Əli Kərimlinin siyasəti və tənha durumu DEPUTAT TƏNQİD ETDİ
Icma.az, Operativ MM saytına istinadən bildirir.
Milli Məclisin payız sessiyası üzrə plenar iclasında deputat Razi Nurullayev AXCP sədri Əli Kərimlinin siyasətini tənqid edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Əli Kərimli illərdir siyasətdə özünü mərkəzə qoyaraq həm iqtidarı, həm də müxalifəti özünə düşmən edib və nəticədə təcrid olunub.
Razi Nurullayev vurğulayıb ki, Kərimli digər siyasi qüvvələri "satqın" adlandırmaqla müxalifəti parçalayaraq yeni perspektiv və islahatları əngəlləyib.
Deputat əlavə edib ki, Azərbaycan müxalifəti bugün fərdi ambisiyalar yox, dövlət və xalq naminə çalışmalıdır və etik, nəticəyönümlü siyasət prioritet olmalıdır.
Nurullayevin sözlərinə görə, parçalayıcı və damğalayıcı siyasətin nəticəsi təkcə şəxsi tənhalıqdır və bu məsuliyyət yalnız onun üzərindədir.
Afər ZİYADQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 23 Dekabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















