Əlikram efirdə AĞLADI: “Özümə bağışlaya bilmirəm” VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Müğənni Əlikram Bayramov "Günə Uğurla" verilişinin canlı efirində duyğulu anlar yaşayıb.
Milli.Az xəbər verir ki, sənətçi anası ilə bağlı xatirələrini bölüşərkən göz yaşlarına hakim ola bilməyib.
Bayramov anasının dünyasını dəyişməsi, dəfn mərasimi və yaşadığı ağrılı anları xatırladaraq səmimi etiraflar edib. Onun bu sözləri studiyadakı qonaqları və izləyiciləri kövrəldib:
"Mənə həyat bəxş edən, hər əziyyətimi çəkən insanı öz əllərimlə dəfn etdim. Bunu özümə bağışlaya bilmirəm. O an içimdən gəldi, amma bu günə qədər gözümün önündən getmir. Buna peşmanam və heç kimə belə etməyi tövsiyə etmirəm".
Əlikram Bayramov bildirib ki, anası onun üçün həm ana, həm də ata olub:
"O mənə həm ana, həm ata olub. Qazandığım pullarla ona layiqincə qulluq edə bilmədim. Mənə söz vermişdi ki, heç vaxt məni tək qoymayacaq, amma vədinə əməl etmədi. İki yaşımdan məni təkbaşına böyüdüb".
Müğənninin bu səmimi etirafları sosial şəbəkələrdə də geniş rezonans doğurub. İzləyicilər onun yaşadığı acını anlayışla qarşılayaraq dəstək mesajları paylaşıblar.
Ətraflı videoda:
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 06 Fevral 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















