Icma.az
close
up
RU
Əliyev ermənilərin Naxçıvan planını belə pozdu: 100 il sonra yeni həmlə KONKRET

Əliyev ermənilərin Naxçıvan planını belə pozdu: 100 il sonra yeni həmlə KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimindəki çıxışı diqqət çəkib. Prezident Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, artıq bir əsrdən çoxdur ölkənin əsas hissəsindən ayrıldığını vurğulayıb. Ölkə başçısı bildirib ki, bunun səbəbi Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən beş ay sonra Sovet hakimiyyətinin Qərbi Zəngəzuru ölkəmizdən ayırıb Ermənistana birləşdirməsidir.

Sitat: “Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və ərazini qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular.

Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir”.

KONKRET.az xəbər verir ki, Globalinfoaz-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Azərbaycan Prezidenti çox dərin və uzaqgörən fikir irəli sürüb:

“Həqiqətən də, 100 il öncə Zəngəzurla bağlı situasiya fərqli idi. Ölkə başçısı bunu indi dilə gətirərək dünyaya mesaj verdi. Faktiki olaraq Zəngəzur Azərbaycandan qanunsuz şəkildə alınaraq Ermənistana birləşdirilib və beləliklə də regionun siyasi xəritəsini əsaslı şəkildə dəyişib. Bunu edən qüvvələr həm də paralelində azərbaycanlılara qarşı soyqırıma şərait yaratmış oldular.


Füzuli Qurbanov

Bu gün həmin imperialist qüvvələrin gözü önündə Zəngəzurla bağlı tarixi ədalət bərpa edilməlidir. Hazırda reallıqlar dəyişib. Söhbət həm regional, həm də geosiyasi reallıqlardan gedir. Bunun kökündə duran bir neçə məqam var. Azərbaycan artıq çox güclü ölkədir, həmçinin Türkiyə ilə müttəfiqdir. Ankara və Bakı hər sahədə ortaq hərəkət edir, çətinliklərə birgə sinə gərirlər. Növbəti mərhələdə Zəngəzur Türk dünyasının birləşdirilməsi üçün mühüm rol oynayacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Mart 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see193

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see168

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see149

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see142

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see140

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see137

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see136

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see135

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see130

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see125

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see125

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see123

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see122

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri