Əliyev Paşinyan görüşü kimlərin planını pozdu?
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Əbu-Dabidə baş tutan görüş təşəbbüs yox, Vaşinqtonda razılaşdırılmış sülh çərçivəsinin icrası idi. Qərb mediası bunu açıq yazır: proses geridönməz mərhələyə keçib.
Bakupost.az xəbər verir ki, bu sözləri mühacir jurnalist Elbəyi Həsənli Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Əbu-dabidə bu gün baş tutan görüşü haqda yazıb.
“Əsas mesaj budur: Qarabağ artıq gündəmdə deyil. Danışıqların mərkəzində təhlükəsizlik yox, ticarət, tranzit və normallaşma dayanır. Qərb üçün bu, münaqişənin bitməsi deməkdir. Bu proses Rusiyanı kənarda qoyur, İranın manevr imkanlarını daraldır, revanşist dairələri zəiflədir. Ermənistan uyğunlaşan tərəfdir, Azərbaycan isə prosesi aparan aktordur. Qazanan Bakı və regional inteqrasiyadır. İtirənlər isə sülh üzərindən yox, müharibə üzərindən siyasət quranlardır. Bu görüş romantik sülh jesti deyil. Bu, Cənubi Qafqazda güc balansının dəyişdiyini rəsmiləşdirən siyasi aktdır”.
Asena,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 04 Fevral 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















