Icma.az
close
up
RU
Əli Kərimlinin nə özü, nə də partiyası müxalifət deyil Novella Cəfəroğlu

Əli Kərimlinin nə özü, nə də partiyası müxalifət deyil Novella Cəfəroğlu

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Milli Şura yaradılanda onun yığıncağını çağırmışdılar, bütün partiyalar gəlmişdi. Müsavat Partiyasından da nümayəndələr vardı. Mənsə Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri kimi Milli Şuranın təşkil yaradılması prosesinə qatılmışdım. Onda hələ Milli Şura yaranmamışdı, onun nə nizamnaməsi, nə də digər sənədləri vardı, sadəcə belə bir ad səslənirdi”.

Bu sözləri Bakupost.az -a açıqlamasında Novella Cəfəroğlu son günlər Ramiz Mehdiyevin işi ilə bağlı həbslər, Milli Şuranın Rusiyanın layihəsi olması barədə fikirlərə münasibət bildirərkən deyib.

N.Cəfəroğlunun sözlərinə görə, həmin yığıncaqda Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi elan edildi:

“Mən çıxış edib dedim ki, bu nə məsələdir? Milli Şura yoxdur, kimin adından və necə belə bir təqdimat verirsiniz? Şuranın heç adı yoxdur.

Biz bilirdik ki, o, Rusiya tərəfindən təqdim olunub. Üstəlik, o vaxt Azərbaycanda yaşamırdı. O, necə gəlib burada seçiləcək? Konstitusiyaya görə də ixtiyarı yox idi. 5 il Azərbaycanda yaşamayan bir şəxs öz namizədliyini verə bilməz. O vaxt Leyla Yunusun komandası, Cəmil Həsənli və başqaları da orada idi. Leyla Yunus mənə dedi ki, hökumət səni ələ alıb? Mən də cavab verdim ki, Azərbaycan hökuməti mənim hökumətimdir, səni isə Rusiya ələ alıb. Mən Rusiya hökumətinə deyil, öz hökumətimə işləyə bilərəm. Beləcə, orada mübahisə yarandı. Amma sağ olsunlar, Müsavat Partiyası çıxış etdi, gənclər təşkilatları - Tural Abbaslı və digərləri də mövqe bildirdi və biz hamımız iclası tərk etdik. Dedik ki, belə bir Milli Şuranı istəmirik, çünki artıq bilirdik ki, bu, Moskvadan gələn bir təklif idi. Sözsüz ki, təşkilat Rusiyadan idarə olunurdu. Birdən-birə Milli Şura hardan pul tapdı? Onlar necə toplandılar və bu qurumu yaratmaq istədilər?

O zaman Əli Kərimlinin tərəfdarları feysbukda məni çox söydülər, canları sağ olsun. Amma bu gün yenə deyirəm, kim ki Azərbaycanda bizim müstəqilliyimizə zərər gətirmək istəyir, o mənim düşmənimdir. Kim Rusiyanın və ya İranın əli ilə burada qarşıdurma yaratmaq istəyirsə, o da mənim düşmənimdir”.

N.Cəfəroğlu bildirib ki, bu gün Əli Kərimlinin siyasi arenada rolu yoxdur:

“Onun bu millətə deyəcəyi sözə heç kim qulaq asmayacaq. Onu qəhrəman kimi təqdim etməsinlər. O müxalifət deyil. Əli Kərimlinin partiyası da müxalifət deyil. Müxalifət təklif verir, Azərbaycanın problemlərini göstərir və onların həlli ilə bağlı danışır. Amma Əli Kərimlidə bu yoxdur, yalnız tənqid, yalnız çağırış... Buna görə də mən onları müxalifət partiyası hesab etmirəm. Onların Azərbaycanda nəsə etməyə gücü yoxdur. Lap istəyir Moskva qarışsın, içəridəki satqın oliqarxlar onlara dəstək olsun, yenə də Azərbaycanda iğtişaş yaratmağa gücləri çatmaz. Qarabağın alınması bu millətdə tamam başqa bir ovqat yaradıb. Ölkə daxilində də dəyişikliklər, islahatlar olacaq. Bir neçə il gözləmək lazımdır, hər şey yaxşı olacaq”.

Lalə Novruz, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Dekabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri