Icma.az
close
up
RU
Əli Kərimlinin USAİD lə yeni əlaqələri üzə çıxdı ANALİZ

Əli Kərimlinin USAİD lə yeni əlaqələri üzə çıxdı ANALİZ

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Birmənalı mövqe ondan ibarətdir ki, xaricdəki antimilli ünsürlər və dağıdıcı müxalifət bu və digər formada müxtəlif xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq münasibətlərinə malikdirlər. Təbii ki, əlaqələr “salam, sağ ol” münasibətləri üzərində qurulmur. Qarşılığında xaricdəki antimilli ünsürlər yaşadıqları ölkələrdə oturum izni və maddi təminat alırlar, eyni ilə Azərbaycandakı dağıdıcı müxalifət, siyasiləşmiş QHT-lər və media orqanları maddi yardımlar əldə edirlər. Azərbaycan istintaq orqanları tərəfindən aparılan araşdırmalarla sübuta yetirilib ki, ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu və digərləri “Abzas Media” xəbər portalının rəhbərliyinə “demokratik inkişafa dəstək vermək” adı altında böyük məbləğdə pullar ödəyiblər. Eyni maliyyə yardımlarını sözügedən təşkilatlar “Toplum” TV və “Meydan” TV əməkdaşlarına da ödəyiblər. Sual olunur, tanınmayan, heç bir jurnalist kadr potensialı olmayan gərəksiz media subyektinə bu qədər təşkilatın maliyyə vəsaiti ödəməsinə nə ehtiyac var? Xüsusilə də, USAİD pullarını sağa-sola paylamaqda daha “əliaçıq və xeyirxah” görünür. Lakin Tramp hakimiyyəti ələ aldıqdan sonra bir daha məlum oldu ki, bu təşkilat İlon Maskın da dediyi kimi, nüvə silahından da təhlükəli təşkilatdır.

USAİD-in cinayətkar təşkilat olduğu sübuta yetirildi

ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması İdarəsinin rəhbəri, “Tesla”, “SpaceX” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Mask USAİD-ə qarşı ağır ittihamlar səsləndirib, təşkilatı bioloji silah istehsalının maliyyələşdirilməsində ittiham edib. İ.Maskın “X” hesabında paylaşımında USAİD-i cinayətkar təşkilat adlandırır. Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən və illik büdcəsi 72 milyard dollar olan təşkilat daim separatizmin və terrorun, ölkələrdə ictimai–siyasi sabitliyin pozulmasına cəhdlər göstərib. USAİD Ukraynada “narıncı”, Gürcüstanda “məxməri”, Qırğızıstanda isə “zanbaq” inqilablarının ssenarilərində rol oynayıb. Separatizmin baş qaldırılmasında ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Viktoriya Nuland xüsusi rol oynayıb. Onun maliyyəsi ilə Azərbaycana qarşı da səsləndirilən iddialar saysız-hesabsızdır. ABŞ Dövlət Departamenti Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdi və bütün bu işləri Viktoriya Nuland tərəfindən qurulmuş şəbəkə idarə edirdi. İndi isə bəlli olur ki, USAİD-in dünya mediasında Azərbaycana qarşı gedən kampaniyada xüsusi rol oynayıb. Xüsusilə də, ” USAİD tərəfindən “Politico”, “Azadlıq” və Bibisi” radioları, eləcə də və “BBC” USAİD tərəfindən ciddi maliyyə dəstəyi göstərilib. Məhz aldıqları maliyyə yardımları qarşılığında sözügedən media orqanları Azərbaycana qarşı qərəzli, heç bir əsası olmayan və şərə, böhtana söykənən informasiyalar yayıblar. Hətta “BBC” hazırda Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanı dəstəkləyirdi və hətta onu “Hard Talk” verilişinə dəvət etmişdi. ABŞ prezidenti D.Tramp bildirib ki, ABŞ Demokrat Partiyası haqqında müsbət məqalələrə görə USAİD-dən 8 milyon dollar alıb: “Görünür, USAİD və digər agentliklərdə milyardlarla dollar oğurlanıb, bunların böyük hissəsi demokratlar haqqında gözəl hekayələr yaratmaq üçün saxta mediaya “rüşvət” verilib. Görünür, “Politico” 8 milyon dollar alıb”.

USAİD-in Azərbaycan müxalifəti ilə geniş iş birliyi

Araşdırmalar əsasında məlum olur ki, USAİD ayırdığı maliyyə vəsaiti hesabına Azərbaycanda geniş təxribatçı dəstə yarada bilib. Artıq onların müəyyən kəsimi barədə yuxarıda şərhimdə qeyd etdim. Digərləri isə siyasi müxalifət partiyaları və onların başbilənləridir. Hansı ki, USAİD-in ayırdığı pullara həvəslənərək ölkəmizdə qarşıdurma, pozuculuq aktları törətməyə cəhdlər göstərirlər. Daha doğrusu, hələ 2012-ci ildə Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsi, daha sonra İslam Həmrəylik və Avropa oyunları ərəfəsi, nəhayət, COP29 konfransı dövründə Əli Kərimli, Cəmil Həsənli və onların ətrafında olan trollar ölkəmizin maraqlarına qarşı hər cür çirkin vasitə və üsullardan istifadə etməkdən, tədbirlərin uğurla başa çatmasına əngəllər yaratmaqdan çəkinməmişlər. Bununla yanaşı müxalif dağıdıcı ünsürlər saxta məlumatlar hazırlayaraq USAİD vasitəsi ilə bəzi beynəlxalq media orqanlarına çatdırmış və onlar Azərbaycanla bağlı çirkin kampaniya aparmışlar. Əli Kərimli öz maddi imkanlarının əsas hissəsini USAİD-dən aldığı maliyyə vəsaiti hesabına təmin edib. Ümumilikdə, son 3 il ərzində 57 min 350 ABŞ dolları qrant aldığı barədə ortada müvafiq sənədlər mövcuddur. Bu fakt onu təsdiq edir ki, Ə.Kərimlinin COP29 konfransı əleyhinə danışdıran USAİD-in ayırdığı maliyyə vəsaiti olub.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Fevral 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri