Icma.az
close
up
RU
Elita klubları Liqa 2 təmsilçilərinə heç bir şans vermədi

Elita klubları Liqa 2 təmsilçilərinə heç bir şans vermədi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa kubokunda 1/8 final mərhələsinin oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, iki cütdə yalnız elita təmsilçiləri üz-üzə gəldi. PSJ mübarizənu dayandırandan sonra turnirin əsas favoritlərindən sayılan “Marsel” “Renn”i darmadağın etdi. Məhz PSJ-ni sıradan çıxaran “Paris” isə səfərdə “Loryan”la bacarmadı.
Qalan cütlərin dördündə elita və 2-ci liqa klubları üz-üzə gəldi. “Lion” “Laval”ı, çempionatda PSJ-nin ən yaxın izləyicisi olan “Lans” “Trua”nı çətinlik çəkmədən məğlub etdi. “Laval”la oyunun ilk yarısında topa nəzarət faizini 80-ə qaldıran “Lion” heç cür qol vura bilmirdi. Ancaq 80-ci dəqiqədə Endrik növbəti dəfə səhnəyə çıxdı. “Real”dan mövsümün sonuna qədər icarəyə götürülən 19 yaşlı forvard yeni komandasının heyətində keçirdiyi 5 oyunda artıq 5 qol vurub və bir məhsuldar ötürmə verib.
Ən dramatik mübarizə “Nitsa” ilə “Monpelye”nin duelində yaşandı. Elitanın ortalarından “Nitsa” aşağı dəstədə 9-cu pillədə qərarlaşan komandaya 72-ci dəqiqəyə qədər 0:2 uduzurdu. Amma baş məşqçi Klod Pyuel 64-cü dəqiqədə Budaşla Diopu meydana buraxmaqla oyunun axarını kəskin dəyişdi. Budaş 72-ci dəqiqədə fərqi azaltdı, Diop isə 7-ci uzatma dəqiqəsində qələbə topunu vurdu. Buna qədər Mendi 89-cu dəqiqədə hesabı 2:2 etmişdi.
Liqa 2 təmsilçilərinin qarşılaşdığı yeganə dueldə 2-ci pillədə yer alan “Reyms” 3-cü pillədəki “Le Man”ı darmadağın etdi.
1/8 final
Marsel – Renn 3:0

Quiri, 2. Qrinvud, 46. Obameyanq, 83.
Marsel: De Lanqe, Emerson (Pavar, 82), Medina, Balerdi, Vea, Timber (Kondoqbia, 69), Höybyerq, Payşao (Traore, 78), Nvaneri (Nadir, 46), Qrinvud, Quiri (Obameyanq, 78).
Loryan – Paris 2:0
Kadiu, 55. Mbou, 82-öz qapısına.
Lion – Laval (D-2) 2:0
Endrik, 80. Moreyra, 90+4.
Trua (D-2) – Lans 2:4
Adelin, 45+4. Ripar, 63 – Sotoka, 41. Sima, 50; 58. Bulatoviç, 52.
Nitsa – Monpelye (D-2) 3:2
Budaş, 72. Mendi, 82. Diop, 90+7 – Opponq, 3-öz qapısına. Mendi, 69.
Tuluza – Amyen (D-2) 1:0
Qboo, 39.
Reyms (D-2) – Le Man (D-2) 3:0
Leoni, 38; 71. Benhattab, 84.
Strasbur – Monako 3:1
Qodo, 7. Ensiso, 55; 61 – Biret, 58.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Fevral 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri