Icma.az
close
up
RU
Naxçıvanda məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi satış yarmarkası keçirilir

Naxçıvanda məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi satış yarmarkası keçirilir

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Konstitusiya və Suverenlik İli” çərçivəsində məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasının açılış tədbiri baş tutub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarmarkanın keçirilməsində məqsəd xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliğ edilməsi, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsi və istedadlarının üzə çıxarılmasıdır.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova bildirib ki, artıq ənənə halını almış bu sərgi-satış yarmarkası ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanır. O qeyd edib ki, bu kimi tədbirlər qadınların yaradıcılıq potensialının üzə çıxarılmasına, onların cəmiyyətə inteqrasiyasına və iqtisadi müstəqilliyinin təmin olunmasına mühüm töhfə verir.

Günay Nəzərova vurğulayıb ki, sərgidə nümayiş etdirilən hər bir əl işi qadınların zövqünü, bacarığını və zəhmətini əks etdirir. Qeyd edilib ki, bu tədbir qadınlara öz qabiliyyətlərini göstərmək, yeni imkanlar qazanmaq və özlərinə inamlarını artırmaq üçün mühüm platformadır.

Komitənin sədri Ramilə Seyidova bildirib ki, bu tədbir həm də xüsusi bir günə təsadüf edir, çünki dövlət başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 22-ci ildönümüdür. Bu tarixi gün həm ölkəmiz, həm də qadınların sosial və iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, qadınların əl işlərindən ibarət bu tədbir artıq 16 ildir davam etdirilir. 16 il əvvəl qadınların bu sahədə iştirakı onlarla ölçülürdüsə, bu gün onların sayı yüzlərlədir. Bu artım həm qadınların yaradıcılıq potensialının tanınması, həm də onların sosial həyatdakı rolunun güclənməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu gün artıq qadınların 10 mindən artıq əl işi sərgilənir.

Qeyd edilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılacaq Regional Ailə Mərkəzləri xüsusi qayğıya ehtiyacı olan qadınlara dəstək göstərəcək, onların sosial inteqrasiyasına və iqtisadi fəaliyyətə cəlb edilməsinə imkan yaradacaq.

Komitə sədri qadınlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, qadınların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə və gələcəkdə də cəmiyyətimiz üçün önəmli töhfələr verməyə davam edəcəklərinə əminliyini ifadə edib. Sərgi-satış yarmarkasının 10 gün davam edəcəyini deyib və yekun tədbirdə əl işlərinə görə fərqlənən qadınların təltif ediləcəyini vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində muxtar respublikada müxtəlif tədbirlər həyata keçirilir. Rəsm və əl işlərinin ictimai nümayişi üçün nəzərdə tutulan bugünkü layihənin reallaşdırılması istedadlı, məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyası üçün böyük perspektivlər açmaqla bərabər, onların yaradıcılıq əzmini də artırır. Bu tədbir xüsusilə qadınların sosial müdafiəsinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Fərid Bağırzadə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya qadınların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən mühüm işlərə və atılan addımlara görə dərin minnətdarlığını ifadə edib.

İstedadlı qadın Əzizə Məmmədova qeyd edib ki, bu sərgilər qadınların ailədə maddi vəziyyətinin yaxşılaşdırılmasına və sosial fəaliyyətlərinin genişləndirilməsinə dəstək rolunu oynayır. O, həmçinin vurğulayıb ki, bu tədbirlər qadınlara yüksək motivasiya verir və onların gələcəkdə bu kimi tədbirlərdə fəal iştirak etmələrinə imkan yaradır.

Sonra sərgi-satışa baxış olub.

Yarmarka oktyabrın 25-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri