Əliyar Ağayev dünya çempionatının seçmə mərhələ oyununa təyinat alıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 8 iyun, AZƏRTAC
FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.
İyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Baxış sayı:125
Bu xəbər 08 İyun 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















