Icma.az
close
up
RU
Əli Koçun əsas transfer hədəfi məhz bu futbolçudu

Əli Koçun əsas transfer hədəfi məhz bu futbolçudu

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

''Fənərbaxça'' onsuz da ulduzlarla dolu olan heyətinə daha bir ulduz futbolçunu cəlb etmək istəyir.
Söhbət Duşan Vlahoviçdən gedir. İstanbul nəhəngi neçə müddətdi, diqqət mərkəzində saxladığı tanınmış forvard üçün real addımlar atmağa hazırlaşır. ''Yuventus''da bu mövsüm Tyaqo Motta ilə ulduzu barışmayan, Kolo Muaninin gəlişindən sonra əsas heyətdəki yerini itirən təcrübəli futbolçu İqor Tudorun gəlişindən sonra daha çox oynamağa başlayıb. Amma İtaliya mətbuatının iddiasına görə Vlahoviç mövsümün sonunda birmənalı şəkildə Turin nəhəngindən ayrılmaq qərarına gəlib.
''Fənərbaxça''da Edin Ceko ilə Yussef Ən-Nəsirinin gələn mövsüm komandada olub-olmayacağı bilinmir. Cekonun artıq 39 yaşı var. Ən-Nəsiri isə pis məhsuldarlıq sərgiləməsə də, onun Səudiyyə Ərəbistanı klublarından birinə satılacağı istisna edilmir. İddialara görə ''Fənərbaxça'' başqanı Əli Koçun bir nömrəli hədəfi Vlahoviçdi. ''Yuventus''un serbiyalı ulduza görə nə qədər pul tələb edəcəyi bilinmir. Transfer dəyəri 45 milyon avro civarında olan Vlahoviç gələn il ''Yuve'' ilə müqaviləsinin son mövsümünə qədəm qoyacaq. Onun klubla 2026-nın yayına qədər müqaviləsi var. Ona görə də ''qoca sinyora''nın o qədər böyük məbləğ tələb edəcəyi gözlənilmir. ''Fənər'' rəsmiləri artıq danışıqlara başlamaq və Duşan Tadiçi də bu işə qoşmaq niyyətindədilər.
Serbiya yığmasından bir-birini gözəl tanıyan Tadiç ilə Vlahoviç yaxın dostdu. Üstəlik ''sarı-lacivərdlilər''də daha bir serbiyalı - Kostiç də çıxış edir. Ancaq ''Fənər''in işi asan olmayacaq. Çünki ''Aston Villa'' başda olmaqla premyer-liqa klubları da Vlahoviçə ciddi maraq göstərir.
25 yaşlı futbolçu bu mövsüm ''Yuventus''un heyətində 36 rəsmi oyunda forma geyərək aktivinə 14 qol, 3 məhsuldar ötürmə yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Aprel 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri