Icma.az
close
up
RU
Əliağa Əzizov: Şirvan kanalının yenidən qurulması layihəsi davam etdirilir

Əliağa Əzizov: Şirvan kanalının yenidən qurulması layihəsi davam etdirilir

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Hazırda Bakıdakı Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, "Ağ Şəhər" ərazisində tullantı sularının idarə olunması və təmizlənmiş suların sənaye, kənd təsərrüfatı və yaşıllıqlar üçün təkrar istifadəsi istiqamətində də işlər aparılır. Hacıqabul rayonundakı eyniadlı gölün ekoloji vəziyyətinin bərpası planlaşdırılır".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov "Kommunal İnfrastrukturun inkişafına dair sual və təkliflərin müzakirəsi" mövzusunda keçirilən "Milli Biznesin İnkişafı Forumu"nda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın əsas suvarma arteriyalarından biri olan Şirvan kanalının yenidən qurulması layihəsi də davam etdirilir:

"Layihə çərçivəsində kanalın ötürmə gücü saniyədə 78 kubmetrdən 180 kubmetrə çatdırılacaq, uzunluğu isə 122 kilometrdən 204 kilometrə qədər artırılacaq. Nəticədə 228 min hektar sahənin suvarma təminatı yaxşılaşdırılacaq".

Sektor müdiri əlavə edib ki, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə birgə dəniz suyunun duzsuzlaşdırılması layihəsi həyata keçirilir:

"Sumqayıt Kimya Sənaye Parkında gündəlik 300 min kubmetr içməli su istehsal edəcək zavodun tikintisi nəzərdə tutulur. Zavodun inşası 2.5 il ərzində tamamlanacaq və növbəti 25 il ərzində konsorsium tərəfindən idarə olunacaq.

Ölkədə formalaşan su ehtiyatlarının 25%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür. İşğal dövründə bu ərazilərin su təsərrüfatı infrastrukturu ciddi zərər görmüşdü. Artıq Suqovuşan, Xaçınçay, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının bərpası başa çatıb. Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir. Həkəriçay və Bərgüşadçay su anbarlarının isə texniki-iqtisadi əsaslandırma işləri davam etdirilir".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Aprel 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri