Icma.az
close
up
RU
Əli Məsimli: ”Mən heç zaman Əli Kərimlinin müavini olmamışam” DEPUTATDAN SƏRDAR CƏLALOĞLUNA CAVAB

Əli Məsimli: ”Mən heç zaman Əli Kərimlinin müavini olmamışam” DEPUTATDAN SƏRDAR CƏLALOĞLUNA CAVAB

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AXCP sədrinin keçmiş müavini, Milli Məclisin deputatı Əli Məsimli ADP sədri Sərdar Cəlaloğlunun onun Əli Kərimli ilə hakimiyyət arasında əlaqələndirici olmasına dair iddialarına münasibət bildirib.

Gununsesi.info-ya açıqlamasında Əli Məsimli bildirib ki, bu ilin oktyabrında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Cinayət Məcəlləsinin bir sıra ağır maddələri,o cümlədən dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər maddəsi ilə ittihamın irəli sürülməsi ölkədə böyük əks-səda yaradıb:

“Ramiz Mehdiyevin işi” ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli barəsində 2 ay 15 günlük həbs qətimkan tədbirinin seçilməsi bu məsələ ətrafında müzakirələri daha da gücləndirib.Proses hələ başa çatmayıb və onun gedişində təbii surətdə istintaqa cəlb olunanlar,ifadəsi alınanlar və s. var.Eyni zamadan mövzu ətrafında gedən müzakirələrdə müxtəlif səpgilərdə xeyli adamın adları da hallandırılır. “Ramiz Mehdiyevin işi” ilə bağlı irəli sürülən ittihamlar sıradanbir ittiham olmadığından, bunu təbii hal hesab edirlə biləcək tərəfi ilə yanaşı, yayındırıcı xarakterli tərəfləri də var.Bu kontekstdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Media Türk TV-yə müsahibəsində Əli Kərimlinin müavinləri olmuş Fazil Müstafa,Qüdrət Həsənquliyev,Əli Məsimli və digərlərinin Əli Kərimlinin hakimiyyətin müxtəlif qolları ilə əlaqə yaratmasında vasitəçi olması barədə fikirləri ilə əlaqədar bildiririk ki,mən heç vaxt Əli Kərimlinin müavini olmamışam.Əksinə Azərbaycan Xalq Cəbhəsi bütöv olan vaxtlarda digər müavinlərlə yanaşı Əli Kərimli də, mən də AXCP sədri Əbülfəz Elçibəyin müavinləri olmuşuq. 2000-ci ildə Əbülfəz Elçibəy vəfat etdikdən sonra Xalq Cəbhəsi iki qola ayrılanda isə mən Əli Kərimlinin sədr olduğu partıyada sədr müavini yox,Mirmahmud Mirəlioğlunun sədr olduğu Klassik Xalq Cəbhəsi Partiyasında Ali Məclisin sədri olmuşam.2000-ci ildə Xalq Cəbhəsi iki qola ayrılandan sonra keçən bu 25 il ərzində müxtəlif təşkilatların düzənlədiyi tədbirlərdə iştirak edən zaman Əli Kərimli ilə üz-üzə gəldiyimiz anlarda bir-iki dəfə ayaqüstü salamlaşmağımız istisna olmaqla,təmasımız olmayıb.
Ona görə də belə fikirlərin ortaya atılması bilərəkdən və ya bilməyərəkdən cəmiyyəti “Ramiz Mehdiyevin işi” ilə bağlı əsas məsələlərdən yayındırıb başqa məcralara yönəltmək məqsədi daşıyır”.

Afət Abbasova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Dekabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri