Əli Kərimlinin məhkəməsinin qarşısında beş nəfərin saxlanıldığı iddia edilir
Icma.az, Anews portalına istinadən məlumat verir.
Nəsimi Rayon Məhkəməsinin qarşısnda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəməsində beş nəfərin saxlanıldığı iddia olunur. Bu barədə AXCP-nin sədr müavini Seymur Həzi sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, polis məhkəməyə gələnləri ərazidən uzaqlaşdırır.
"3-cü mikrarayon dairəsində belə toplaşmağa imkan verilmir. Saxlanılanlar var. Zorakılığın miqyası Əli Kərimlinin həbs ediləcəyi ehtimallarını artırır. Saxlananların ilkin siyahısında Gülnarə Rahimova (AXCP üzvü), Ruslan Əmirov (AXCP üzvü), Elçin Hacıvəlli (AXCP Goranboy rayon şöbəsininn sədri), Vidadi Mirkamal (Milli Şuranın üzvü), Rövşən Səfərov (AXCP üzvü)",- yazıda qeyd olunub.
Kərimli barəsində AXCP-nin sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.
Aytac
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 02 Dekabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















