Əliyar Ağayev Macarıstanda penalti təyin etdi, 3 sarı vərəqə göstərdi
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsində daha bir oyunu idarə edib.
QOL.az xəbər verir ki, o, 5-ci turda keçirilən “Ferensvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olub.
Macarıstan klubunun 4:1 hesabı ilə qalib gəldiyi oyunda Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib.
Əliyar Ağayev bu görüşdə meydan sahiblərindən bir, qonaqlardan isə iki futbolçuya sarı vərəqə göstərib. O, "Malmö"nün qapısına penalti də təyin edib. "Ferentsvaroş" penaltini dəqiq yerinə yetirib.
"Ferentsvaroş" hazırda 9 xalla 11-ci, "Malmö" isə 7 xalla 30-cü pillədə qərarlaşıb.

Əliyar Ağayev cəmi bir sarı vərəqə göstərdi
20 Noyabr 2024 14:18
Əliyar Ağayevdən 3 vərəqə və bir penalti
29 Noyabr 2024 13:00
Əliyar Ağayev A Liqasının oyununda
16 Noyabr 2024 11:49
Əliyar Ağayev Niderland yığmasının matçında
16 Noyabr 2024 11:29
Əliyar Ağayev Millətlər Liqasının oyununda
16 Noyabr 2024 11:26

