələ parlamentdə təmsil oluna müxalif deputatlarında diqqətindən yayınmayıb. Əksər partiya sədrləri Ə.Kərimlini, Cəmil Həsənlini Ermənistandakı revanşist qüvvələr kimi düşünməkdə, fəaliyyət göstərmək də, böyük zəfərimizdən narahatçılıq keçirmək də ittiham etmişlər. Hesab etmək olar ki, məsələnin parlamentə qədər gedib çıxmasından sonra dağıdıcı müxalif məxluqlar səhvlərini başa düşüb, ətəklərindəki daşları yerə atacaqlar, üzrxahlıq edib, siyasi kurslarını dəyişəcəklər. Lakin yuxarıda girişdə qeyd etdiyim kimi, dağıdıcı müxalifət haqqı dilə gətirməkdən, ədalətli mövqe ifadə etməkdən uzaqdır. Bu baxımdan da hazırkı mövcud durumu da dəyərləndirib, ona uyğun addım ata bilmir.

Bir sözlə görünən ondan ibarətdir ki, Əli Kərimli və torol dəstəsi, xüsusilə də C.Həsənli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli və digərləri parlaq hərbi, siyasi, diplomatik qələbəmizdən əndişələniblər, dərdə-qəmə mübtəla olublar. Tibb elmi belə xəstələrin uzun müddətə ayaqda qalmasının çətin olduğu qənaətindədir. Yəqin ki, çökəcəklər və ya siyasətlə vidalaşacaqlar. Hətta Ə.Kərimli problemlərdən və daxili böhrandan qurtulmaq üçün ölkədən qaça bilər. Bunu isə zaman göstərəcək. Hansı ki, o vaxt heç də uzaqda deyil. Yəqin ki, yaxın günlərdə, bəlkə də saatlar sonra Ə.Kərimlnin ölkədən qaçaq yolu ilə qaçması barədə saytlarda və sosial şəbəkələrdə məlumatlar paylaşılacaq.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri