Icma.az
close
up
RU
Əli Kərimlinin 20 Yanvar yalanı necə ifşa olunub?

Əli Kərimlinin 20 Yanvar yalanı necə ifşa olunub?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

20 Yanvarın ildönümü ərəfəsində həmin hadisələrlə bağlı müxtəlif fikirlər səsləndirilir, iştirakçılar həm özləri, həm də başqalarının fəaliyyəti barədə çıxışlar edilər. 

AXCP-nin hazırda həbsdə olan sədri Əli Kərimli də zaman-zaman özünün həmin hadisələrlə iştirakı ilə bağlı çıxışlar edib, özündən qəhrəman obrazi yartmağa çalışıb. 

“Cebheinfo.az” xəbər verir ki, Ədalət, Demokratiya, Hüquq (ƏHD) partiyasının sədri, deputat Qüdrət Həsənquliyev hələ 16 il bundan əvvəl “mia.az”-a açıqlamasında Əli Kərimlinin 20 Yanvar yalanını ifşa edib.

Q.Həsənquliyev həmin açıqlamasında Əli Kərimlinin “Maşınımıza 7-8 metrlik məsafədən 30-40 güllə atılmışdı, güllələr maşını deşik-deşik etmişdi, biz isə sağ-salamat idik” sözlərinə belə münasibət bildirib: 

“Əvvəl yazır ki, maşının təkələrinə atəş açmışdılar. Sonra yazır ki, güllələr maşını deşik-deşik etmişdi. Bu, ciddi deyil. Əli Kərimli yazısında iddia edir ki, yanvarın 19-da axşam televiziyanın enerji bloku partladılanda Sovet ordusunun həmin gecə şəhərə girəcəyini hiss ediblər.  Amma bir cümlə də qeyd etmir ki, dinc insanların zərər görməməsi üçün nə ediblər. Bu barədə insanları niyə xəbərdar etməyiblər? 

Əgər Əli Kərimli şəhərə qoşun yeridiləcəyini bilirdisə, dinc sakinləri maksimum dərəcədə xəbərdar etməli idi. Bu, Milli Müdafiə Şurasının üzvü kimi də onun borcu idi. 

Hələ yazır ki, hadisələr başlayandan sonra onlar döyüş sursatı hesab olunan yandırıcı qarışıqlar dolu şüşə qabları taksinin yük yerinə yığıblar. Hərbçilər isə həmin maddələri taparaq sındırıblar. 

Əgər hərbçilərin əlinə Bakıda onlara qarşı müqavimətin olduğunu sübut etmək imkanı düşmüşdüsə və döyüş sursatı hesab olunan yandırıcı qarışıqlar dolu şüşələr tutmuşdularsa, daha niyə həmin şüşələri sındırırdılar? 

Bu, o zaman rus hərbçiləri üçün göydəndüşmə fakt idi. Digər tərəfdən yazır ki, gödəkçəsinin içəridən sol cibində Milli Müdafiə Şurasının vəsiqəsi olub, əllərini çiyni səviyyəsində endirib vəsiqəni birtəhər cibindən çıxarıb dəmir şəbəkə qapının o biri tərəfinə tullaya bilib. Mən də daxil olmaqla, Əli Kərimlini tanıyanlar hamısı bilir ki, bu hadisə belə olmayıb”. 

Q.Həsənquliyev hadisələrin necə cərəyan etdiyini danışıb: 

“Qanlı hadisənin səhəri günü biz narahat olduq ki, Əli haradadır. Onu da deyim ki, həmin vaxt qardaşım Naxçvandan gəldiyi üçün mən evdə idim. Gecə hadisəni eşidəndən sonra biz indiki Prezident Aparatının qarşısına axışdıq. 

Bu zaman narahat olduq ki, Əli niyə yoxdur. Sonradan Əli gəldi və dedi ki, onu tutmuşdular. Həmin vaxt və mənim onunla münasibətim olduğu sonrakı 10 ildə isə bizə partlaycı maddə apardıqları və ya maşınlarının gülləyə tutulması ilə bağlı heç bir şey deməyib. Dəfələrlərlə bu barədə söhbətlərimiz olub və hər dəfə də deyib ki, onu tutmuşdular, buraxdılar. 

Hətta kiminsə Əli Kərimlinin pasportunu gətirməsi söhbəti də olmayıb. Yataqxanadakı tələbələr hamısı bir-biri ilə əlaqə saxlayırdı. Belə bir hadisə olsaydı, hamı bilərdi. Qaldı ki, Əli Kərimlinin Milli Müdafiə Şurasının vəsiqəsini atmasına, bunu bizə bir qədər fərqli danışıb. 

Bu hadisədən bir neçə gün sonra Əli Kərimli uşaqlara bildirib ki, Sovet ordusunun mətbuat orqanı olan “Krasnaya zvezda” qəzetində onun vəsiqəsinin şəkili çıxıb və sübut ediblər ki, Azərbaycanda Milli Müdafiə Şurası olub. Onlar hərbçilərə müqavimət göstərib və ona görə də hərbçilər atəş açıblar. 

Əli Kərimli yazısında da dolayısı ilə həmin faktları təsdiqləyir. O, yalandan yazır ki, guya həmin vaxt kimsə əsgərlərə atəş açırmış, o da həmin hadisələrin şahidi olub. Əslində, Əli Kərimli bunu yazmaqla həmin vaxt dinc insanlara atəş açan hərbçilərə haqq qazandırır. Hamı bilir ki, yanvarın 19-da Bakı şəhərində hərbçilərə atəş açmayıblar”. 

Q.Həsənquliyev bildirib ki, Əli Kərimli vəsiqənin atılması ilə bağlı fərqli şeylər danışıb: 

“Gah deyir ki, vəsiqəni corabından çıxarıb atıb küçəyə, kimsə də onu tapıb hərbçilərə verib. Gah yazır ki, vəsiqəni cibindən çıxarıb və atıb. Hərbçilərin Əli Kərimlini yoldaşları ilə birgə divara dirəyib başlarının üstündən güllə atmaları və kiminsə rus hərbçilərini atəşə tutması məsələsi yalandır. 

İndiyə kimi də Əli Kərimli bu barədə danışmayıb. 20 Yanvar hadisələrindən sonra 10 il Əli Kərimli ilə münasibətim olub və indi yazdıqlarından tam fərqli şeylər danışıb. Yəni  illər sonra özündən qəhrəman düzəltmək istəyir. Hadisədən sonra çoxlarını həbs etsələr də, onu dərhal azadlığa buraxdılar. 

Hətta Sovet ordusunun mətbuat orqanı olan “Krasnaya Zvezda” qəzetində Əli Kərimlinin vəsiqəsi çap olunsa da, ona bir söz demədilər”. 

“Cebheinfo.az”

Açar sözlər: Əli Kərimli 20 Yanvar Qüdrət Həsənquliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri