Əlilliyi olan gənclərin əl işlərindən ibarət sərgi satış yarmarkası keçirilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 23 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və 1 saylı “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə əlilliyi olan gənclərin əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil olunub.
Yarmarkada Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarlarının 9 müxtəlif yaradıcılıq istiqaməti üzrə 850-dən artıq əl işi nümayiş olunub.
Rəssamlıq və vitraj boya işləri, suvenir və oyuncaqlar, toxunma əl işləri, bədii tikmə, dərzilik məmulatları, bəzək əşyaları və dekorativ aksesuarlar, dulusçuluq nümunələri, eləcə də bədii oyma sənəti üzrə hazırlanan məhsullar maraqla qarşılanıb.
Tədbirin məqsədi əlilliyi olan gənclərin yaradıcılıq bacarıqlarını geniş ictimaiyyətə tanıtmaq, onların əl işlərinin satışına şərait yaratmaq, cəmiyyətə inteqrasiyasını, eləcə də iqtisadi müstəqillik və özünəinamlarını gücləndirmək olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















