Icma.az
close
up
RU
Əli Kərimlinin pafoslu “fədakarlığı”

Əli Kərimlinin pafoslu “fədakarlığı”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Özünü hamıdan ağıllı sayan Əli Kərimli dəstəklənməməsinə, sosial bazasının olmamasına görə hamını, iqtidarı, müxalifəti, xalqı ittiham etməkdən yorulmur. 30 illik siyasi fəaliyyətindəki uğursuzluqlarına görə bir dəfə də özündə olan çatışmazlıqları axtarmadı. İllərdir bütün günahların səbəbkarı kimi başqalarını görür. Özünü isə tək mübariz, fədakar obrazında cəmiyyətə göstərmək istəyir.

Bacarıqsızlığına və uğursuzluğuna görə əleyhinə söz deyən, yazan hər kəsi isə trol gözündə görür, sonra da demokratiyadan, söz azadlığından, fikir müxtəlifliyindən danışır. Pafos o qədər çoxdur ki, tanımayanlar doğrudan da onun hansısa prinsiplərlə yaşadığını, fədakarlıq etdiyini düşünə bilərlər”. 

Bunu “Cümhuriyət” qəzeti və “Cebheinfo.az” Xəbər Portalının rəhbəri Rəfail Becanov deyib.Onun fikrincə, Əli Kərimlini tanıyanlar bilirlər ki, onun üçün prinsiplər də, fədakarlıq da şəxsi mənafeyi və mənfəəti üçündür:

“Adam 25 ildir partiya sədridir, 10 il deputat olub, onlarla cangüdən saxlayıb, iki-üç sürücüsü olub. Əsl komfort həyatı yaşayıb. Ətrafındakılar isə məşəqqət içində yaşayıblar, indi durub prinsiplərdən, fədakarlıqdan danışır. Komfort həyat tərzindən məhz prinsiplərinə görə imtina etdiyini deyir.

Bəs 10 il parlamentdə oturanda, onlarla cangüdənlə gəzəndə, bütün imtiyazlara malik olanda, qohum-əqrəbası müxtəlif işlərdə çalışanda, bu fədakarlıqlar harada idi? O zaman prinsiplər nə idi? Azərbaycan cəmiyyəti yaxşı bilir ki, Əli Kərimli nə o zaman, nə indi xalq, millət, dövlət davası döyüb və indi də döymür. Onun prinsipləri şəxsinə xidmət edib və bundan sonra edəcək”. 

R.Becanov bu məqamda “Yurd” liderinin prinsiplərinin özünə işləməsinin bir neçəsini xatırladıb: 

“1997-ci ildə AXCP NTK-nın üzvü, Əli Kərimlidən fərqli olaraq həqiqi mənada prinsipial və hərəkatın əsas adamlarından biri, AXC hakimiyyətində təmsil olunan Şamil Quliyevi partiyadan uzaqlaşdıranda hansı prinsipdən çıxış edirdi? Çünki rəhmətlik Şamil Quliyev Əli Kərimliyə qarşı çıxırdı.

Yaxud Pənah Hüseynin AXCP-yə qayıdışını əngəlləmək üçün Rəyasət Heyətinin qərarını qəbul etdirmək fədakarlıqdır? Pənah Hüseynin qayıtmasını əldə etdiyi mövqe və imtiyaza təhlükə hesab edirdi. İndi də fədakarlıq, prinsiplər dediyi o məsələlər hamısı şəxsi mövqeyi, şəxsi mənfəəti üçündür”. 

“Cebheinfo.az”
 

Açar sözlər: Əli Kərimli "Yurd" Uğursuz siyasət Rəfail Becanov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri