Icma.az
close
up
RU
Əli Kərimlinin hüzn günlərində göstərdiyi şoular

Əli Kərimlinin hüzn günlərində göstərdiyi şoular

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Gündəmdə qala bilmək Əli Kərimlinin əsas məqsədlərindən biridir. Adam hüzn günlərində belə ucuz siyasi şoularından əl çəkə bilmir. Nə qədər tükənmiş, nə qədər cılız olasan ki, xalqın hüzn günlərində belə yaramazlıqlara əl atasan?!
Bu il 20 yanvar Ümumxalq Hüzn Günü Şəhidlər xiyabanına ziyarət adı ilə gedərkən Əli Kərimli və dəstəsinin yol boyu deyə-gülə hərəkət etdikləri özlərinin çəkib paylaşdıqları videolardan görünürdü. Bu hərəkətləri xalqda çox böyük qıcıq yaratmışdı və iç-üzləri ortaya çıxmışdı.
Ötən gün Xocalı soyqırımının ildönümü ilə bağlı “Ana harayı” abidəsinə gül qoymaq adı ilə yola çıxan Əli Kərimli bu dəfə tərkibdə dəyişiklik eləmişdi. Keçən dəfə onu güldürənləri dəstəyə salmamışdı.Özü də çatmaqaş sifət alımış, öz aləmində qəmgin ruhda Ana Harayı abidəsinə doğru gəlirdi. Özlərinin yayımladığı 25 dəqiqəlik videoçəkilişdən bunu görmək mümkündür. Ancaq bu dəfə də Əli Kərimli özünü saxlaya bilmədi. Eyni ilə məşhur “Tülkü həccə gedir” cizgi filmində olduğu kimi. Bu dəfə gülmədi, sadəcə hər kəsi özünə güldürdü. Yalan danışmaqla! Özü də ağ yalan!
Deməli, 25 dəqiqəlik videoçəkilişdə heç bir müdaxilənin görüntülənmədiyi halda Əli Kərimli deyir ki, bizə qarşı maneə törədilir, ay kimsə aralığa girdi, yolumuzu kəsdilər, və sair və ilaxır. Videoçəkiliş özlərinə məxsusdur. Əli Kərimlinin dediyi kimi, əgər belə bir maneə varsa, bəs, niyə görüntülərə düşmür? Belə bir hal ola, Təzəxan, Fatimə, Gülnarə və başqaları bunu çəkib paylaşmaya? Deməli, Əli Kərimli utanmadan ağ yalan danışır. Öz aləmində Xocalı soyqırımı haqqında fikir bildirir, ancaq, dedikləri ondan ibarətdir ki, bizə imkan vermirlər, belə maneə törətdilər, elə yolu bağladılar. Bir anlıq düşünürsən ki, Əli Kərimli ilə qətliamı törədənlər arasında nə fərq oldu? Bir halda ki, Əli Kərimli Xocalı soyqırımı günü belə ucuz, uydurma şoular çıxarır. Bu kimi hərəkətlərin bir adı var, düşmən əlinə oynamaq. Şəhidlərimizi, Soyqırım qurbanlarını hörmətdən salmaq. Bu kimi hallar kimə sərf edir? Əlbəttə ki, düşmənə! Əli Kərimli də bu yaramazlıqları məhz məmnuniyyətlə edir. Bu yaramazlıqlara görə utanmqa lazımdır! Utanın, “bəy”lər!
Anar Şahmurad
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Fevral 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri