Icma.az
close
up
RU
Əli Mustafa: Danışıqlar nə qədər gec olacaqsa, İran bir o qədər çox dağılacaq

Əli Mustafa: Danışıqlar nə qədər gec olacaqsa, İran bir o qədər çox dağılacaq

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Təəssüflər olsun ki, proqnozlaşdırılan hadisə gerçəkləşdi. Hazırda ABŞ-İsrail cütlüyü ilə İran arasında müharibə davam edir, hər iki tərəfdə itkilər, yaralananlar və dağıntılar var. Bu müharibədə raket, təyyarə və dronlardan daha çox istifadə edilir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında siyasi təhlilçi Əli Mustafa deyib.

Onun sözlərinə görə, əsas hücum edən tərəf ABŞ və İsrail olsa da, İran da raket və dronlarından istifadə edir:

“İlk olaraq savaşı İsrail başladıb, daha sonra ABŞ ona qoşulub. İlkin mərhələdə İranın hərbi və siyasi rəhbərliyi müəyyən mənada sıradan çıxarılıb və bu, proses davam edir. Xüsusilə, nüvə obyektləri, ballistik raket istehsal edən müəssisələr və onun anbarları vurulur. Eyni zamanda SEPAH bazaları, hökumət idarələri, polis ofisləri hədəfə alınır”.

Əli Mustafa bildirib ki, İran bacardığı qədər qarşı tərəfə cavab verir: “Aydındır ki, İranın ABŞ ərazisini hədəfə almaq imkanı yoxdur. Ancaq İsrailin şəhərlərini, ABŞ-nın Yaxın Şərq və körfəz ölkələrindəki hərbi obyektlərini hədəfə alır. Xüsusilə, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, hətta Oman ərazilərinə zərbələr endirilir. Həmçinin Kiprin, İraqın ərazilərindəki ABŞ bazalarını vurub. Yəni savaş tam gücü ilə davam edir”.

Əli Mustafanın fikrincə, İranın ali lideri Seyid Əli Xamnəinin öldürülməsi hakimiyyət daxilində müəyyən bir boşluq yaradıb və bunu kompensasiya etməyə çalışırlar: “Hələlik üç nəfərdən ibarət müvəqqəti rəhbərlik formalaşıb. Amma ülamələr məclisi şərait yaranan kimi toplantı keçirib Xamnəini əvəz edəcək şəxsi seçməlidir. Əgər demək mümkünsə, hazırda İranın rəhbəri konkret mövcud deyil və bu, İran tərəfinə psixoloji təsir edir, eyni zamanda qəzəb və kin yaradır. Biz, həm də qisas çağırışları eşidirik. Amma bütün hallarda Xamnəinin öldürülməsindən sonra İranda avtoritet boşluğu yaranıb. Bu da, sözsüz ki, müəyyən mənada siyasi və hərbi rəhbərlik arasında əlaqənin şərtləndirilməsini çətinləşdirir. Adətən belə vəziyyətlərdə Xamnəi boşluğu doldururdu, amma indi boşluq müşahidə edilir. Yəqin ki, bu, hələ bir müddət davam edəcək”.

Siyasi təhlilçi əlavə edib ki, ABŞ prezidenti danışıqlar məsələsini vurğulasa da, indiki vəziyyətdə tərəflərin diplomatiyaya qayıtması çətin görünür. Amma nəticədən asılı olmayaraq çıxış yollarından biri diplomatiyadır: “Məsələn, prezident Tramp bildirdi ki, İran tərəfi danışıqlara hazırdır. Amma bunu İranda heç kim demədi, görünür ki, indiki vəziyyətdə İranda heç kim açıq şəkildə “danışıqlara gedək”,- deyə bilmir. Əvəzində İranın danışıqlar təklifini rədd etdiyinə dair xəbərlər səsləndirilir. İndi İranda psixoloji ovqat elədir ki, açıq təkliflərlə çıxış etmək təhlükəlidir. Çünki İranın indiki siyasi-hərbi rəhbərliyi buna normal yanaşmır. Kin, qəzəb, nifrət daha çoxdur. Görünür, buna müəyyən qədər zaman lazımdır. Ancaq danışıqlar nə qədər gec olacaqsa, İran bir o qədər çox dağılacaq, çox zəifləyəcək”.

Nemət ORUCOV

Reyting.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 Mart 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri