Icma.az
close
up
RU
SOSİOLOQDAN REAKSİYA: Sosial şəbəkələrdə “ağanəzərəm” dövrü bitdi

SOSİOLOQDAN REAKSİYA: Sosial şəbəkələrdə “ağanəzərəm” dövrü bitdi

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib. 

Bununla kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.

Gununsesi.infobildirir ki, sosioloq Lalə Mehralı məsələyə belə münasibət bildirib:

“Bu dəyişiklik ölkədə mənəviyyatın, mədəniyyətin, milli-mənəvi dəyələrin mühavizə edilməsində istisnasız mühüm rol oynayacaq. Çünki hər gün yenisi peyda olan sosial şəbəkə fenomenlərinin “xüsusi fədakarlığı” sayəsində sosial şəbəkələrdə ciddi əxlaqi deformasiyalar yaranır və bu deformasiyaların bərpası da mümkün olmur.

Doğrudur, sosial şəbəkələrin süzgəc mexanizmləri sayəsində zərərli, təhlükəli kontentlər yayımlanma qadağası ilə üzləşir, lakin bir çox hallarda bu sistemin də mühavizəsi yetərli olmur. Qlobal miqyasda zorakılıq ehtiva edən videoların yayılması, tıklanması göstərir ki, mərkəzləşmiş platforma siyasətlərinə baxmayaraq, zorakı və zərərli kontent çox vaxt geniş auditoriyaya çatır və zərər göstərir. Deməli, süni intellektlə idarə olunan sosial şəbəkə süzgəc sistemləri bəzən yetərsiz qalır.

Bir başqa diqqətə alınmalı məsələ də odur ki, qlobal təhlükə ərz etməyən bəzi kontentlər bəzən lokal təhlükə yarada bilir. Bu, ölkənin, cəmiyyətin milli dəyərlərinə, ənənələrinə, mental xüsusiyyətinə əsaslanan vəziyyətdir. Dünyanın hər hansı bir ölkəsində ombasını kameraya tərəf çevirib seksual hərəkətlər ehtiva edən rəqs nümayiş etdirmək adı hal sayıla bilər, bizim ölkəmiz üçün bu normal hal deyil.

Etik, əxlaqi, mədəni baxımdan qlobal standartların yaradılması çətindir, çünki bir ölkədə normal sayılan hərəkət başqa bir ölkədə anormal hesab edilir.  Porno xidmətlərin leqal olduğu hər hansı bir ölkədə seks xidmətləri göstərən bir qadın sosial şəbəkə hesabında bunu açıq formada elan edə bilər, amma Azərbaycan üçün bu cür kontentlərin nümayiş etdirilməsi normallaşdırılmamalıdır.

Əxlaq anlayışı hər ölkə üçün fərqli məna daşıyan məfhumdur. Bir ölkədə düzgün hesab edilən davranış başqa bir ölkədə yanlış təsir bağışlayır. Məsələn, bizim böyüklərə, qadınlara ictimai nəqliyyatda yer vermək kimi bir adətimiz İsveç, Norveç kimi ölkələrdə gender bərabərliyinin pozulması, kişinin qadın üzərində güc nümayişi kimi qəbul edilə bilir. Bu tip ölkələrdə “kömək istəməyənə kömək təklif etmə” prinsipi hökm sürür”.

Sosioloq deyib ki, bir ölkədə qəbul olunan  hər hansı bir ictimai davranış forması başqa bir ölkədə qəbul olunmayan vəziyyətdir:

Məsələn, bizim ölkəmizdə ictimai yerlərdə açıq və ya yarıaçıq tualetin olması ədəbsizliyin göstəricisidir, Niderland, Almaniya kimi bəzi ölkələrdə rahatlığın və punktuallğın. Bir ölkədə qadınların saçının görünməsi əxlaqsızlıq hesab edilir, bir çox ölkədə bu tamamilə normal vəziyyətdir. Yəni, əxlaq və ədəb çərçivəsinə girən bir çox davranış nümunələri ölkəsinə, cəmiyyətinə görə fərqli qəbul edilə bilər.

Azərbaycan üçün də sinəsini, ombasını kamera önündə nümayiş etdirmək, seksual hərəkətlər ehtiva edən rəqs nümayiş etdirmək, söyüşlə zəngin danışıq üslubundan istifadə etmək normal vəziyyət deyil. “Deyildi” – bir zamanlar. İndi normallaşıb. Sosial şəbəkələrdəki videoların əksəriyyətinin məzmunu budur.

Prezidentin imzaladığı yeni dəyişiklik bu sahədəki biabırçılığın qarşısını əhəmiyyətli dərəcədə alacaq. İnsanlar sosial şəbəkələrdə nümayiş etdirdikləri davranışın, istifadə etdikləri sözün məsuliyyətini daşıdığının fərqində olacaq. “Ağanəzərəm, belə gəzərəm” dövrü bitdi daha.

Qeyd etməliyəm ki, bu qanun dəyişikliyinin imzalanmasında jurnalistlərin və ictimai şəxslərin də əməyi az deyil. Əksəriyyətimiz mütəmadi olaraq əxlaqi normalara sığmayan paylaşımlar haqqında fikir bildirir, material hazırlayır, gündəmdə saxlayırdıq. Mənəviyyatı hər şeydən uca tutan insanların bir amalı var – mənəviyyata təcavüz edənlərə qarşı mübarizə aparmaq, ictimai əxlaqı mühavizə etmək, mənəvi dəyərləri hər şeydən ali tutmaq. Təmənnamız televiziya kanallarına nəzarətin gücləndirilməsi, dəvət olunan qonaqların ictimai çəkisinə diqqət edilməsi, bəzi aparıcıların efirə uyğun olmayan davranış və danışıq üsulubuna da əncam çəkilməsi yönündədir”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Yanvar 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri