Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Zirə” “Şamaxı”ya heç bir şans vermədi

“Zirə” “Şamaxı”ya heç bir şans vermədi

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Şamaxı - Zirə 0:2 (0:1)
1. Rikardo Fernandes - 5,5
4. Adil Nağıyev (k) - 5,0
8. İlkin Muradov - 5,0
(10. Emin Zamanov, 71) - 4,5
17. Rafael Məhərrəmli - 5,0
(24. Edqar Adilxanov, 71) - 4,5
5. Arsen Ağcabəyov - 5,0
(11. Conatan Benteke, 76) - qiymətsiz
82. Rüfət Abbasov - 5,0
20. Leroy Mikels - 6,0
93. Brahim Konate - 5,5
7. Georgi Kantariya - 5,0
9. Belajdi Pusi - 5,5
66. Vasiliye Bakiç - 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
60. Səbayıl Bağırov
80. Zahid Mərdanov
13. Ramin Əhmədov
6. Rauf Rüstəmli
22. Qurban Səfərov
19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Leroy Mikels
13. Aydın Bayramov - 6,0
7. Məqsəd İsayev - 5,5
29. Ceyhun Nuriyev - 5,5
(3. Ange Mutsinzi, 86) - qiymətsiz
22. İldar Alekperov - 5,5
5. Stefan Aka - 6,0
4. Ruan Renato (k) - 6,0
90. Davit Volkov - 6,5
(24. Yusuf Laval, 72) - qiymətsiz
15. Pyer Zebli - 5,5
18. Martins Junior - 6,0
(23. Rafael Utziq, 62) - 5,5
17. Ayron Qomis - 5,0
(6. Eldar Quliyev, 72) - 4,5
19. Salifu Suma - 5,5
(11. Rüstəm Əhmədzadə, 62) - 5,0
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
21. Hacıağa Hacılı
8. İsmayıl İbrahimli
16. Fuad Bayramov
14. Elçin Əlicanov
10. Giorgi Papunaşvili
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Martins Junior
Qollar: M.Junior, 33 (0:1, D.Volkov). V.Bakiç, 63-öz qapısına (0:2).
Vərəqələr: C.Nuriyev, 24 (qeyri-idman hərəkəti). M.Junior, 26 (qeyri-idman hərəkəti). İ.Muradov, 29 (qeyri-idman hərəkəti). B.Pusi, 47 (hakimin qərarına etiraz). B.Konate, 60 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
2 noyabr. Şamaxı. Şəhər stadionu. 1000 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
"Şamaxı"nın yeni mövsüm ərzində "doğma divarlar" arasında keçirdiyi oyunların hamısı maraqlı keçib. Təkcə ona görə yox ki, yerli azarkeşlər komandaya yiyə durur, əvvəldən sona qədər qələbəyə səsləməkdən yorulmur. Səbəb həm də odu ki, "şirlər" evdə "Neftçi", "Sumqayıt", "Turan Tovuz" və "Araz-Naxçıvan" kimi iddialı rəqiblərə qarşı cəsarətli oyunla diqqəti çəkib. Şənbə günü keçirilən oyunda isə qonaq "Zirə" idi. Söhbət avrokuboklara iddialı, son üç oyunda qələbəyə həsrət qalan "qartallar"dan gedir. Düzdü, ilk "üçlük"də yer alan "Qarabağ", "Turan Tovuz" və "Araz-Naxçıvan"ın xal ehtiyatını artırması qəsəbə təmsilçisini matça daha ciddi yanaşmağa vadar etdi. Lakin "Şamaxı"nın asanlıqla təslim olduğunu desək, yanılarıq. Hətta ilk təhlükəli vəziyyəti meydan sahibləri yaratdı. "Şirlər" 7-ci dəqiqədə hesabı açmağa yaxın idi. Sadəcə, Pusi Renatonun təzyiqindən xilas ola bilmədi və tələsik "çərçivə"ni nişan almağa çalışması qeyri-dəqiq zərbəylə nəticələndi. Qonaqların fərqlənmək istəyi isə özünü 22-ci dəqiqədə büruzə verdi. Adilin topu itirməsindən yararlanan Martins irəliləyib Volkova ötürmə verdi. Cərimə meydançasına daxil olandan sonra bəxtini sınayan gürcünün hesabı açmasına Rikardo imkan vermədi. Portuqaliyalı qapıçı bir qədər sonra Sumanın istəyinə də mane oldusa, Martinsin öhdəsindən gələ bilmədi. Daha doğrusu, Junior 33-cü dəqiqədə Volkovun göndərdiyi topu tora qovuşdurdu. Maraqlıdı ki, bir qədər sonra yenidən eyni epizoda şahidlik etdik. Burda fərq ondan ibarət idi ki, Rikardo Davitin ötürməsi sayəsində dubl müəllifi olmaq istəyən Martinsə bu dəfə "yox” dedi.
İkinci hissə birinci ilə müqayisədə daha hərəkətli keçdi. Ən azı hesabı bərabərləşdirmək istəyən "Şamaxı"nın bir neçə cəhdini izlədiksə, "Zirə" fərqi artırmaq üçün əlindən gələni əsirgəmədi.
55-ci dəqiqədə Mikels cərimə zərbəsindən topu birbaşa qapıya göndərmək istəsə də, Aydın əla seyvlə yadda qaldı. "Zirə"nin fərqi artırması isə avtoqol sayəsində mümkün oldu. Utziqin künc zərbəsi vasitəsilə cərimə meydançasına çatdırdığı "kürə" uğrunda mübarizə zamanı qarışıqlıq yarandı. 63-cü dəqiqədə Bakiçin təhlükəni sovuşdurmaq "cəhd"i hesabın dəyişməsiylə nəticələndi. İş orasındadı ki, Renato topa Bakiçdən əvvəl toxunduğu üçün qolu özünün vurduğunu zənn etdi. Bir qədər sonra Mikels yenə uzaqdan birbaşa qapıya zərbə ilə fərqi azaltmaq istədi. Bu dəfə də Aydın yerində idi. Leroy çox keçmədən eyni cəhdi təkrarladı ki, "kürə" tirin üstündən keçdi. Nəhayət, "Şamaxı" 82-ci dəqiqədə topu tora qovuşdura bildi. Daha doğrusu, Aydın Emin və Konatenin ardıcıl zərbələrini zərərsizləşdirdisə, Pusi qapıçının yerdə, "kürə"nin meydanda qalmasından istifadə etdi. Sadəcə, VAR monitoruna yaxınlaşan İnqilab Məmmədov qolu saymadı. Ona görə ki, Benteke oyundankənar vəziyyətdə idi.
88-ci dəqiqədə "Zirə"nin üçüncü qolu qeydə alına bilərdi. Təbii ki, Rikardo İldarın ötürməsi sayəsində fərqlənmək istəyən Rüstəmə mane olmasaydı. Matç Lavalın qeyri-dəqiq zərbəsinin ardından başa çatdı. Beləliklə, "Şamaxı" ardıcıl dördüncü oyunda qol vurmadan uduzdu. Belədə “şirlər”in qələbə həsrəti beş matça yüksəldi. "Zirə" isə "avrokuboklar zonası"ndakı yerini möhkəmləndirdi.
Gözdən qaçmadı
// Azarkeşlərdən biri "Şamaxının yeni dünya çempionu, yunan-Roma güləşçimiz Ülvi Qənizadə, səninlə fəxr edirik" sözlərinin yazıldığı pankart açdı. Xatırladaq ki, Ülvi finalda fransalı rəqibi İbrahim Qanemi məğlub edərək (3:2) "qızıl" qazanıb.
// Şamaxılı tərəfdarlardan biri tribunadan qışqıraraq Rəşad Sadıqova "legionerlər sayəsində qələbə qazanırsız" dedi, mütəxəssisin cavabı belə oldu: "sizin də legionerləriniz var da".
// "Qartallar" fanklubu 5 nəfərlə tribunada idi. "Şamaxı"nı yalnız sıravi azarkeşlər dəstəklədi.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Noyabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri