Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Əli Koçun seçimi fanatları qane etmədi

Əli Koçun seçimi fanatları qane etmədi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

''Fənərbaxça'' camiəsində baş məşqçi mövzusu, nəhayət, həllini tapdı. Başqan Əli Koçun açıqlamalarından sonra Domeniko Tedeskonun əsas namizədə çevrildiyini xəbər vermişdik.

Bu proqnozlar doğruldu. İtaliyalı mütəxəssis ''Fənər''in yeni baş məşqçisi təyin olundu.
Tedeskonun yalnız bir titulu var!
40 yaşlı məşqçi klubun idman direktoru Devin Özəklə birlikdə çərşənbə axşamı xüsusi təyyarə ilə İstanbula gəldi. Klubdan verilən məlumatda onunla ikiillik müqavilə imzalandığı qeyd olundu. Amma Tedeskonun maaşı barədə hələlik heç bir məlumat yoxdu.
Tedesko ilə yanaşı, daha bir maraqlı təyinat diqqəti çəkib. Belə ki, onun köməkçilərindən biri Gökhan Gönül olacaq. ''Fənər''lilər Gökhan Gönülü çox gözəl xatırlayır. O, iki fərqli dönəmdə (2007-16, 2020-21) ''sarı-lacivərdlilər''də ümumilikdə 361 rəsmi oyunda forma geyib və kapitan sarğısını da daşıyıb. Hazırda 40 yaşı olan Gönül məşqçi karyerasına yeni başlayıb. Onun ilk iş yeri Türkiyənin gənclər yığması olmuşdu.
İndi isə Tedesko ilə bir qədər ətraflı tanış olaq. Bu mütəxəssis 1985-ci ildə İtaliyada doğulsa da, 2 yaşı olarkən ailəsi ilə Almaniyaya köçüb və demək olar, həyatının böyük hissəsini bu ölkədə keçirib. Ona görə də onun İtaliya ilə yanaşı, Almaniya vətəndaşlığı da var. Tedeskonun faktiki futbolçu karyerası olmayıb - yalnız Almaniyanın həvəskar klublarında forma geyib. Məşqçiliyə isə 2013-cü ildə, yəni 28 yaşında ''Ştutqart''ın akademiyasında başlayıb. Tedesko məşqçi lisenziyasını 2016-cı ildə alıb. Özü də o, akademiyanı birlikdə oxuduğu Almaniya yığmasının indiki baş məşqçisi Yulian Naqelsmanndan daha yaxşı göstəricilərlə tamamlamışdı. ''Ştutqart'' və ''Hoffenhaym''ın akademiyasında çalışdıqdan sonra, eləcə də heç bir təcrübəsi olmamasına baxmayaraq, ''Ertsgebirge''ni çətin vəziyyətdə qəbul edərək 2-ci bundesliqada saxlamağın ardından Tedesko 2018-ci ildə ''Şalke-04''ün başına keçdi. Bu kluba ilk mövsümdəcə gümüş medalları qazandırdı və növbəti mövsümdə ÇL-in 1/8 finalına daşıdı.
Düşünmək olardı ki, belə başlanğıcdan sonra istedadlı məşqçinin karyerası yalnız inkişaf edəcək. Amma heç də belə olmadı. 2019-un oktyabrında o, sürpriz qərarla ''Spartak''ın başına keçdi və 2021-in yayına qədər Rusiyada çalışdı. Burda seçdiyi oyun tərzinə görə fanatlar tərəfindən sevilsə də, heç bir ciddi uğur qazana bilmədi və yalnız 2-ci yeri tutaraq ''Spartak''ı ÇL-in təsnifatına daşımaqla kifayətləndi.
Tedesko 2021-in dekabrında ''Leyptsiq''in başına keçdi. Klubu 11-ci pillədə qəbul etməsinə baxmayaraq ÇL-ə vəsiqə qazandı. Ən əsası ''öküzlər'' həmin mövsümün sonunda ölkə kubokuna sahib çıxmaqla tarixlərinin ilk titulunu qazandılar. Bu, Tedeskonun məşqçi karyerasının yeganə “dişə vurulası” uğurudu! 2022-nin sentyabrında uğursuz nəticələrə görə qovulan məşqçinin sonuncu iş yeri isə Belçika yığması oldu. 2023-ün fevralında bu vəzifəyə gətirildi və Belçika onun dönəmində ilk məğlubiyyətini yalnız 14 aydan sonra - AÇ-2024-ün 1/8 finalında Fransa ilə oyunda yaşadı. Sonradan komandada böhran başladı. Futbolçularla Tedeskonun münasibətləri pozuldu. Belçika Millətlər Liqasının qrup mərhələsində zəif çıxış edincə, italiyalı mütəxəssis bu ilin yanvarında istefaya göndərildi. Alman, italyan, ingilis və ispan dillərini bilən Tedesko dominant, aqressiv və kombinasiyalı oyuna üstünlük verir. Ancaq onun karyerasından göründüyü kimi bu üslub heç də həmişə lazımi nəticə qazandırmır. 
''Klubun ənənələrinə ən çox uyğun gələn məşqçini gətirdik''
Fanatlar bu təyinatdan narazı qalıb. Onlar İsmayıl Kartalın gəlişinin tərəfdarı idi. Mourinyo kimi titullu məşqçidən sonra yalnız bir titulu olan məşqçinin gətirilməsinin birmənalı qarşılanmaması təbiidi. Tedeskonun təyinatı açıqlandığı gün Əli Koçun istefası ilə bağlı paylaşımlar və heşteqlər yenə sosial şəbəkələrin bəzəyinə çevrilmişdi. 
Maraqlıdı ki, İstanbul nəhəngi Tedeskodan öncə Zinəddin Zidana rəsmi təklif irəli sürübmüş. Bu iddianı təkcə Türkiyə yox, Avropa mətbuatı da ortaya atıb. Almaniya mətbuatı təklifin detallarını da açıqlayıb. Amma fransalı əfsanəni Türkiyəyə gəlməyə razı salmaq mümkün olmayıb. 2021-ci ildən işsiz olan və bu müddətdə bir çox önəmli klubun təkliflərini geri çevirən Zidanın Türkiyədə işləməyə razılıq verməsi zatən sürpriz olardı. Onun əsas hədəfi Fransa yığmasının başına keçməkdi və DÇ-2026-dan sonra Zizu bu hədəfi reallaşdıracaq.
Tedesko 118 illik ''Fənərbaxça'' tarixinin 79-cu baş məşqçisidi. Bu məşqçilərdən 42-si əcnəbi, 37-si yerli olub. Klub tarixində daha öncə yalnız bir italiyalı məşqçi işləyib. Söhbət Zdenek Zemandan gedir. Ancaq 1999/00 mövsümünün gedişində baş məşqçi postuna gətirilən bu mütəxəssis superliqada cəmi 10 oyuna çıxandan sonra istefaya göndərilmişdi! O, klubun tarixində ən qısa müddət çalışmış məşqçilərindəndi. Başqan Əli Koç bu təyinatla bağlı bunları deyib:

''Fənərbaxça''nın hücumameyilli və coşqulu futbol ənənələrinə ən çox uyğun gələn məşqçini gətirdik. Seçim etmək asan olmadı. Bu dönəmdə alternativ variantlar da çox deyildi. Rəhbərlik səviyyəsində ümumi bir qərar verərək Tedeskonu seçdik. Populizm ilə yox, rəqəmlər, göstəricilər əsasında ona üstünlük verdik. Bu, hər iki tərəf üçün də böyük fürsətdi. Tedesko ilə çempion olacağımıza tam inanırıq''.

İtaliyalının təqdimat və imza mərasimi bu gün keçiriləcək. Onu dərhal çox ciddi sınaqlar gözləyəcək. Tedeskonun debüt oyunu bazar günü ''Trabzonspor''la matça təsadüf edəcək. Ümumiyyətlə, növbəti yığma fasiləsinə qədər, yəni qarşıdakı 22 gündə ''Fənər''i 5-i superliqada, 2-si AL-də olmaqla 7 rəsmi oyun gözləyir. 
Sonda Tedeskonun sözləriylə də tanış olaq:

''Fevraldan bəri çox təklif almışdım. Amma heç biri duyğularıma cavab vermirdi. ''Fənərbaxça'' rəsmiləri ilə ilk danışıqdan etibarən durumun fərqli olduğunu anladım. Danışıqlar gözəl keçdi və məndə maraq oyatdı. Almaniyada bu klubun çox fanatı var. Eyni zamanda, dostlarım arasında da ''Fənər''lilər çoxdu. Belə bir klubda çalışmağı, o duyğunu hiss etməyi mən də istəyirdim. Böyük azarkeş kütləsinə malik olan yerlərdə işləmək həmişə xoşuma gəlib. Kristof Daumun burda böyük iz buraxdığını bilirəm. Onu yaxından tanıyırdım. ''Ştutqart''la çempion olub. Mən də ''Ştutqart''ın akademiyasında uzun illər çalışmışam. Hədəflərimizə çatmaq üçün fanatlarımıza çox ehtiyacımız olacaq. Oyunçular, klubun işçiləri və fanatlar çalışmalıyıq ki, hər şeydən öncə bir ailə olaq. Burda olmaqdan böyük qürur duyuram və yeni işimə başlamağı səbirsizliklə gözləyirəm''.


ƏLİ RAUFOĞLU hazırladı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Sentyabr 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri