Əlilliyi olan uşaqların valideynləri üçün təlimlər təşkil edilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 23 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron İxtisaslaşmış Sosial Xidmət Mərkəzinin xidmətlərindən yararlanan uşaqların valideynləri üçün təlimlər təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Joy Uşaq İnkişaf Mərkəzi”nin təşəbbüsü ilə keçirilən ikigünlük təlimlərdə mərkəzin əməkdaşları və əlilliyi olan uşaqların valideynləri iştirak ediblər.
İştirakçılara uşaqların fərdi inkişaf xüsusiyyətləri, sosial adaptasiya prosesləri, ailə və mütəxəssis əməkdaşlığının əhəmiyyəti, eləcə də inklüziv yanaşmalar barədə ətraflı məlumat verilib. Sessiyalarda nəzəri biliklərlə yanaşı, praktik nümunələr təqdim olunub, interaktiv müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Təlimin məqsədi əlilliyi olan uşaqlarla çalışan mütəxəssislərin və valideynlərin bilik və bacarıqlarını artırmaq, uşaqların sosial inteqrasiyasına dəstəyi gücləndirmək, həmçinin müasir reabilitasiya yanaşmaları və effektiv ünsiyyət metodları barədə məlumatlılığı artırmaq olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 23 İyun 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















