Icma.az
close
up
RU
Əliyar Ağayev Bosniya və Herseqovina Niderland matçını idarə etdi

Əliyar Ağayev Bosniya və Herseqovina Niderland matçını idarə etdi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA Millətlər Liqası oyununu idarə edib.

QOL.az xəbər verir ki, o, A Liqasının 3-cü qrupu çərçivəsində 6-cı turun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olub.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib. 

1:1 hesabı ilə başa çatan matçda Əliyar Ağayev cəmi bir sarı vərəqə göstərib. O, matçın 76-cı dəqiqəsində meydan sahiblərinin oyunçusu Ermedin Demiroviçə rəsmi xəbərdarlıq edib.

Qeyd edək ki, Niderland qrup mərhələsini 9 xalla 2-ci, Bosniya və Herseqovina isə 2 xalla sonuncu yerdə bitirib.

seeBaxış sayı:77
embedMənbə:https://qol.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri