Icma.az
close
up
RU
Əli Məsimlidən Sərdar Cəlaloğluna cavab: Əli Kərimlinin müavini olmamışam

Əli Məsimlidən Sərdar Cəlaloğluna cavab: Əli Kərimlinin müavini olmamışam

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar Institutunun rəhbəri Əli Məsimli “Ramiz Mehdiyev işi” ilə bağlı açıqlama yayıb və onu ittiham edən ADP sədri Sərdar Cəlaloğluna cavab verib.
Musavat.com-un məlumatına görə, deputatın rəhbərlik etdiyi İqtisadi və Sosial İnnovasiyalar Institutunun yaydığı məlumatda bildirib ki, bu ilin oktyabrında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Cinayət Məcəlləsinin bir sıra ağır maddələri, o cümlədən dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər maddəsi ilə ittihamın irəli sürülməsi ölkədə böyük əks-səda yaradıb:

“”Ramiz Mehdiyevin işi” ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli barəsində 2 ay 15 günlük həbs qətimkan tədbirinin seçilməsi bu məsələ ətrafında müzakirələri daha da gücləndirib. Proses hələ başa çatmayıb və onun gedişində təbii surətdə istintaqa cəlb olunanlar, ifadəsi alınanlar və s. var. Eyni zamanda mövzu ətrafında gedən müzakirələrdə müxtəlif  səpgilərdə xeyli adamın adları da hallandırılır.

“Ramiz Mehdiyevin işi” ilə bağlı irəli sürülən ittihamlar sıradan bir ittiham olmadığından, bunu təbii hal hesab edilə biləcək tərəfi ilə yanaşı, yayındırıcı xarakterli tərəfləri də var.
Bu kontekstdə  Azərbaycan Demokrat Partiyasının  sədri Sərdar Cəlaloğlunun Media Türk TV-yə  müsahibəsində Əli Kərimlinin müavinləri olmuş Fazil Mustafa, Qüdrət Həsənquliyev, Əli Məsimli və digərlərinin Əli Kərimlinin hakimiyyətin müxtəlif qolları ilə əlaqə yaratmasında vasitəçi olması barədə fikirləri ilə əlaqədar bildirirəm ki, mən heç vaxt Əli Kərimlinin müavini olmamışam. Əksinə, Azərbaycan Xalq Cəbhəsi bütöv olan vaxtlarda digər müavinlərlə yanaşı, Əli Kərimli də, mən də AXCP sədri Əbülfəz Elçibəyin müavinləri olmuşuq. 2000-ci ildə Əbülfəz Elçibəy vəfat etdikdən sonra Xalq Cəbhəsi iki qola ayrılanda isə mən Əli Kərimlinin  sədr olduğu partiyada sədr müavini yox, Mirmahmud Mirəlioğlunun sədr olduğu Klassik Xalq Cəbhəsi Partiyasında Ali Məclisin sədri olmuşam. 2000-ci ildə Xalq Cəbhəsi iki qola ayrılandan sonra keçən bu 25 il ərzində müxtəlif təşkilatların düzənlədiyi tədbirlərdə iştirak edən zaman Əli Kərimli ilə üz-üzə gəldiyimiz anlarda  bir-iki dəfə  ayaqüstü salamlaşmağımız istisna olmaqla, təmasımız olmayıb”.

Açıqlamada daha sonra deyilir: 

“Ona görə də belə fikirlərin ortaya atılması bilərəkdən və ya bilməyərəkdən cəmiyyəti “Ramiz Mehdiyevin işi” ilə bağlı əsas məsələlərdən yayındırıb başqa məcralara yönəltmək məqsədi daşıyır”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Dekabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri