Icma.az
close
up
RU
Əliyev nöqtəni qoydu: dəhliz 3 şərtlə açıqlacaq Vaşinqton və İrəvana mesaj

Əliyev nöqtəni qoydu: dəhliz 3 şərtlə açıqlacaq Vaşinqton və İrəvana mesaj

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda ABŞ ilə münasibətlərə dair sözləri xüsusi diqqət çəkir. Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumətin əvvəlkindən fərqləndiyi, hazırkı administrasiya ilə əlaqələrin yaxşı olduğunu bildirib. O, Amerikanın son zamanlarda Cənubi Qafqazda proseslərdə iştirakının göründüyünü, Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllinnə töhfə verməyə çalışdığını söyləyib.

Prezident həmçinin ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib. İlham Əliyev ərazimizdə heç bir operator, heç bir ticarətçi, heç bir icarədarın ola bilməyəcəyini vurğulayıb və bu məsələ ilə bağlı müvafiq sualın Ermənistana ünvanlanmalı olduğunu deyib.

Bu, Vaşinqtonun iştirakı Bakı ilə İrəvan arasındakı sülh prosesini sürətləndirə bilərmi? Dövlət başçısının ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi, yaxud xarici şirkətin nəzarəti məsələsi ilə bağlı sözləri Ağ Ev və İrəvana bir mesajdırmı?

Globalinfo.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, Azərbaycan Prezidenti amerikalı həmkarı Donald Trampın prezident seçkilərində qələbəsinə sevinən ilk liderlərdən biri idi:

“Bununla bağlı hələ seçkilərə bir neçə ay qalmış açıq şəkildə mövqeyini bildirərək Trampın qalib gəlməsini arzuladığını qeyd etmişdi. Bu, Azərbaycan üçün o demək idi ki, ölkə seçkilərin nəticələrini və bu prosesdən sonra ABŞ-Azərbaycan münasibətlərini nəzərə alır. Respublikaçılar Partiyasının bu mövqeyi anlaması müsbət bir addım oldu. Onlar başa düşürlər ki, Azərbaycan ayrıcı deyil, birləşdirici bir qüvvə kimi çıxış edir. Bu, çox yaxşı haldır.

Hazırda istər iqtisadi, istər siyasi, istərsə də nəqliyyat və kommunikasiya məsələlərində Əliyevin rəhbərliyi altında, coğrafi cəhətdən kiçik bir dövlət qlobal səviyyədə böyük işlərlə məşğul olur. Həmçinin, nə yaxşı ki, bu yanaşma rəsmi London, Vaşinqton və Qərbin bəzi dairələrində də düzgün qiymətləndirilir. Baxmayaraq ki, ABŞ-da, Qərbdə Azərbaycanı istəməyən böyük bir qüvvə və şəbəkə mövcuddur. Onlar Vaşinqton-Bakı münasibətlərinin inkişaf etməsindən ciddi narahatdırlar”.


Zaur Məmmədov

Politoloq qeyd edib ki, Zəngəzur dəhlizi yaxın zamanda açılacaq:

“Bu barədə dövlət başçısı çıxışlarında dəfələrlə bəyan edib. Hansı kampaniya, şirkət və ya ölkənin maraqları olmasından asılı olmayaraq, bu yol açılacaq və strateji əlaqələr inkişaf edəcək. Bunlar yalnız Ermənistanın yurisdiksiyasına aid məsələlərdir və qərarı baş nazir Nikol Paşinyan verməlidir. Azərbaycan ərazisində təbii ki, heç bir üçüncü qüvvə nə ölkə, nə də şirkət statusunda olmamalıdır. Azərbaycan bir suveren və müstəqil dövlət kimi bütün məsələlərlə özü məşğul olacaq. Son baş verən danışıqlar bir daha göstərir ki, rəsmi Bakının mövqeyi möhkəmdir və bu rol həm də Ağ Evdə qəbul edilib. Təsadüfi deyil ki, danışıqlar Vaşinqton tərəfindən də Azərbaycanın istəkləri nəzərə alınaraq, məhz bizim tələblərimiz altında həyata keçirilib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyul 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri