Icma.az
close
up
RU
Əliyev daha əvvəl onunla görüşməmişdi İlk yaşandı KONKRET

Əliyev daha əvvəl onunla görüşməmişdi İlk yaşandı KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Prezident İlham Əliyevin Bişkek Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Hindistanın Baş naziri Narenda Modi ilə görüşü diqqət çəkib.

Liderlərin səmimi dialoqunu əks etdirən görüntülər Bakı-Dehli münasibətləri fonunda maraqla qarşılanıb.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, Prezident İlham Əliyev ilə Narendra Modinin ŞƏT Sammiti çərçivəsində keçirdiyi görüş iki ölkə arasında münasibətlərin inkişafı baxımından diqqətçəkən hadisədir:

“Liderlərin görüşü ilk dəfədir, baş tutur. Sentyabrın 1-də keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılması Azərbaycan–Hindistan əlaqələrinin yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmadığını, regional və beynəlxalq gündəmin də tərəflər üçün əhəmiyyət daşıdığını göstərir.

Bu görüşün əsas əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və Hindistan kimi Cənubi Qafqaz və Cənubi Asiyanın mühüm dövlətlərinin yüksək səviyyədə birbaşa təmasları qarşılıqlı siyasi dialoqun davam etdirilməsi baxımından imkanlar yaradır.

Xüsusilə də, ŞƏT kimi regional əməkdaşlıq platformasının çərçivəsində keçirilən görüş tərəflərə həm ikitərəfli münasibətləri, həm də daha geniş regional məsələləri müzakirə etmək imkanı verir.

Görüşü Azərbaycan–Hindistan münasibətlərində dialoqun saxlanılması və qarşılıqlı maraqların müəyyənləşdirilməsi baxımından müsbət qiymətləndirərdim. Eyni zamanda, bu cür yüksək səviyyəli təmasların gələcəkdə iqtisadi-ticarət əlaqələrinin, nəqliyyat-logistika əməkdaşlığının və digər praktiki istiqamətlərin inkişafına siyasi zəmin formalaşdırması mümkündür. Düşünürəm ki, Əliyev–Modi görüşünü iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi baxımından əhəmiyyətli diplomatik təmas kimi qiymətləndirmək lazımdır”.

Politoloq bildirib ki, görüşün konkret nəticələrindən daha çox, hazırkı mərhələdə onun yaratdığı siyasi kommunikasiya kanalları və gələcək əməkdaşlıq üçün formalaşdırdığı imkanlar diqqət çəkir:

“Pakistanla münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, eyni zamanda İslamabad və Dehli arasında münasibətlərin kifayət qədər həssas xarakter daşıdığını nəzərə alsaq, Azərbaycanın hər iki ölkə ilə qarşılıqlı hörmət və milli maraqlar əsasında münasibətləri davam etdirməsi xarici siyasətimizin balanslı və praqmatik xarakterini nümayiş etdirir. Bakı üçün əsas məsələ tərəflərdən hər hansı birinin mövqeyinə qarşı mövqe tutmaq deyil, hər iki ölkə ilə öz milli maraqları çərçivəsində siyasi dialoqu və əməkdaşlıq imkanlarını qorumaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Sentyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri