Əliyar Ağayevdən 3 vərəqə və bir penalti
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
FİFA referimiz Əliyar Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsində daha bir oyunu idarə edib. Sport24.az xəbər verir ki, o, V tur çərçivəsində keçirilən "Ferensvaroş" (Macarıstan) – "Malmö" (İsveç) oyununun baş hakimi olub.
Macarıstan klubunun 4:1 hesabı ilə qalib gəldiyi oyunda ədalət təmsilçisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib.
Ağayev bu görüşdə meydan sahiblərindən bir, qonaqlardan isə iki futbolçuya sarı vərəqə göstərib. O, "Malmö"nün qapısına penalti də təyin edib. "Ferentsvaroş" penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, "Ferentsvaroş" hazırda 9 xalla 11-ci, "Malmö" isə 7 xalla 30-cü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 29 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















