Icma.az
close
up
RU
Əli Kərimlinin iranpərəst təxribatçı Tale Bağırzadə ilə müttəfiq olması heyrətamiz simbiozdur

Əli Kərimlinin iranpərəst təxribatçı Tale Bağırzadə ilə müttəfiq olması heyrətamiz simbiozdur

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


“Müsəlman Birliyi” Hərəkatı adlı təxribatçı dəstənin həbsdə olan sədri Taleh Bağırovun bugünlərdə DTX tərəfindən "Ramiz Mehdiyev işi" çərçivəsində dindirilən və daha sonra isə barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilən AXCP sədri Əli Kərimliyə dəstək xarakterli bəyanatla çıxış etməsi gözlənilən idi. İranın fars-molla rejiminin nökəri olan T.Bağırzadənin sözügedən bəyanatda "Bu çətin günlərdə Hərəkat olaraq biz cəbhəçilərin yanında olduğumuzu bildirir, onları qətiyyətlə dəstəklədiyimizi bəyan edirik" ifadələrinə yer verməsində təəccüblü heçnə yoxdur. Əli Kərimlinin Elçibəy dönəmindəki AXCP-nin ideoloji əsaslarını dəyişərək Güney Azərbaycandakı soydaşlarımızın hüquqlarını müdafiə etməkdən imtina etməsi və "ağayi Xameneyi bizim rəhbərimizdir" deyən Taleh Bağırzadə kimi "İran uşaqları"nın yanında yer almasının axırı elə bu cür də qurtarmalıydı.
Bu bəyanat təkcə Tale Bağırzadənin özünü deyil, Əli Kərimlini də açıq şəkildə ifşa edir. Bu adamlar bir-birinin yanındadırlarsa, deməli, onlar Azərbaycanın yanında deyillər, İranın tərəfində dayanırlar. 2013-cü ildə "Milli Şura" qismində Rusiya rəhbərliyinə məktub yazıb Putindən dəstək istəyən "qərbpərəst" müxalifət lideri Əli Kərimlinin iranpərəst təxribatçı Tale Bağırzadə ilə müttəfiq olması həqiqətən də heyrətamiz simbiozdur. Adam universaldır, özünün dar firqə maraqlarından ötrü bir-birinə daban-dabana əks qütblərdə dayanan bütün yad nərkəzlərlə, anti-Azərbaycan güclərlə sıx təmasa keçməyi, gizli-açıq işbirliyi qurmağı, "şəffaf siyasi əməkdaşlığ"a nail olmağı bacarıb.
Bu mənada Qərb dəyərlərinin təmsilçisi kimi çıxış edən və eyni zamanda, bir əli də Ramiz Mehdiyevin vasitəsilə Kremlin "ətəy"ində olan AXCP sədrinin "Müsəlman Birliyi" Hərəkatının sədrini “vicdan məhbusu”, "siyasi məhbus" kimi təqdim etməsi qətiyyən təəccüblü deyil. Onların hər ikisi xaraktercə avantürist və buqələmun tipinə sahibdir. Onlar situasiyanın diktəsindən asılı olaraq siyasi prinsiplərini dəyişməyi, ideoloji əqidə və istiqamətlərinə tamamilə zidd qüvvələrlə sövdələşməyə getməyi, dünənə qədər barışmaz mövqedə dayananan şəxslərlə bu gün isə müvəqqəti (mövsümi) işbirliyi qurmağı bacarırlar. Və əlbəttə ki, onlar bunu siyasi riyakarlıq, minsifətlilik kimi yox, siyasi çeviklik, siyasi adaptivlik kimi təqdim edirlər.
Beləliklə, əqidəsi, yolu, yönümü dəqiq bəlli olmayan bu cür şəxslər bir-birini çox tez tapır və onlar öz maraq və mənafelərindən ötrü bəlli bir zaman kəsiyinədək bir-birilərinin yanında dayanmağa qərar verirlər. Bu baxımdan Əli Kərimlinin həbsi ilə bağlı "Müsəlman Birliyi" Hərəkatının sədri Tale Bağırzadənin bəyanat yayaraq "biz cəbhəçilərin yanında olduğumuzu bildiririk" deməsi kimin kim olduğunu bir daha üzə çıxarır. Necə deyərlər, su axar, çuxurunu tapar.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri