Əliyar Ağayev Bosniya və Herseqovina Niderland oyununun baş hakimi təyin edilib
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının VI turunda A Liqasının 3-cü qrupunda keçiriləcək Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi təyin edilib.
Mia.az xəbər verir ki, bu qarşılaşmada ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Matçın VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olacaqlar.
Qeyd edək ki, noyabrın 19-da Zenitsa şəhərindəki “Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Əliyar Ağayev Bosniya və Herseqovina Niderland matçını idarə etdi
20 Noyabr 2024 09:01
Əliyar Ağayev Niderland yığmasının matçında
16 Noyabr 2024 11:29
Əliyar Ağayev Niderland millisinin oyununda
16 Noyabr 2024 10:56
Niderland seçməsi Bosniya və Herseqovina ilə görüşə itkilərlə çıxacaq
18 Noyabr 2024 19:25

