Icma.az
close
up
RU
İlham Əliyev 23 il əvvəl demişdi...

İlham Əliyev 23 il əvvəl demişdi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

33 il sonra bərpa olunan ədalət

Amerika Birləşmiş Ştatlarının (ABŞ) əzəməti bütünqitələrdən görünür. Bu ölkə hər sahədə liderdir və drayver kimibeynəlxalq birliyi öz arxasınca aparır, qlobal gündəliyəistiqamət verir. Elə ayrı-ayrı regionlarda ABŞ-la istimünasibətlər qurmağa can atan dövlətlərin sayının getdikcəartması da bunun təsdiqidir. Dünyanın bir nömrəli siyasi, iqtisadi və hərbi güc mərkəzi ilə əməkdaşlıq əlaqələri qurmaqmilli dövlətlər üçün həm böyük şans, həm də böyük məsuliyyətsayılır. Təbii ki, bütün dövlətlər də buna nail ola bilmirlər.

İlk səfər və İlham Əliyevin onillikləri qabaqlayan strateji baxışları

Bu mənada, Azərbaycanı şanslı dövlət kimisəciyyələndirmək mümkündür. Bu günlərdə VaşinqtondaAzərbaycan təntənəsi yaşandı. Prezident İlham ƏliyevinAmerika Birləşmiş Ştatlarına işgüzar səfəri müstəsna bir uğurlakeçdi. Dünya gördü ki, Liderə münasibət heç də onun təmsiletdiyi ölkənin böyüklüyündən və yaxud kiçikliyindən asılı deyil. Əgər Lider ökəsinin siyasətini düzgün aparırsa, milli maraqlarıqoruya bilirsə, eyni zamanda, qlobal çağırışlar qarşısındabeynəlxalq həmrəyliyin möhkəmlənməsinə töhfələr verirsə, dünya çapında, ABŞ kimi güc mərkəzində ona mütləq qaydadalayiq olduğu rəğbət bəsləniləcək. Azərbaycan Prezidenti məhzbelə Liderdir. O, ardıcıl fəaliyyəti ilə ökəmizə böyük uğurlarqazandırmaqla yanaşı, beynəlxalq səviyyədə əməkdaşlığın, təhlükəsizliyin möhkəmləsinə də davamlı töhfələr verir. İlhamƏliyevin fəaliyyəti və baxışları yalnız indiki zamanlaməhdudlaşmır, adətən, bir neçə on il qabağı hədəfləyir. Bunagörə də hansısa yeni çağırışlar meydana çıxanda Azərbaycanda kritik vəziyyət yaranmır, ölkənin əvvəlcədən formalaşdırlmıştəhlükəsizlik  yastığı çətinlikləri dəf etməyə imkan verir. 

Azərbaycan Prezidentinin strateji baxışları, həmçinindövlətlərarası münasibətləri də əhatə edir. Bunu Azərbaycan - ABŞ münasibətlərinin timsalında da görmək mümkündür. İlhamƏliyev ABŞ-a ilk səfərini 2002-ci ilin oktyabr ayındareallaşdırıb. O dövrdə İlham Əliyev Yeni Azərbaycan Partiyası(YAP) Sədrinin birinci müavini, Azərbaycan Dövlət NeftŞirkətinin birinci vitse-prezidenti və Milli Məclisin (MM) deputatı idi. Həmin səfər zamanı İlham Əliyev Azərbaycanın enerji siyasətinə dəstək verən ABŞ-ınsiyasi və işgüzar dairələrində yaxşı tanınan bir sima idi. Bu daonunla bağlı idi ki, İlham Əliyev Azərbaycanın 1994-cü il 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi” ilə əsasıqoyulan yeni neft strategiyasının reallaşdırlması istiqamətindəDövlət Neft Şirkətinin məsul nümayəndəsi kimi ABŞhökümətinin üzvləri, enerji şirkətlərinin təmsilçiləri ilə sıxəlaqələr  qurmuşdu və enerji dialoqunun irəliləməsinə öztöhfələrini vermişdi. Sirr deyil ki,  məhz İlham Əliyevinsayəsində “Əsrin müqaviləsi” Azərbaycanın milli maraqlarınıtəmin etməklə yanaşı, transmilli şirkətlər, o cümlədən də ABŞşirkətləri üçün cəlbedici bir kontrakta çevrilmişdi. 

İlham Əliyevin özü xatırlayır ki, “Əsrin müqaviləsi”ninhazırlanması çox çətin, məsuliyyətli bir proses olmuşdur. O dövrdə Prezident Heydər Əliyevə əvvəlki iqtidarlardan dağılmışiqtisadiyyat miras qalmışdı. Ölkənin beynəlxalq imici də çoxaşağı idi, həmçinin müəyyən qüvvələr daxili sabitliyi pozmağaçalışırdılar. Belə şəraitdə investorları Azərbaycana sərmayələryönəltməyə inandırmaq asan deyildi. Azərbaycan nümayəndəheyətinə rəhbərlik edən İlham

Əliyevin səyləri və əsaslandırmaları sayəsində maneələr dəfedildi və “Əsrin müqaviləsi” ətrafında mükəmməl beynəlxalq komanda formalaşdı. 

Bu kimi reallıqlar İlham Əliyevin 2002-ci ilin oktyabrayında ABŞ-a ilk səfərinin yüksək səviyyədə keçməsinişərtləndirən əsas amillər idi. O, buraya artıq özünü təsdiqləmişvə ağılı, geniş erudisiyası ilə böyük hörmət qazanmış qonaqkimi gəlmişdi. Təsadüfi deyil ki, o dövrdə Prezident olmayanİlham Əliyev Vaşinqtonda elə dövlət başçısı səviyyəsindəqarşılanmışdı. Bunu Onun keçirdiyi görüşlərin miqyası datəsdiqləyir. Proqram zəngin və çox sıx idi. Həmin səfərçərçivəsində YAP Sədrinin birinci müavini, ARDNŞ-nin birincivitse-prezidenti, Milli Məclisin deputatı İlham

Əliyev ABŞ-ın vitse-prezidenti Riçard Çeyni, övlətkatibinin birinci müavini Riçard Armitac, prezidentin millitəhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Stiven Hedli, habelə Amerikanın tanınmış siyasətçiləri, beynəlxalq maliyyəqurmlarının yüksəksəviyyəli rəsmiləri ilə bir sıra görüşlərkeçirmiş, Con Hipokins Universitetinin Mərkəzi Asiya vəQafqaz Araşdırmaları İntitutunda çıxış etmişdi. O dadiqqətəlayiq haldır ki, İlham Əliyev səfər çərçivəsində müxtəlifauditoriyalar qarşısında Azərbaycanın bir nömrəli problemindən- Ermənistanın işğalı nəticəsində ərazi bütövlüyümüzünpozulmasından ətraflı bəhs edib və ölkəmizin prinsipialmövqeyini, işğal faktı ilə heç vaxt barışmayacağını bütünciddiliyi ilə diqqətə çatdırıb. Bütövlükdə səfər kifayət qədəruğurlu olub. Səfərin yekunlarından və Azərbaycan - ABŞmünasibətlərinin yüksələn xətlə inkişafından  məmnunluğunubildirən İlham Əliyev vurğulayıb ki, Amerika bizim üçünstarteji tərəfdaşımızdır. Əlbəttə ki, həmin səfərədəkAzərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa aid hər hansı birsənəd imzalanmamışdı. Sadəcə İlham Əliyev reallıqlara, proseslərin gedişinə istinad etməklə özünün strateji baxışlarınıortaya qoymuşdu.

Strateji müstəvidə əməkdaşlığın inkişaf perspektivləri

İlham Əliyevin 23 il əvvəl ortaya qoyduğu strateji baxışlarartıq reallığa çevrilməkdədir. Əlbəttə, ötən 23 ildə hər şeyinrəvan getdiyi fikrini ifadə etmək mümkün deyil. Təəssüf ki, bundan əvvəlki administrasiya dönəmində ABŞ - Azərbaycanmünasibətlərində, necə deyərlər, geridönüş baş vermişdi. Təsadüfi deyil ki, dövlətimizin başçısı əvvəlki administrasiyadövründəki dörd ili itirilmiş illər kimi qiymətləndirib. Çünkiəfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələriningirovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları iləəvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olarki, dondurulmuş vəziyyətə salınmışdı. Buna görə də indiAzərbaycan vaxt itirmək istəmir. İlham Əliyev artıq Prezidentsəviyyəsində və Ağ Evin yeni administrsiyasının rəhbəri DonaldTramp iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıqsəviyyəsinə yüksəltməkdə maraqlıdırlar. Rəsmi BakıVaşinqtonla münasibətləri qarşılıqlı maraqlar əsasında inkişafetdirməkdə maraqlıdır. Prezident İlham Əliyevin AmerikaBirləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günümünasibətilə Donald Trampa ünvanladığı təbrik məktubundabildirdiyi kimi, biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasındadostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyətveririk. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerjitəhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal vəsəmərəli əməkdaşlığımız sıx tərəfdaşlığımızın səciyyəvicəhətlərindəndir. 

Oxşar fikirləri, həmçinin D.Tramp da ifadə edib. “Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyisəbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanınsuverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmazdəstəkçisi olaraq qalır”, - deyə onun Azərbaycan Prezidentinəünvanladığı məktubda vurğulanıb. 

Bu gün İlham Əliyevin 23 il əvvəl ifadə etdiyi fikirlərtəsdiqlənir. Hər iki tərəf əməkdaşlıq əlaqələrinin xalqlarımızınmənafeyinə uyğun olaraq inkişafına güclü siyasi iradə göstərir. Diqqət çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, liderlər bir-birinə inanır və rəğbət bəsləyirlər. Bunu Prezidentİlham Əliyevin Vaşinqtona işgüzar səfəri çərçivəsində OnunD.Trampla baş tutan aşağıdakı dialoqu bir daha təsdiqləyir:

Prezident Donald Tramp: Siz böyük lidersiniz.

Prezident İlham Əliyev: Böyük lider mənim yanımda əyləşib”. 

Şübhə yoxdur ki, İlham Əliyevin 23 ildən sonra Vaşinqtona baş tutan səfəri münasibətlərdə yeni bir səhifə açacaq. Buəminliyi həm Vaşinqtonda Azərbaycan Prezidentinə göstərilənxüsusi ehtiram, aparılan danışıqların geniş gündəliyi, həm dəimzalanan sənədlər bir daha möhkəmləndirir.  Diqqətəlayiqhaldır ki, ABŞ-ın yeni administrasiyası Azərbaycanın CənubiQafqazın aparıcı dövləti olduğuna böyük önəm verir. Avqustun7-də Vaşinqtonda Prezident İlham Əliyevlə ABŞ Prezidentininxüsusi elçisi Stiv Uitkoff arasında keçirilən görüşdə stratejimüstəvidə əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı ətraflıfikir mübadiləsinin aparılması bunun əyani təsdiqidir. 

Görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti DonaldTrampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəflimünasibətlərimizin gündəliyinin və regional məsələlərinmüzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib

Söhbət zamanı Azərbaycan Respublikası ilə AmerikaBirləşmiş Ştatlarının strateji müstəvidə əməkdaşlığının inkişafperspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşmaprosesi və regiondakı sülh gündəliyinə dair fikir mübadiləsiaparılıb.

Ağ Evin yeni administrasiyasının ökəmizə  səmimimünasibətinin davamı olaraq Prezident İlham Əliyevin ABŞ-aişgüzar səfəri çərçivəsində Azərbaycanla ABŞ arasındamünasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsiistiqamətində iki ölkənin prezidentləri tərəfindən “AzərbaycanRespublikası ilə Amerika Birləşmiş Ştatları arasında StratejiTərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçiQrupunun yaradılması haqqında Azərbaycan RespublikasıHökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasındaAnlaşma Memorandumu” imzalanıb. Bunu yüksəkdəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Deyəbilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yenisəhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttəki, Azərbaycanın milli maraqlarının qorunması üçün AmerikaBirləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çoxönəmli məsələdir”.

Vurğulandığı kimi bu sənədin böyük əhəmiyyəti var. Sözügedən sənəddə gələcək əməkdaşlıq istiqamətləri açıq-aydıntəsbit edilib. Bu sırada aşağıdakıları sadalamaq mümkündür:

-Qarşılıqlı sərmayə qoyuluşu, 

- Nəqliyyat, bağlantılar, təhlükəsizlik, süni intelletsahəsində əməkdaşlıq,

-Müdafiə sənayesi və müdafiə sahələri üzrə qarşılıqlıfəaliyyətlər və s.

Bütün bunlar onu deməyə əsas verir ki, imzalanan sənədqarşıda geniş perspektivlər açır. Artıq Prezident İlham Əliyevingöstərişi əsasında Azərbaycan tərəfini təmsil edəcək tərkibmüəyyən olunub.  Respublikamız bir sıra təkliflər irəli sürməkniyyətindədir və artıq müzakirələrə start verilib. YaradılacaqStrateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun vəenerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə dəregional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçininsüni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının vəsərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığıdeməkdir.

907-ci düzəlişin Azərbaycan Prezidentinin iştirakı ilə ləğvi rəmzi məna daşıyır

Müstəqil Azərbaycanla ABŞ arasında münasibətlərdənbəhs edərkən istər-istəməz yada həm də “Azadlığa dəstək aktı”na bədnam 907-ci düzəliş düşür. Konqres tərəfindən 1992-ci il 6 avqust tarixində qəbul edilmiş “Azadlığa dəstək aktı” qanunusosialist sistemin dağılmasından sonra öz müstəqilliyini elanetmiş dövlətlərə ABŞ tərəfindən yardımın göstərilməsini ehtivaedib. Lakin  cəmi bir neçə aydan sonra - oktyabrın 24-dəKonqres bu qanuna düzəliş edərək ABŞ-ın hər hansı formadaAzərbaycan hökumətinə birbaşa yardımına qadağa qoyub.  907-ci düzəliş (Section 907) kimi tanınan bu müddəa birbaşa ermənilobbisinin təsiri ilə qəbul olunub. Səbəb kimi isə guyaAzərbaycanın keçmiş Dağlıq Qarabağ münaqişəsi səbəbindənErmənistana və Dağlıq Qarabağa qarşı iqtisadi blokada tətbiqetməsi göstərilirdi. 

Prezident İlham Əliyev avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində 907-cidüzəlişin tarixinə qısa ekskurs edib, onun bədnam mahiyyətinəbir daha diqqət çəkib. O zaman təbii ki, Konqres üzvlərininAzərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbəri yoxidi. Onlar erməni lobbi qruplarının təsiri altına düşüb və qurbanAzərbaycanı işğalçı kimi təqdim edirdilər. Beləliklə, bu düzəlişbizi həmin o illərdə çox ehtiyac duyduğumuz birbaşa Amerika yardımından məhrum etmişdir. O vaxt Azərbaycan qaçqınlarınsayı çox, iqtisadiyyatı isə bərbad vəziyyətdə olan kasıb ölkə idi. Nəticədə, biz sanksiyalar altında olan yeganə keçmiş Sovet İttifaqı respublikası idik. 

ABŞ-da 2001-ci il 11 sentyabr hadisələrindən sonra 907-cidüzəlişə yenidən baxıldı. Azərbaycanın beynəlxalq terrorizmləmübarizədə dəstəyini təmin etmək məqsədi ilə ABŞ Konqresi2001-ci ilin oktyabr ayında prezidentə düzəlişin hüquqiqüvvəsini 1 illiyinə dayandırmaq səlahiyyəti verib, 2002-ci ilinyanvar ayında isə bu qərar o vaxtkı Prezident Corc Buştərəfindən təsdiqlənib. Həmin dövrdə ABŞ HökumətininƏfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı var idi. Prezidentİlham Əliyevin bildirdiyi kimi, biz isə çox vacib nəqliyyatyollarını, “Şimal Paylayıcı Şəbəkə” adlanan əlaqəni təmin etdik. Bu, təkcə hava uçuşları deyil, həm də quru və dəniz nəqliyyatınıəhatə edirdi. Daha sonrakı illərdə Barak Obama, Donald Trampvə Cozef Bayden administrasiyaları hər il bu düzəlişidondurmağa davam etdirdilər. Heç vaxt ləğv edilməmiş bumaddə həmin dövrdən etibarən hər il dondurulmuş, bu da ABŞadministrasiyalarının Azərbaycanla hərtərəfli, əsasən də hərbisahədə əməkdaşlıq etməsində maneələri müvəqqəti olaraqsıradan çıxarmışdır. 2023-cü ilin payızında ABŞ Konqresininyuxarı palatasında “Erməniləri Müdafiə Aktı” (ArmenianProtection Act) adı ilə qəbul edilmiş sənəddə 2024-2025-ci illərüçün Azərbaycana ABŞ yardımını və hətta onun Prezidenttərəfindən yuxarıda təsvir olunduğu qaydada dondurulmasınıqadağan edildi. 907-ci düzəlişin dayandırılmaması bizim üçünböyük şok oldu, çünki belə bir yanaşma gözləmirdik. Əfqanıstanda bizə ehtiyac olmadığına görə Baydenadministrasiyası bütün dünyanın gözü qarşısında Əfqanıstandanqaçdığı dövrdə buna əl atdı. Bundan sonra bizə qarşı sanksiyalaryenidən qüvvəyə mindi. Bu, yəqin ki, Azərbaycana mənfimünasibətin və nankorluğun zirvəsi idi. Əslində, bu, Baydenadministrasiyası ilə onların hakimiyyətinin sonuna qədərdüzəlməyən əlaqələrimizin ciddi şəkildə pisləşməsinə səbəboldu.  

907-ci düzəliş ABŞ-Azərbaycan əlaqələrində və onlarındaha da yüksək səviyyəyə qaldırılmasında ən problemliməsələlərdən biri olub. Son iki onillikdə karbohidrogen gəlirlərisayəsində iqtisadiyyatını inkişaf etdirmiş Azərbaycanın maddiolaraq yuxarıda adı çəkilən akta və ABŞ-in birbaşa maliyyəyardımlarına ehtiyacı xeyli azalıb. Bununla belə, müddəanınDamokl qılınc kimi ikitərəfli əlaqələrin üzərində asılı qalmasıhəm simvolik, həm də praktik baxımından maneələr yaradır vəümumiyyətlə, Azərbaycan cəmiyyətində çox ədalətsiz və ikilistandartların bir nümunəsi hesab edilirdi. Digər tərəfdən, 907-cidüzəlişin ləğv olunmaması Azərbaycanla Ermənistan arasındasülhyaratma prosesində əhəmiyyətli irəliləyişin əldə olunmasıfonunda da absurd görünürdü. Axı artıq zamanında  907-cidüzəlişin qəbuluna bəhanə olmuş Dağlıq Qarabağ münaqişəsikeçmişdə qalıb. İndi Azərbaycan və Ermənistan yeni reallıqlarşəraitindədirlər, rəsmi İrəvan Qarabağ da daxil olmaqlaAzərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda 907-cidüzəlişin hələ də qalması hansı məntiqə əsaslana bilərdi?

Yaxşı haldır ki, zamanında süni yaradılmış Dağlıq Qarabağmünaqişəsi kimi, 907-ci düzəliş də artıq keçmişdir. Prezidentİlham Əliyev səfər çərçivəsində 907-ci düzəlişindayandırılmasının rəmzi məna daşıdığını bildirib. “Əlbəttə ki, “Azadlığa dəstək aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdənmənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunudaha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilinoktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyayaməruz qalan Azərbaycanın Prezidentinin qarşısında etməkqərarına gəldi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Beləliklə, bədnam 907-yə düzəlişin ləğvi ilə ədalət 33 ilsonra bərpa edildi

Enerji əməkdaşlığı davam edəcək

İlham Əliyevin 23 il əvvəl ABŞ-a baş tutan səfəriçərçivəsində  enerji dialoqunun diqqət mərkəzində olduğunuvurğuladıq. Amerika Birləşmiş Ştatları Azərbaycanın uzunillərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. İlham Əliyevin zamanında bildirdiyi kimi, bu ölkənin şirkətləri AzərbaycanınXəzərdəki zəngin karbohidrogen yataqlarının işlənilməsi üzrəimzalanan layihələrdə iştirak edirlər. Bu sahədə xoş ənənələrəəsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlıqhazırda da uğurla davam edir. Azərbaycan özünün enerjistrategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edənnəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-in göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirir. 

Azərbaycan Prezideninin ABŞ-a işgüzar səfəri çərçivəsindəisə dövlətimizin başçısının və ABŞ Prezidentinin xüsusi elçisiStiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkətiarasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri MikayılCabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti ConArdill imzalayıblar. 

Yaxşı halddır ki, Azərbaycanla ABŞ arasında ötən əsrindoxsanıncı illərindən başlayan enerji əməkdaşlığı  perspektivdədə davam etdirləcək. Memorandumun imzalanması o anlamagəlir ki, ABŞ-da Azərbaycanın ədalətli enerji siyasəti yüksəkdəyərləndirlir və ölkəmizlə əməkdaşlığn davam etdirlməsinəböyük maraq göstərilir.

Zəngəzur Dəhlizi (“Tramp Marşrutu”) açılacaq

Prezident İlham Əliyevin 23 ildən sonra bu günlərdəAmerika Birləşmiş Ştatlarına baş tutan səfəri çərçivəsindəVaşinqtonda, Ağ Evin oval kabinetində - dünyanın bir nömrəliofisində aparılan müzakirələrin ən mühüm nəticələrindən biri isəregionda kommunikasiyaların blokdan çıxarılmasınınrazılaşdırlmasıdır. Bununla bağlı liderlərin imzaladığı BirgəBəyanatda konkret müddəalar yer alıb. D.Trampın şahidliyi iləimzalanan sənəddə oxuyuruq: “Biz regionda və onunqonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü vəyurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahıntəşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalqnəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasınınəhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər AzərbaycanRespublikasının əsas hissəsi və onun Naxçıvan MuxtarRespublikası arasında maneəsiz bağlantını və ErmənistanRespublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrəqarşılıqlı faydaları ehtiva edir;

Ermənistan Respublikası Ermənistan Respublikasınınərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsiməqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyənedilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz buməqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səygöstərməyə dair qətiyyətimizi təsdiq edirik”.

Birgə Bəyanatdan da göründüyü kimi, regiondakommunikasiyaların blokdan çıxarılması ilə bağlı Azərbaycanınlap əvvəldən ortaya qoyduğu və əsaslandırdığı mövqe Vaşinqtongörüşündə də nəzərə alınıb. Xatırladaq ki, 44 günlükmüharibənin sonuclanmasını bildirən məlum üçtərəfli əyanatada Prezident İlham

Əliyevin təkidi ilə oxşar məzmunlu bənd salınmışdı. Regionda kommunikasiyaların bərpası Azərbaycan üçün stratejiönəm daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındamaneəsiz nəqliyyat bağlantısının yaradılması Prezident İlhamƏliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın milli, tarixivə gələcək maraqlarına tam cavab verir. 

Respublikamız bu məsələdə təkid etməkdə tam haqlıdır. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmazhissəsidir. Bu bölgə Ermənistanın ötən əsrin doxsanıncı illərininəvvəllərində respublikamıza qarşı başladığı işğalçılıq siyasətinəgörə blokada şəraitinə düşdü. Artıq 30 ildən çoxdur ki, Naxıvanəhalisi çətin vəziyyətdə qaıb. Bu regionun vətəndaşlarırespublikamızın paytaxtına və digər bölgələrinə gedib-gəlməküçün hava nəqliyyatından və İran ərazisindən keçən marşrutdanistifadə etmək məcburiyyətindədirlər. Hava nəqliyyatı daimitəmaslar üçün optimal deyil. Eyni zamanda, İran ərazisindənkeçən marşrutda sürücülərə bir sıra hallarda maneələr yaradılır, onlar saatlarla keçid məntəqəsində gözləmək məcburiyyətindəqalırlar. 

Eyni zamanda, Zəngəzur Dəhlizi (TRIPP marşrutu ) fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanlarıdaha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeninəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu genişcoğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur Dəhlizi (TRIPP marşrutu ) bu bağlantıda yeni və çoxmühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmirvə avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb vəŞimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanınson illərdə liderlik keyfiyyətləri nümayiş etdirməklə Xəzərdəqurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmişərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli hava limanınınyaradacağı imkanları da nəzərə alsaq, deyə bilərik ki, ZəngəzurDəhlizi (TRIPP marşrutu )  beynəlxalq səviyyədə daşımalarüçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və respublikamız perspektivdə etibarlı tranzit ölkəsi kimi bundanböyük həcmlərdə gəlirlər qazanacaq.

Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun ) önəmi, eynizamanda, hazırkı geosiyasi amillərlə şərtlənir. Son illərdəRusiya-Ukrayna müharibəsi səbəbindən Şimal marşrutlarınınfunksionallığı əhəmiyyətli dərəcədə azalıb. Belə bir şəraitdəOrta Dəhliz Avrasiyada ən etibarlı və təhlükəsiz marşrut kimidiqqət çəkir. Transxəzər marşrutu ilə Çindən, Mərkəzi Asiyaölkələrindən yükləri Xəzər dənizindən, Azərbaycan və Türkiyəüzərindən keçirməklə Avropa bazarlarına təhlükəsiz və dahaqısa müddətdə çatdırmaq mümkündür. Azərbaycanın staratejibaxışına görə Zəngəzur Dəhlizi (TRIPP marşrutu) Orta Dəhlizinbir qolu kimi inkişaf etdirləcək. Hazırda Orta DəhlizinGürcüstandan keçən seqmenti aktivdir. Zəngəzur Dəhlizinin(TRIPP marşrutunun) yaradılması ilə Avrasiya coğrafiyasındatranzit imkanları genişlənəcək.

Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun ) yaradılmasıErmənistan üçün də həyati əhəmiyyət daşıyır. Bu ölkə 30 ilərzində işğalçılıq siyasətinin girovluğunda qalıb və əslində, dalan vəziyyətdə qalıb. Hazırda Ermənistanın geniş dünyayaçıxış yalnız dar Lars keçid məntəqəsi və İran üzərindəndir. Larskeçid məntəqəsi daşımalar üçün optimal marşrut sayıla bilməz. Çünki xüsusilə də qış aylarında buradakı dağ silsilələrindənkeçmək mümkünsüz hala gəlir və keçid bağlanır. Həmçininyenə də geosiyasi amillərə və infrastruktur məhdudluğuna görəİran üzərindən keçən yollar da əlverişli deyil. ZəngəzurDəhlizinin (TRIPP marşrutunun) yaradılması ilə ErmənistanlaTürkiyə arasında məlum səbəblərdən bağlı olan sərhədləraçılacaq və bu ölkənin Avropaya asan çıxışı təmin olunacaq.  

Bütövlükdə, yeni marşrut optimal regional bağlantını təminedəcək. O cümlədən Mərkəzi Asiya dövlətləri üçün yeni tranzitimkanları açılacaq. Rusiya və İranın Şimal-Cənub marşrutundanasılılığı azalacaq. Qeyd edək ki, respublikamızın ərazisindəŞimal - Cənub marşrutu ilə Orta Dəhlizin bağlantısı təminedilib. Beləliklə də, İran və Rusiya da yeni marşrutdanfaydalana biləcəklər.

Minsk qrupunun ləğvi: 

De - faktodan de -yureyə

Vaşinqtonda aparılan müzakirələrdə də vurğu edildiyi kimi, Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik, təhlükəsizlikvə əməkdaşlıq arxitekturasının qurulması üçün AzərbaycanlaErmənistan arasında etibarlı sülhün təmin olunması zəruridir. Sülhə nail olunması üçün isə bir sıra zəruri şərtlər təminedilməlidir ki, bunlardan biri də artıq ölü quruma çevrilən Minskqrupunun de-yure ləğv edilməsi ilə bağlı idi. Prezident İlhamƏliyev bu şərti irəli sürərkən sırf postmüharibə dövrününreallığından çıxış edib. Minsk qrupunun de-yure ləğvi məqsədiləAzərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət ünvanlamalıidilər. Son vaxtlaradək Ermənistan  müxtəlif bəhanələrgətirməklə bunu etməyə tələsmirdi. Xatırladaq ki, Minskqrupunun tarixi 1992-ci ilə gedib çıxır. Həmin il martın 24-dəHelsinki şəhərində ATƏM-in Xarici İşlər Nazirləri Şurasınıniclası keçirilib. Görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu iləhəll edilməsinə dair Minsk konfransının çağırılması haqqındaqərar qəbul edilib. 1994-cü ildə ATƏT-in Budapeşt şəhərindəkeçirilən Zirvə Görüşündə həmsədrlik institutu yaradılıb. Minskqrupu ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə fəaliyyətgöstərib.

Postmüharibə dövründə de-fakto mövcud olmayan MinskQrupunun de-yure ləğvini şərtləndirən çoxsaylı amillərsadalamaq mümkündür. Əvvəla, Minsk Qrupu zamanındakeçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilətənzimlənməsi məqsədilə yaradılmışdı. 44 günlük Vətənmüharibəsinin və 23 saatlıq lokal xarakterli antiterrortədbirlərinin nəticəsi olaraq artıq münaqişə həllini tapıb.  Bununla Azərbaycan BMT-nin məlum qətnamələrinin icrasınıöz gücünə təmin edib. Artıq münaqişə keçmişdirsə, Minskqrupunun fəaliyyətinə hansısa bir lüzum da qalmamışdı. Digərtərəfdən, Minsk qrupunda təmsil olunan dövlətlərin vəziyyətinəbaxaq. Bu gün kəskin qarşıdurmalar yaşayan Rusiyanın, ABŞ-nvə Fransanın eyni masa arxasında əyləşməsi praktiki cəhətdənmümkün deyil. Əgər onlar hansısa bir barışıq reseptinəmalikdirlərsə, ilk növbədə bunu öz aralarındakı ixtilaflarınçözülməsində tətbiq etməlidirlər.  

Beləliklə, hər cəhətdən  ömrünü başa vurmuş bir qurumasüni nəfəs verməyin heç bir faydası yox idi. Minsk qrupununləğv edilməsi proseslərin təbii axarında meydana çıxan zərurətəçevrilmişdi. Azərbaycan Prezidenti vurğulayıb ki, artıq keçmişinqalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olantəsisatlar tamamilə ləğv edilməlidir. Çünki əgər münaqişəkeçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazibütövlüyünü dəstəklədiyini ifadə edirsə onda keçmişin qalığıolan Minsk qrupunun saxlanmasına nə ehtiyac vardı?! ArtıqMinsk qrupunu da keçmiş  saymaq olar. Dövlətimizin başçısınınABŞ-a səfəri çərçivəsində tərəflər zamanında Azərbaycanıntəkid etdiyi Mink qrupunun ləğvi ilə bağlı müraciətiimzalayıblar. Şübhə yoxdur ki, hələ fəaliyyətdə ikən ölü qurumkimi tanınan Minsk qrupunun tabutuna son mismar lap yaxınvaxtlarda vurulacaq. 

İki sülh prezidenti

İnsanların həyatına qan-qada, ölüm-itim gətirən, şirinarzuları puç edən,qurulu şəhərləri, tarixə şahidlik etmişsivilizasiyaları dağıdan, xalqlar arasında düşmənçilk yaradanmüharibələr dünyada hər zaman ciddi narahatlıqlar yaradıb. Bugün isə beynəlxalq səviyyədə müharibə mövzusunun aktuallığıheç vaxt olmadığı qədər artıb ki, bu da ayrı-ayrı regionlarda eynivaxtda qanlı müharibələrin alovlanması ilə bağlıdır. Açıq deyəkki, dünya yeni qlobal müharibənin astanasına gəlib çatıb. Narahatlıq doğuran ən mühüm məqam ondan ibarətdir ki, yenidünya müharibəsinin ənənəvi müharibələrdən kəskin şəkildəfərqlənəcəyinin proqnozları verilir. Belə görünür ki, top-tüfəng, tank , piyadalar  kimi resurslarla aparılan müharibə dövrü dəkeçmişə qovuşmaqdadır. İndi müharibələr daha güclü dağıdıcıgücə malik uzaq mənzilli, hipersəs sürətli innovativ texnikalarvasitəsi ilə aparılır. Ən qorxulusu, dəhşətlisi isə odur ki, ayrı-ayrı güc mərkəzləri, bəzi siyasətçilər bəşəriyyətə əzələ nümayişetdirərək dünyanı nüvə silahları ilə hədələyirlər.

Təsvir olunan reallıq fonunda dahi Azərbaycan şairiHüseyn Cavidin aşağıdakı misraları yada düşür: 

Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü.

Bəs bizim zəmanəmizin Yer üzünü bəlalardan qurtaracaqdahisi kim ola bilər? Açığı son vaxtlaradək dünya siyasətçiləriarasında belə bir sima fərqlənmirdi. Dünyanın bir nömrəlisupergüc dövəti olan Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Co Baydenin özü əslində müharibənin içində idi. ABŞ-ın indiki Prezidenti Donald Trampın bildirdiyi kimi, Rusiya-Ukrayna müharibəsini məhz Bayden başlatdırıb. Bundanbaşqa, C.Baydenin prezidentliyi dönəmində onun ölkəsi YaxınŞərqdə, o cümlədən də Qəzzada yaşananların bu və ya digərformada iştirakçısı olub. Digər bir güc mərkəzi olan Rusiya artıqüç ildən çoxdur ki, müharibə tərəfidir. Rusiya-Ukrayna müharibəsində də hər gün insanlar həyatını itirir. Belə birvəziyyətdə Birləşmiş Millətlər Təşkilatından gözləntilər də çoxdeyil. Qurumun artıq dişsiz, gücsüz bir təşkilata çevrildiyimüxtəlif səviyyələrdə etiraf olunur. Təhlükəsizlik Şurası beşölkənin girovluğunda qalıb, buna görə də ədalətli qərarlarverilmir.  Kədərli haldır ki, BMT Baş katibinin ayrı-ayrıregionlarda tüğyan edən müharibələrin dayandırılması ilə bağlıçağırışları əsla eşidilmir. 

Bu kimi kədərli reallıqlar fonunda ABŞ-ın yeni PrezidentiDonald Tramp tamam fərqli bir rakrusdan diqqət mərkəzinəgəlib. O, hələ ötən il seçkiqabağı təbliğat dönəmində sülhtəşəbbüslərindən çıxış edir, seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini, digər münaqişələri qısa müddətdə bitirəcəyinibildirirdi.Yeri gəlmişkən, D.Trampın seçkiqabağı dönəmdə sülh, barışıq mövqeyindən çıxış etməsi Azərbaycan Prezidenti  İlham Əliyevin də diqqətini çəkmişdi. Dövlətimizin başçısı ABŞ-dakıseçkilərlə bağlı Ona ünvanlanan sualı cavablandırarkən, D.Trampa xüsusi rəğbətini bildirmiş, onun sülh mövqeyindənçıxış etməsini alqışlamışdı. Bu o anlama gəlir ki, Prezidentlərİlham Əliyev və Donald Tramp müharibələrə “yox” deyənsiyasətçilərdirlər. Paralellər aparmaq üçün daha bir məqamadiqqət yetirək: Bir qədər bundan əvvəl D.Tramp özünün sosialşəbəkə hesabında Prezident İlham Əliyevin III Şuşa QlobalMedia Forumundakı çıxışından bir hissəni paylaşıb. Dövlətimizin başçısı Forumda sualları cavablandırarkənregionda və dünyada qalıcı sülhə çağırışlar edib, həmçininD.Trampı “müharibə başlamayan ABŞ Prezidenti” kimisəciyyələndirib. Məlumdur ki, ABŞ prezidenlərininəksəriyyətinin idarəçiliyi dönəmində bu ölkə dünyanın ayı-ayrıregionlarında qanlı müharibələrə cəlb olunub. D.Tramp isətarixdə müharibə deyil, sülh prezidenti kimi qalmaq istəyir. Təsadüfi deyildir ki, müxtəlif dairələrdən onun Nobel sülhmüfatına namizədliyi irəli sürülüb. İlham

Əliyevin sülh çağırışları D.Trampın dünyaya sülh gətirməkistəyi ilə üst-üstə düşür və bu səbəbdən də o, sosial şəbəkəhesabında bəhs olunan paylaşımı edib.

Otuz illik münaqişədən sonra Cənubi Qafqaza sülh gəlir

Bu günlərdə dünya tarixi anlara şahidlik etdi. Ağ EvdəD.Trampın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasındatəxminən otuz il davam edən münaqişədə yeni bir səhifə açılmışoldu - iki ölkənin xarici işlər nazirləri tərəfindən ABŞPrezidentinin şahidliyi ilə yekun sülh sazişi paraflandı. Bu, 44 günlük müharibədən sonra Azərbaycan Prezidentinin təşəbbüsüilə başlayan sülhyaratma prosesində tarixi bir nailiyyətdir. İndiyədək buna çoxlu cəhdlər edilmişdi. Xatırlayaq ki, Ağ Evdəbaş tutan son görüşlərədək müxtəlif formatlarda danışıqlaraparılıb. Bir vaxtlar Moskva, Brüssel, Vaşinqton formatları aktivfazada idi. Lakin Vaşinqton formatı Bayden administrasiyasınınAzərbaycana münasibətdə qərəzli mövqe tutmasına görə birneçə görüşdən sonra yarımçıq dayandırıldı. Brüssel formatıçərçivəsində xüsusilə də Fransanın Ermənistanın tərəfinisaxlaması açıq-aşkar idi və buna görə də iflas qaçılmaz oldu. Həmçinin Moskva formatı da səmərəsizliyi ilə yadda qaldı. Beləki, bu formatda fəaliyyətlər məsul şəxslərin görüşmələrindən vəbəyanatlar səsləndirmələrindən uzağa getmədi. 

D.Trampın özü bu günlərdə Azərbaycanla Ermənistanarasında uzun sürən münaqişəni Rusiya-Ukrayna müharibəsikimi mürəkkəb  ədavət kimi səciyyələndirib.  D.Tramp yeganəqlobal səviyyəli liderdir ki, Azərbaycanla Ermənistan arasındabaşlayan sülhyaratma prosesini məntiqi sonluğaistiqamətləndirməyə nail olub. Prezident İlham ƏliyevVaşinqtonda mətbuata verdiyi bəyanatında D.Trampaminnətdarlığını ifadə edərək bildirib: “Həqiqətən bu günAzərbaycan xalqının yaddaşına həm qürur, həm də PrezidentTrampa minnətdarlıq hissi ilə həkk olunacaq. Onun həmAzərbaycana olan münasibəti və təkcə bizim regionumuz deyil, - bu gün mən bunu fikir mübadiləmizdə qeyd etdim, - cəmi birneçə ay ərzində Prezident Tramp Afrikada, Asiyada və nəhayət, Cənubi Qafqazda 30 il ərzində əldə oluna bilinməyəni təminetdi. Biz insanların qurban verilməsi, böyük itkilər ilənəticələnən iki çox ağır müharibə aparmalı olduq. PrezidentTramp və onun komandası, bizim yaxşı dostumuz Stiven Uitkoffolmasaydı, Ermənistan və Azərbaycan yəqin ki, hələ də sonsuzdanışıqlar prosesində idilər”.

Beləliklə, D.Trampın səyləri və vasitəçiliyi ilə CənubiQafqaza sülh gəlir. İki ölkənin əməkdaşlıq dönəminəbaşlayacağına böyük ümidlər yaranıb. Sülh sazişinin dünyanınbir nömrəli ofisində - oval kabinetdə D.Trampın şahidliyi iləimzalanması böyük məsuliyyət yaradır. Çoxlarınınbacarmadığını məhz o bacardı. Buna görə də Azərbaycanın və Ermənistanın da vəfa borclarına sadiq qalmaqla  D. TrampınNobel Sülh Mükafatına namizədliyini irəli sürüblər. “Bəs əgər Nobel Sülh Mükafatı Prezident Trampa verilməsə, kimə verilməlidir? Mən heç bir iş görməmiş, lakin mükafat almışşəxslərlə bağlı Nobel Sülh Mükafatının çox müəmmalıqərarlarının tarixinə varmaq istəməzdim. Lakin Prezident Tramp altı ay ərzində möcüzə yaratdı”, - deyə Prezident İlham Əliyev vurğulayıb .

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Avqust 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see292

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see193

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see141

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see134

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see130

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see129

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see126

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see124

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see124

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see123

Vuçiç: 300 nəfəri diri diri yandırmaq istədilər

15 Avqust 2025 10:59see123

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see123

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see122

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see122

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see121

Tramp Alyaskadan əvvəl yeni açıqlama verib...

15 Avqust 2025 18:06see120

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see120

30 ildir dondurulmuş

15 Avqust 2025 15:21see120

Bu küçədə aləm bir birinə dəyir: Nişan quraşdırmaq yaddan çıxıb VİDEO

15 Avqust 2025 22:16see116

Günəşdə dəlik böyüməyə başlayıb: 24 saat ərzində təxminən 50 faiz artıb

16 Avqust 2025 06:34see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri