Icma.az
close
up
RU
Əli Kərimliyə Eldar Əmirov vasitəsi ilə sənədlər çatdırılıb ANALİZ

Əli Kərimliyə Eldar Əmirov vasitəsi ilə sənədlər çatdırılıb ANALİZ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dünya tarixində Azərbaycan hər hansı bir dövlətin qazana bilmədiyi sosial, iqtisadi, hərbi uğurlara, qələbələrə imza atmaqdadır. Böyük zəfərlərimizin ən yüksək zirvəsi isə, heç şübhəsiz ki, 30 il erməni işğalı altında olmuş torpaqlarımızın işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Bu zəfər, möhtəşəm qələbə hər bir azərbaycanlını sevindirir, qürur yaradır. İstənilən tədbirlərdə, konfranslarda, ümumi yığıncaqlarda insanların dilə gətirdiyi qürurverici fikir Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevə təşəkkürlər olur. Məhz Fateh Sərkərdə, Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti, xalqa güvənməsi, arxalanması nəticəsində Ali Baş Komandan olduğu müzəffər ordusu ilə Şuşanı, Xankəndini, Zəngilanı, Qubadlını və digər ərazilərimizi işğaldan azad etdi.

Diqqətçəkən məqam ondan ibarətdir ki, möhtəşəm qələbədən bütün dünya azərbaycanlıları, dost xalqlar, millətlər sevindiyi halda ermənilərdən betər ermənilik edən dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər yasa batıblar. Elə bir ağır stresə düşüblər ki, qələbə zənginin çalındığı gündən 5 il keçməsinə baxmayaraq hələ də depressiyadan çıxa bilmirlər. Danışdıqları, söylədikləri ancaq qara-qura işlər, pozucu niyyətli fikirlərdir. Çünki onlar torpaqlarımızın işğalda qalmasını arzu edir və bu problemdən siyasi məqsədləri üçün istifadə edirdilər. Bu məkrli niyyətinin həyata keçirilməsində Qərbin və ABŞ-ın qaranlıq dairələrinin, xüsusilə də Obama və Bayden administrasiyasının ermənipərəst nümayəndələrinin maddi və maliyyə dəstəyindən istifadə edirdilər. Çalışırdılar ki, ölkənin beynəlxalq aləmdə imici ləkələsin, daxildə xalq-hakimiyyət birliyinə kölgə salınsın və bununla da dövlət zəifləsin. Bundan sonra isə əsas maraqlarını, yəni Qarabağın sülh və ya güc yolu ilə qaytarılmasına dair hədəflər sıradan çıxarılsın. Ona görə də Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli və cibləri daş-kəsəklə, beyinləri zirzibillə dolu olan trolları iddia edirdilər ki, “ bu ordu Qarabağı işğaldan azad etmək gücünə malik deyil”.

Əli Kərimlinin düşüncəsi erməni revanşistlərinin düşüncəsindən fərqlənmir

44 günlük qələbədən sonra da Əli Kərimli bayquş kimi banlayıb, iddialar irəli sürməyə başladı ki, “Rus sülhməramlıları Qarabağda qaldığı üçün qələbəmiz yarımçıqdır”. Sonra da cəfəng sayıqlamalarının miqyasını bir qədər də genişləndirdi: “Rus sülhməramlılara nə zaman Qarabağdan çıxacaq”, “Niyə Qazağın işğalda olan 4 kəndi qaytarılmır?”. Rus sülhməramlıları ölkəmizin ərazisini tərk etdi, Qazağın işğal altında olan 4 kəndi də Azərbaycana qaytarıldı. Əli Kərimli və onun ətrafındakı trollar ağızlarını açıb, səhvlərini etiraf etmədilər, üzr istəmək mədəniyyətini göstərmədilər. Çünki abır-həya deyilən məfhum onlar üçün yaddır. Həm də müstəqil deyillər, erməni lobbisinin, indi isə məlum olur ki, Ramiz Mehdiyev qrupuna bağlıdılar.

Əli Kərimlinin, İsa Qəmbərin və digər dağıdıcı ünsürlərin Azərbaycanın milli maraqlarına qarşı düşmən mövqe də dayanmaları onların sonrakı mərhələ də sərgilədikləri fəaliyyətləri ilə daha da azğınlaşdı. Belə ki, 2023-cü ilin oktyabrın 15-də Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində dövlət bayrağını ucaltdı, noyabrın 8-də isə Xankəndi şəhərində hərbi parad keçirildi. Hər iki tarixi hadisə haqqında dünyanın əksər KİV-ləri videolar paylaşdılar, məqalələr yazdılar, dost xalqlar millətimizi təbrik etdilər, Azərbaycanın dağıdıcı müxalifəti isə susdu, danışmadı. Bir növ erməni lobbisi ilə həmrəylik nümayiş etdirdilər. Bu azmış kimi əyninə həyasızlıq donu geyinib, həyasız fikirlər səsləndirməkdən heç zaman çəkinməyən Əli Kərimli Arif Hacılı ilə birgə BBC-yə verdikləri müsahibəsində “Azərbaycanın qələbəsi Koçaryan və Sarkisyanın torpaqlarımızı işğal etməsindən böyük deyil” deyə sərsəmləməklə qələbəmizin miqyasını kiçiltməyə çalışdı. Ancaq onların heç bir məkrli arzuları reallığa çevrilmədiyi kimi pozucu planları da baş tutmadı. Xalq-hakimiyyət birliyi sıx tellərlə bir-birinə bağlandı. İnsanlar həqiqət çırağında Əli Kərimli, İsa Qəmbər kimi mənfur ünsürlərin sadəcə qara ləkədən ibarət olduğunu bir daha anladı. Onu da başa düşdü ki, dağıdıcı müxalifət heç zaman islah oluna və xalq, dövlət maraqlarından çıxış edə bilməz. Onların ki, ancaq xaricdən və daxildəki hikkəli, qısas almaq üçün alışıb, yanan Ramiz Mehdiyev və onun dəstəsindən pul alıb, qara işlərini davam etdirməyə cəhd etməkdir. Ancaq artıq yetər. Belə dağıdıcı ünsürlərin siyasi arenada qalması və müəyyən hallarda pafoslu şəkildə xalqın, dövlətin adından çıxış etmələrinin qarşısı alınmalıdır. Azərbaycan dövlət orqanları, xüsusilə də Ədliyyə Nazirliyi üzərinə düşən vəzifəyə uyğun olaraq AXCP və Müsavatın dövlət qeydiyyatlarını ləğv edilməsi üçün addımlar atmalıdır. Hesab edirəm ki, belə bir adım atılsa xalq məmnun olar və ədalətin gecikmiş də olsa qələbəsi kimi dəyərləndirirlər.

Əli Kərimliyə çatdırılan sənədlər nədən ibarət olub?

Ramiz Mehdiyevin həbsi və ardınca dəstəsinin üzvləri olan keçmiş nazirlərin, indiki və keçmiş deputatların, icra hakimiyyəti başçılarının və müavinlərinin, eləcə də bir sıra media qurumlarının rəhbərlərinin, QHT təmsilçilərinin ifşasından sonra bir daha aydın oldu ki, pozucu dairələrin sırası çox genişdir. Təbii ki, istintaq orqanlarının araşdırması ilə dəstə üzvlərinin hər biri məsuliyyətə cəlb olunacaqlar. Çünki heç bir cinayətkar, xüsusi ilə də ağır cinayətlər planlaşdıran şəxslər cəzasız qala bilməz. Artıq mətbuatdan məlum olduğu kimi, “Hürriyyət” TV -nin və “Hürriyyət” qəzetinin baş redaktoru, ADP sədri Sərdar Cəlaloğlunun bacısı oğlu Vüqar Məmmədov, Balakən rayonun İcra Hakimiyyətinin başçısı İslam Rzayev, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Əmirov Eldar Qurban oğlu Ramiz Mehdiyev işinə görə, dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs ediliblər. Onların hər biri haqqında məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Təbii ki, istintaq sirri olduğu üçün həbsin detalları ictimaiyyəti üçün açıqlanmır, ancaq məlumatlı şəxslərə istinadən qeyd olunur ki, Balakənin İcra Hakimiyyətinin başçısı İslam Rzayev Ramiz Mehdiyevlə bağ qonşusu olub. Onlar arasında mütəmadi görüşləri və söhbətləri olub. Təbii ki, söhbətlərin nədən ibarət olduğu aydınlaşdırılacaq. Eldar Əzimovun həbs isə daha diqqətçəkəndir. Çünki bu şəxs iş üzrə daha çox məlumata malikdir. Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib. Məlumata görə, Ramiz Mehdiyevin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patuşevə yazdığı məlum məktubu kompyuter də E.Əmirov yazıb. Bundan sonra həmin məktub Rusiyanın Azərbaycandakı səfirliyi vasitəsi ilə N.Patuşevə çatdırılıb. E.Əzimovun R.Mehdyevin planlarını dağıdıcı müxalifətə tez-tez çatdırdığı barədə də məlumatlar dolaşır. Dəfələrlə E.Əzimovun AXCP sədri Əli Kərimli ilə birbaşa görüşüb, ona R.Mehdiyevin salamını və göndərilən bağlamasını təqdim edib. Bağlama da heç şübhəsiz ki, pul və müəyyən sənədlər olub. Məhz bu sənədlərin götürülməsi üçün Azərbaycan hüquq-mühafizə orqanları hərəkətə keçməli, Əli Kərimlinin ofisində və evində axtarışlar aparmalıdır. Əks halda istintaq üçün çox mühüm ola biləcək məlumatlardan məhrum oluna bilər. Təbii ki, Ə.Kərimli ifşasının çox çəkməyəcəyini anladığından həmin sənədləri etibarlı hesab etdiyi yerlərdə və ya Müsavatın indiki başqanı İsa Qəmbərə ötürə bilər. Bütün bunları nəzərə alaraq istintaq orqanları İsa Qəmbəri və Əli Kərimlini iş üzrə ən əsas şəxslərdən hesab edərək məsuliyyətə cəlb edilməlidir. Sonrakı mərhələdə isə qanunvericiliyə əsaslanmaqla Müsavatın və AXCP –nin fəaliyyətlərinə xitam verilməlidir. Terroru dəstəkləyən, dövlət çevrilişi etməyə və bunla da yenidən xalqa ötən əsrin 90-cı illərinin ağrı-acısını yaşatmağa cəhd edənlərə qarşı humanistlik göstərilməməlidir. Bu yeni faciələrə yol aça bilər. Digər tərəfdən isə hüquqi dövlət olan Azərbaycanın imicinə xələl gələr.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see458

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see295

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see290

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see285

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see276

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see275

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see273

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see267

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see230

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see227

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see222

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see219

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see214

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see209

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see202

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see197

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see180

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see173

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see171

Tramp: Bugünkü zərbələr İranın radarlarını hədəf seçib

01 Sentyabr 2026 23:40see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri